Ermənistan Rusiyadan kredit götürəcək?

2020/09/00-12-1601025094.jpg
Oxunub: 761     16:21     25 Sentyabr 2020    
“Çiçəklənən Ermənistan” partiyasının deputatı Mikayel Melkumyan öz “Facebook” səhifəsində qeyd yazaraq Ermənistan hakimiyyətinə Rusiyadan 1 milyard ABŞ dolları dəyərində rus rublu ilə dövlətlərarası kredit götürməyi təklif edib və Ermənistandakı iqtisadi çöküş göstəricilərini nəzərə alıb.

“Bir neçə gün əvvəl Belarus təxminən 1,5 milyard ABŞ dolları dəyərində bənzər kredit aldı. Ermənistanın iqtisadiyyatı lazımi miqdarda maliyyə resurslarını əhatə etməlidir. Buna alternativ yoxdur, çünki çox sürətli şəkildə yalnız Rusiya Federasiyasından alına bilər”, - deyə erməni deputat yazıb.

Erməni politoloq Ruben Mehrabyanın sözlərinə görə, bu, Ermənistanın maraqlarına birbaşa şəkildə qarşı olan təxribatçı bəyanatdır.

Rusiya tərəfindən Ermənistan üçün sərhədi açmamaq halına gəlincə, Mehrabyan deyib: “Biz bununla bağlı Rusiyadan hər hansı rəsmi bəyanat eşitməmişik, buna görə də hər hansı bir şey deməkdən kənar qalacam”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Rusiya  

Ermənistan Rusiyadan kredit götürəcək?

2020/09/00-12-1601025094.jpg
Oxunub: 762     16:21     25 Sentyabr 2020    