Ermənistan-Amerika danışıqlarından əvvəl Ermənistan hökuməti lobbi şirkəti işə cəlb edib: dəyəri 10 min dollardır

2020/09/44-1600510753.jpg
Oxunub: 581     12:08     25 Sentyabr 2020    
Gələn ay Vaşinqtonda yekunlaşan Ermənistan-Amerika strateji dialoqundan əvvəl Ermənistan hökuməti məsləhətləşmə aparmaq üçün “Alstօn & Bird” lobbi şirkətini işə cəlb edib.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Ədliyyə Nazirliyinin nəşr etdiyi sənədlərdən məlum olub.

Ermənistan Xarici İşlər Nazirliyindən Ermənistanın “Azadlıq Radiosu”na verilən məlumata əsasən, bir sıra ölkələrin maraqlarını ABŞ-da təmsil etmək işində böyük təcrübəyə sahib olan “Alstօn & Bird” şirkəti Ermənistan-Amerika münasibətlərinin gündəmini irəli aparmaq və Birləşmiş Ştatlar Konqresində bir sıra qanunvericilik təşəbbüslərinin qəbul edilməsi məsələsində Ermənistan səfirliyinə kömək edəcək.

Ermənistan Xarici İşlər Nazirliyinin ABŞ və Kanada şöbəsinin rəisi Armella Şakaryanın sözlərinə görə, ədliyyə, iqtisadiyyat, müdafiə və siyasətlə bağlı məsələlər Ermənistan-Amerika strateji dialoqunun gündəmindədir.

Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyan və ermənipərəst xadim kimi tanınan, “Alston & Bird” şirkətindən baş məsləhətçi olan Bob Doul 10 min dollar dəyərində saziş imzalayıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   ABŞ  

Ermənistan-Amerika danışıqlarından əvvəl Ermənistan hökuməti lobbi şirkəti işə cəlb edib: dəyəri 10 min dollardır

2020/09/44-1600510753.jpg
Oxunub: 582     12:08     25 Sentyabr 2020    