Ermənistan Xarici İşlər nazirinin ən yeni savadsızlıqları

2020/05/1589527754.jpg
Oxunub: 800     10:59     25 Sentyabr 2020    
Erməni politoloq Qaqik Hambaryan özünün “Facebook” səhifəsində “Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın ən yeni savadsızlıqları” adlı yazı paylaşıb.

Ordu.az-ın məlumatına görə, paylaşımda deyilir:

“Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan sentyabrın 23-də dənizə çıxışı olmayan, inkişaf edən ölkələr qrupunun “Vyana fəaliyyətlər proqramına və dənizə çıxışı olmayan, inkişaf edən ölkələrin sabit inkişaf məqsədlərinin sürətli şəkildə həyata keçirilməsinə yönəlmiş əməkdaşlıq” mövzusu üzrə onlayn nazir görüşündə çıxış edərək bildirib:

“Türkiyə tərəfindən Ermənistanın orta əsr mühasirəsi beynəlxalq razılaşmaları pozur”...

Maraqlıdır, XİN kürsüsünü tutan bu şəxs izah edəcəkmi ki, “orta əsr mühasirəsi” deməklə nəyi nəzərdə tutur?

Ermənistan Xarici İşlər nazirinin cavabından belə bir təəssürat alırsan ki, o, ümumiyyətlə tarix bilmir və onun üçün orta əsr cahillik və geridə qalma ilə əlaqələndirilir.

Bu cahil və əsassız söz birləşməsini bir çoxlarından eşitmək gözlənilən idi, ancaq Xarici İşlər naziri vəzifəsini tutandan yox”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   XİN   Mnatsakanyan  

Ermənistan Xarici İşlər nazirinin ən yeni savadsızlıqları

2020/05/1589527754.jpg
Oxunub: 801     10:59     25 Sentyabr 2020    