Erməni siyasi xadim: “Ermənistanda bu qədər casuslar varsa, deməli hakimiyyət heç nəyə yararlı deyil”

2020/02/spt-4-1582194642.jpg
Oxunub: 808     17:41     24 Sentyabr 2020    
“Ermənistan Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi hakimiyyətlə keçiləcək yol və gələcək yoxdur, son iki il bu nəticəyə gəlmək üçün yetərli idi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Vətən” partiyasının şura üzvü Sos Hakobyan deyib.

O qeyd edib ki, hansısa sahədə bu hakimiyyətin nə etməyə çalışması, istənilən sahəni hara aparması, bu iki il ərzində hansısa sahədə inkişaf diamikası ümumiyyətlə olmadığı halda Paşinyanın 2050-ci ilə qədər yenidən dəyişmə haqqında danışması sıravi vətəndaş üçün anlaşılmazdır.

“Vətən” partiyasının şura üzvü son günlərdə səs-küy qaldırmış “Dosye” mərkəzinin nəşrinə də toxunub.

“Ermənistanda bu qədər casuslar varsa, deməli hakimiyyət siyasi impotensiyadan əziyyət çəkir və heç nəyə yararlı deyil”, - deyə Hakobyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Erməni siyasi xadim: “Ermənistanda bu qədər casuslar varsa, deməli hakimiyyət heç nəyə yararlı deyil”

2020/02/spt-4-1582194642.jpg
Oxunub: 809     17:41     24 Sentyabr 2020    