"Böyük Yaxın Şərq"in əsas PUA istehsalçısı İsraildir - ARAŞDIRMA (HƏRBİ ESKPERT) - II YAZI

2020/09/15-8004672125.jpg
Oxunub: 5490     14:30     25 Sentyabr 2020    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

İsrailin PUA istehsalında liderlərdən biri olduğu, bu sahə ilə az da olsa maraqlanan hər kəsə məlumdur. İsrail istehsalçılarının PUA-larından onlarla ölkə, o cümlədən Azərbaycan da istifadə edir.

2008-ci ildə İsrail 150 milyon dollar dəyərində PUA satan İsrail 2009-cu ildə bu rəqəmi 650 milyon dollara (Rusiya Silahlı Qüvvələrinin PUA ilə təchizatı üçün ilk müqavilə də 2009-cu ildə imzalanıb) çatdırdı. 2010 və 2011-ci illərdə İsrailin PUA ixracatı müvafiq olaraq 979 milyon və 627 milyon dollar oldu.

2012-ci ildə isə tək Hindistanla 958 milyon dollarlıq müqavilə imzalandı. 2005-2013-cü illərdə İsrail dünyanın müxtəlif ölkələrinə 4.6 milyard dollar dəyərində pilotsuz vasitə ixrac etdi. Bu, İsrail silahlarının ümumi ixracatının 10 %-dir. SIPRI İnstitutunun hesabatına görə, 2001-2011-ci illərdə İsrail dünya PUA bazarının 41% -nə nəzarət edib. Beləliklə, İsrail dünyanın ən böyük pilotsuz ixracatçısıdır. İsrail şirkətləri hazırda 49 ölkəyə pilotsuz vasitə satır. İsrailin istehsal etdiyi PUA-ların 80 %-i ixrac edilir. Hazırda statistik rəqəmlər artan dinamikasını qoruyur.

Bu nailiyyətlərin əldə edilməsində “Elbit Systems”, “Aeronautics”, IAI və “UVision” kimi şirkətlərin müsbət rolu danılmazdır. Bütün bunları nəzərə alan Ordu.az bu dəfə oxucularına İsrailin müdafiə şirkətlərinin istehsal etdiyi əhəmiyyətli PUA-lar və onların versiyaları barədə əldə etdiyi məlumatları oxucuların diqqətinə çatdıracaq.

“Aeronautics”

“Aerostar”

“Aerostar” taktiki pilotsuz uçuş aparatı İsrailin “Aeronautics” şirkəti tərəfindən hazırlanıb və istehsal olunur. Şirkətin lisenziyası ilə PUA-nın Azərbaycan MSN mütəxəssisləri tərəfindən yerli istehsalı təşkil edilib.

2000-ci ildə ilk uçuşunu keçirən “Aerostar” aparatları kəşfiyyat məlumatları toplamağa, mövcud sistemlərə inteqrasiya edilərək real vaxtda hədəfi aşkar etməyə və onu izləməyə, müşahidə aparmağa və s. imkan verir. Layihə, bütün yardımçı sistemlərlə təchizatı, PUA üçün əməliyyat dəstəyini, kommunikasiya sistemlərini və etibarlı kəşfiyyatın real vaxtda çatdırılmasını, eləcə də əməliyyat qruplarının və texniki mütəxəssislərin hazırlanmasının kompleks şəkildə həyata keçiririlməsini nəzərdə tutur.

“Aerostar” aparatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Qurğuda xüsusi mini optik kameralar yerləşdirilib. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, radio-elektron basdırma vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Orta yüksəklikdə uzun müddət ərzində aparat geniş ərazidə real zamanda ələ keçirdiyi kəşfiyyat məlumatlarını peyk rabitə sisteminin kanalları ilə yerüstü idarəetmə stansiyasına (GCS) ötürür. Hərbi sahələrdən başqa digər sahələrdə də istifadə edilə bilən “Aerostar” kompleksi 4 ədəd PUA-dan və yerüstü idarəetmə stansiyasından ibarətdir. Bu stansiyalar artilleriya atəşinin nizamlanmasında, hədəf göstərilməsində, sərhədlərə nəzarət olunmasında, dəniz akvatoriyasına nəzarət edilməsində, axtarış-xilasetmə tədbirlərində geniş istifadə olunur. Gecə və gündüz istənilən hava şəraitində istifadə edilə bilən aparatın böyük yük bölməsi eyni zamanda bir neçə optik modul ilə təchiz oluna bilər. “Aerostar” yerüstü, hava və ya dəniz vasitəsilə asanlıqla daşına bilir.

Hazırda Silahlı Qüvvələrimizin HHQ-sində 60 ədəd “Aerostar” PUA olduğu güman edilir.

Texniki imkanları

“Aerostar” etibarlı planetar mühərrikə, avtomatik identifikasiya sisteminə, təyyarə və gəmilərin tanınma sisteminə, ultra qısa dalğalı radiostansiyalara, UMAS tipli uçuşun rəqəmsal idarəetmə sisteminə, istiqamətləndirilən anten və çoxkanallı məlumat ötürülmə kanallarına və s. kimi müasir sistemlərə sahibdir.

Elektro-optik kamera və infraqırmızı sensorlar, real zamanda döyüş sahəsinin görüntülərini çəkmək üçün gövdənin ortasında quraşdırılıb. EO sensoru real zamanda fotoları çəkmək üçün işıq şüalarını elektron siqnallara çevirir.

Aparat əlavə olaraq SAR radiolokasiya siqnallarının sintez stansiyası, ağıllı siqnal (SIGINT) və kəşfiyyat kommunikasiya (COMINT) avadanlıqları ilə təchiz olunub.

“Aerostar” 38 kVt çıxış gücünü yarada biləcək bir ədəd iki taktlı “Zanzottera 498i” mühərriki ilə təchiz edilir. Mühərrik uzun müddət ərzində maksimum gücdə işləməyə imkan verən yüksəklik və temperatur dalğalanmalarını tənzimləmək üçün elektron yanacaq püskürmə injektoru ilə tandemdə çalışır.

Həm hərbi, həm də mülki sahədə istifadəyə yararlı olan “Aerostar” aparatları məlumatların əldə edilməsini, emalını, saxlanmasını və monitorinqini real vaxt rejimində həyata keçirir. PUA ilə əlaqə 250 km-ə qədər görünüş məsafəsində məlumat ötürülmə kanalı vasitəsi ilə həyata keçirilir. “Aerostar” 304 m/dəq sürətlə havaya qaldırıla bilər. PUA-nın maksimum sürəti 203 km/saat, kreyser sürəti isə 114 km/saatdır. Enmə sürəti 90 km/saat, fəaliyyət məsafəsi 200 km-dir. Havada maksimum 12 saat qala bilər. Qanadlar arası məsafə 8.7 m, uzunluğu 4.5m, eni 1.2 m, çəkisi 230 kq, faydalı yükü isə 50 kq-dır. 250000 saat istifadəsinə zəmanət verilir.

“Aerostar” kompleksinin idarə edilməsi üçün üç ekipaj üzvü tələb olunur: komandir, operator və tuşlayıcı. GCS idarəetmə stansiyasında üç kompüter mövcuddur. Onlardan biri operatorun, digəri isə tuşlayıcının xidmətindədir. Sonuncu isə ehtiyatdadır. Taktiki PUA əldə edilən məlumatları görüntüləmək üçün bir video monitor və rekorder ilə təchiz olunub. Hava hərəkətinə nəzarət və məlumatların mübadiləsi üçün bir ədəd ultra yüksək tezlikli radiostansiya nəzərdə tutulub.

Əsas üstün cəhətləri

- Platformanın və faydalı yükün optimal nisbəti
- Bir neçə faydalı yük götürə bilən böyük yük bölməsi
- Etibarlı püskürmə injektorlu mühərrik
- Dəqiq GPS naviqasiya sistemi
- GPS qadağan olunan zonalarda fəaliyyət göstərmək imkanı
- Pnevmatik katapult, hava yastığı və paraşüt
- İstiqamətli məlumat ötürulmə kanalları ilə dəstəklənən geniş diapazon
- Avtomatik rejimdə qalxma və enmə (ATOL sistemi)
- Avtonom uçuş rejiminin diapazonlu proqramları
- Rahat idarəolunan interfeys
- Uçuş təqlidetmə qurğusu
- Qısa dönmə radiusu
- Texniki xidmətin sadəliyi
- İnfraqırmızı və lazer sensorlardan əlavə “Aerostar” SAR radiolokasiya siqnallarının sintez stansiyası, ağıllı siqnal (SIGINT) və elektron kəşfiyyat kommunikasiya (COMINT) avadanlıqları ilə təchiz olunub.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 4.5 km;
Hündürlüyü: 1.3 m;
Qalxma kütləsi: 220 kq;
Faydalı yük: 50 kq;
Qanad açılımı: 8.5 m;
Maksimum uçuş məsafəsi: 250 km;
Maksimum uçuş hündürlüyü: 5500 m;
Maksimum sürəti: 206 km/saat;
Kreyser sürəti: 102 km/saat;
Uçuş müddəti: 12 saat.

“Orbiter” ailəsi

“Aeronautics” şirkətinin istehsal etdiyi “Orbiter” PUA ailəsi özündə bir neçə fərqli modeli ehtiva edir. 2004-cü ildən istehsal edilən bu vasitələr mükəmməl imkanlara malik etibarlı platforma hesab edilir. Onların əsas təyinatı hərbi obyektlər haqqında məlumat toplamaq, kəşfiyyat və müşahidə aparmaq, həmçinin hədəfləri izləməkdən ibarətdir.

Bu sinifdən olan aparatlar “uçan qanad” sxeminə əsaslanır, səssiz elektrik mühərrikləri ilə təcniz olunur. Onlar çox aşağı optik, termal, akustik və radiolokasiya görüntüsünə malik olduqları üçün aşkar edilməyən PUA-lar sinfinə aid edilirlər. PUA-nın standart avadanlıqlarına müasir elektro-optik və infraqırmızı kameralar, rabitə və məlumat vasitələri daxildir. Kürək çantalarında belə daşına bilən aparatların döyüş vəziyyətinə gətirilməsi və istənilən formada-maşından, katapultdan, əldən, “roqatkadan” və s. buraxılması ortalama olaraq 7- 10 dəqiqəyə qədər vaxt tələb edir. PUA-nın yerdən idaəolunması bir nəfər operator tərəfindən kompakt blok vasitəsilə həyata keçirilir. Daşınması və istifadəsi sadə və rahatdır. Orta hazırlıqlı əsgər 1-2 saatlıq hazırlıqdan sonra aparatı idarə edə bilir. Tapşırıqlar yerinə yetiriləndən sonra PUA operatorun komandası ilə göstərilən koordinatlara qayıdır, paraşütünü açır, arxası üstə çevrilərək çoxsaylı istifadə üçün nəzərdə tutulan yastıqlar üzərində yerə enir. Bir neçə dəqiqə ərzində akkumlyator batareyalarını dəyişdikdən sonra PUA yenidən döyüş fəaliyyətinə hazır olur. Fəaliyyətlər tamamlandıqdan sonra PUA təkrar çantaya yerləşdirilir. On min saatlarla uçuş resursuna malik “Orbiter” ailəsinin üzvləri lisenziya əsasında Azərbaycanda istehsal olunur. Hər bir modelin fərdi və fərqli texniki xüsusiyyətlərinə ayrılıqda nəzər salaq.

“Orbiter 1K”

Gəzən sursat sinifinə aid “Orbiter 1K” PUA-ları quruda, dənizdə və havada kəşfiyyat vəzifələrinin yerinə yetirmək üçün nəzərdə tutulub. PUA-lar uçuşu avtomatik idarəetmə sistemi ilə təchiz olunub. Artıq istehsalı dayandırılan “Orbiter 1” bazasında hazırlanıb.

“Orbiter 1K” PUA-sı partlayıcı yük daşımaq üçün uyğunlaşdırılan gövdəyə malikdir və özünü döyüş əməliyyatlarında müsbət tərəfdən göstərən əvvəlki aparatların müsbət cəhətlərini özündə birləşdirir. “Orbiter 1K” ən az çəkiyə, qanad açılımına, fəaliyyət radiusuna və yükdaşıma xüsusiyyətinə malikdir. Cəmi 30 sm yüksəkliyi və 1 metr uzunluğunda olan mini PUA-nın qanad açılımı 2.2 metrdir. 5500 metr yüksəklikdə və 50 km radiusda kəşfiyyat xarakterli vəzifələri yerinə yetirə bilir. 6.5 kq çəkisi olan “Orbiter 1K” 140 km/saat maksimal sürət toplaya bilir. Uçuş müddəti 2-3 saatdır. Bütün görüntülər və əldə edilən video və telemetrik kəşfiyyat məlumatları 12 saatlıq həçmə malik sərt diskə (bu funksiya digər modellərdə əvəz edilib) yazılır. “Orbiter-1K” (Kingfisher) gəzən döyüş sursatı sinifində aiddir, parçalanma başlığından ibarət faydalı yükün kütləsi 2.2-2.6 kq-dır.

Texniki imkanları

- Kiçik hədəflərə məsafədən zərbə imkanı;
- 1-2 kiloqrama qədər xüsusi yük (partlayıcı) daşımaq imkanı;
- Mini EO/IR cihazlarından ibarət kameraların quraşdırılma imkanı;
- Havaya buraxılmanın müxtəlif sadə üsulları;
- Avtomat paraşüt və təhlükəsizlik yastığı;
- Aşkar edilən görüntülərin yüksək HD formatda onlayn ötürülməsi;
- Analoq və rəqəmsal kommunikasiya üçün nəzərdə tutulan orta mənzilli konfiqurasiya;
- Sistem sənaye standartlarına, o cümlədən video axını üçün H.246, idarəetmə üçün isə NATO-nun STANAG 4586 standartlarına tam uyğun gəlir.

Taktiki-Texniki Xüsusiyyətləri

Qalxma kütləsi: 6.5 kq;
Faydalı yükün kütləsi 2.2 kq;
Qanad açılımı: 2.2 m;
Uzunluğu: 1 m;
Hərəkət radiusu: 50 km;
Maksimum uçuş hündürlüyü: 5500 m;
Maksimum sürəti: 140 km/saat;
Uçuş müddəti: 2-3 saat.

“Orbiter-2B”

“Orbiter-2B” mini PUA-sı tammiqyaslı aşağı intensivlikli müharibə, şəhər şəraitində qarşıdurmalar zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsini və dəstəklənməsini həyata keçirə bilər.

“Orbiter-2B” mini PUA-ları, həmçinin dəniz və quru sərhədlərinin qorunması vəzifələrinin də yerinə yetirilməsində istifadə oluna bilər. Bu sistemlər lisenziya sahibi olan şirkət tərəfindən hazırlanan çoxsaylı hava aparatlarının proqram təminatına uyğun istismar edilir və buna uyğun nəzarət olunur. PUA-nın proqram təminatı müxtəlif platformalı vasitələrə xidmət etmək üçün nəzərdə tutulub və NATO-nun STANAG 4609 standart interfeysinə uyğun gəlir.

“Orbiter-2B” mini PUA-larının kütləsi 9.5 kq, uzunluğu 1 metr, qanad açılımı isə 3 metrdir. Bəzən PUA-nın adında rast gəldiyimiz M və K hərfləri modernizə və ya kombinə edilən variantlar mənasını daşıyır. Bu hərflərin korpusun və mühərriklərə aidiyyatı olmur, adətən real vəzifələrə uyğun daşınan faydalı yükün tərkibində dəyişiklik edilir.

Rəqəmsal əlaqəli sistemin çalışma müddəti 4 saata qədər, yükgötürmə qabiliyyəti 1.5 kq-a qədər, fəaliyyət radiusu isə 100 km qədər artırılıb. Fəaliyyət yüksəkliyi 5500 metr, sürəti 130 km/saatdır.

Taktiki-Texniki Xüsusiyyətləri

- Rahat sökülür və daşına bilir;
- Maşınlara quraşdırıla bilir;
- Gündüz/gecə rejimi üçün ikili faydalı yük daşıya bilir;
- Kamera ilə uça bilir;
- Tez bir zamanda, cəmi 7 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilə bilir;
- Sadə konstruksiya, kiçik dönmə radiusu;
- Səssiz elektrik mühərriki;
- Kiçik siluet və gizlin əməliyyat aparmaq qabiliyyəti;
- Avtomatik havaya buraxıla bilir;
- Təkrar istifadə edilə bilir ;
- Buludlu və digər məhdud görmə şəraitində yüksək görüntü əldə edir;
- Uzunmüddətli və dözümlüdür;
- Geniş işçi diapazonu müvcuddur;
- Pnevmatik katapult, təhlükəsizlik yastığı və bərpa olunan paraşüt;
- Dəniz əməliyyatlarında belə çoxsaylı istifadə edilən komplekt;
- Avtonom vəzifələri yerinə yetirərkən GPS ilə və ya onsuz dəqiq naviqasiya;
- Hərəkət edən nəqliyyat vasitələrinə və digər hədəflərə kilidlənmə və nəzarət;
- Şifrəli rəqəmsal məlumat ötürülməsi kanalı, tezliklərin sıçrayışlarla dəyişdirilməsi;
- Görüntü və məlumatların ətraflı emalı;
- Uçuş zonasından yayınmanı hiss edir;
- A2AD mühitində işləyə bilir;
- Uçuş göyərtəsinə ehtiyac yoxdur;
- Dəniz əməliyyatları üçün rahat istifadə;
- Gəmilərin göyərtə sistemlərinə inteqrasiya imkanı.

Daşınan faydalı yükün tərkibi

D-STAMP: gündüz (CCD) rejimli elektro-optik kamera;
UZ-STAMP: gecə (soyudulmayan FLIR) sabit kamera;
M-STAMP: ikiqat gündüz (CCD) və gecə (soyudulmayan FLIR) sabit elektro-optik kamera;
HD-Lite: fotoqrametrik xəritəçəkmə və 3D modelləşdirmə modulu.

1.2 kq kütləyə malik çoxsensorlu M-STAMP termal kameraları PUA-ya geniş müşahidə imkanları ilə bərabər avtomatik olaraq hədəfə kilidlənmək, konkret koordinatı və ya nöqtəni izləmək, daramaq və ya mozaika rejimində rəngli video əldə etmək imkanı verir.

GPS və datalink olmadan vəzifərini yerinə yetirməsi, hərəkət edən nəqliyyat vasitələrinə nəzarət və izlənilməsi, uçuş zonasından yayınmanı tanıması, A2AD mühitində çalışa bilməsi, bu PUA-ların daşıya biləcəyi faydalı yüklərin və daxili sistemlərin üstun cəhətlərindəndir. Hazırda, İsrail və Azərbaycandan başda Finlandiya, İrlandiya, Meksika, Polşa, Serbiya və Uqanda “Orbiter-2B” mini PUA-larının xidmətlərindən yararlanır.

Taktiki-Texniki Xüsusiyyətləri

Qalxma kütləsi: 10.3 kq;
Qanad açılımı: 3 m;
Uzunluğu: 1 m;
Hərəkət radiusu: 50 km;
Fəaliyyət radiusu: 100 km qədər;
Maksimum uçuş hündürlüyü: 5500 m;
Maksimum sürəti: 130 km/saat;
Uçuş müddəti: 3-3.5 saat.

Mənzil rabitə sistemlərinin imkanları ilə məhdudlaşır və praktik olaraq dəyişməyib, təxminən 150 km təşkil edir. Uçuş tavanı 3500 m-dir, eniş paraşüt və hava yastığı ilə həyata keçirilir.

“Orbiter-3”

“Orbiter-3B” PUA-ları özündə qabaqcıl əməliyyat prosesi və maddi-texniki təminat tədbirlərinin kəskin şəkildə azalmasını müvəffəqiyyətlə birləşdirə bilən kiçik taktiki PUA-dır. Baza versiyası “Orbiter-3” aparatları 2011-ci ildə ictimaiyyətə təqdim edilib. Bu aparatlar daha üst taktiki eşalonların maraqlarında fəaliyyət göstərmək üçün nəzərdə tutulur. Əsas təyinatı daha uzun müddətdə kəşfiyyat, aşkaretmə, müşahidə aparmaq, lazer hədəf göstərmək (ISTAR sistemi) və taktiki dəstək verməkdən ibarətdir. 2014-cü ildən “Orbiter-3B” kimi istehsal edilən PUA-lar 7 saat ərzində 5800 metr yüksəklikdə və 150 km radiusda fəaliyyət göstərə bilir. Sələflərindən fərqli olaraq rəqəmsal katalitik konvektor ilə təchiz olunur. 20 kq kütləsi olan bu aparatlar 5 kq-a qədər faydalı yük, o cümlədən lazer hədəf göstərən sabit çoxsensorlu elektro-optik cihazları daşımaq qabiliyyətindədir. 130 km/saat sürətə malik 3B əvvəlki modellərdən daha böyük ölçüləri və geniş imkanları ilə fərqlənir. Daşınan faydalı yüklər arasında görüntü kameraları ilə lazer hədəf göstəricisi yer alır. Bu, “Orbiter-3B” PUA-larının əvvəlki versiyalardan fərqlənən ən əsas üstünlüyü hesab olunur. Sistem sənaye standartlarına, o cümlədən video axını üçün H.246, idarəetmə üçün isə NATO-nun STANAG 4586 standartlarına tam uyğun gəlir.

2019-cu ildə Lü Burje Beynəlxalq Aerokosmik Salonunda təqdim edilən ailənin yeni “Orbiter-3H” versiyası təqdim edilib, burada “H” hərfi hibrid sözünü ifadə edir. Hibrid avtomobillərə bənzər “Orbiter-3H” versiyası daxili yanma və elektrik tipli iki mühərrikə malikdir. Belə bir seçim, bir tərəfdən, havada qalma müddətinin artırılmasına, digər tərəfdən hədəf bölgəsində demək olar ki, tam sükutu qorumağa imkan verir. Mühərriklər həm ayrıca, həm də birlikdə işləyə bilər. “Orbiter-3” kimi, “Orbiter-3H”ın buraxılışa hazırlıq müddəti (katapultdan) 7 dəqiqədir, lakin havada qalma müddəti 7 ilə 12 saata qədər artırılıb.

Taktiki-Texniki İmkanları və Xüsusiyyətləri

- Rahat sökülür və daşına bilir;
- Maşınlara quraşdırıla bilir;
- Faydalı yüklər gündüz və gecə, istənilən hava şəraitində effektivdir;

- Təkrar istifadə edilə bilir;
- Buludlu və digər məhdud görmə şəraitində yüksək görüntüyə malikdir;
- Uzunmüddətli və dözümlüdür;
- Geniş işçi diapazonu müvcuddur;
- Pnevmatik katapulta, təhlükəsizlik yastığına və bərpa olunan paraşütə malikdir;
- Dəniz əməliyyatlarında belə çoxsaylı istifadəsi mümkündür;
- Avtonom vəzifələri yerinə yetirərkən GPS ilə və ya onsuz dəqiq naviqasiya fəaliyyətini həyata keçirə bilir;
- Hərəkət edən nəqliyyat vasitələrinə və digər hədəflərə kilidlənərək onları nəzarətdə saxlayır.

Əlavə funksiyaları:

- Görüntüləri ətraflı emal edir;
- Dəniz əməliyyatları üçün rahat enmə;

D-STAMP soyudulan lazer tuşlayıcısı ilə üç fazalı gecə və gündüz rejimli sabit elektro-optik kamera;
T-STAMP: gündüz (CCD) rejimli elektro-optik kamera;

HD-Lite: fotogrametrik xəritəçəkmə və 3D modelləşdirmə modulu.

Taktiki-Texniki Xüsusiyyətləri

“Orbiter 3”

Qalxma kütləsi: 30 kq;
Faydalı yük: 3 kq;
Qanad açılımı: 3.6 m;
Maksimum uçuş hündürlüyü: 5500 m;
Maksimum uçuş məsafəsi: 100 km;
Maksimum sürəti: 140 km/saat;
Uçuş müddəti: 6-8 saat.

“Orbiter 3B”

Qalxma kütləsi: 30 kq;
Faydalı yük: 5 kq;
Qanad açılımı: 3.6 m;
Maksimum uçuş məsafəsi: 150 km;
Maksimum uçuş hündürlüyü: 5840 m;
Maksimum sürəti: 130 km/saat;
Uçuş müddəti: 7 saat (hibrid versiyada 12 saat).

“Orbiter-4”

“Orbiter 4” İsrailin “Aeronautics” şirkəti tərəfindən 2016-cı ildə yaradılan sırf hərbi təyinatlı pilotsuz vasitədir.

“Orbiter 4” modeli şirkətin mütəxəssisləri tərəfindən “Orbiter 3” bazasında hazırlanıb. Bu, əsasən hər iki pilotsuz vasitənin dizaynının bənzərliyi ilə izah edilir, bununla birlikdə “Orbiter 4” modelinin uçuş və istismar imkanları daha genişdir. Bu PUA modifikasiya hesab edilmir, çünki “Orbiter 4” artıq yeni hava vasitəsi hesab edilir.

İsrailin “Aeronautics” şirkətinin “Orbiter-4” PUA-sı 2019-cu ildə 25 saatdan çox davam edən avtonom uçuşu ilə rekordunu təzələdi. PUA altı müxtəlif uçuş rejimində geniş bir tapşırıq yerinə yetirmək üçün istifadə edilə bilər. Ondan artilleriya atəşini tənzimləmək, bombardmandan sonra dəyən ziyanı qiymətləndirmək, dəqiq raketlər üçün hədəfləri axtarmaq, düşmənin rabitə avadanlıqlarını ələ keçirmək, elektron kəşfiyyat və elektron mübarizə aparmaq üçün istifadə edilə bilər. PUA-nı üç nəfərlik heyət idarə edir. Uçuş zolağı tələb etməyən PUA hər hava şəraitində həm quruda, həm də dənizdə istifadə oluna bilər.

Platforma eyni zamanda iki fərqli silah bloku daşıya bilər, ona elektro-optik sistemlərin, SAR radarının, MPR dəniz radarının və digər faydalı yüklərin inteqrasiyası mümkündür.

Taktiki-Texniki Xüsusiyyətləri

Maksimum qalxma kütləsi: 15 kq;
Kreyser sürəti: 150 km/s ;
Maksimum uçuş sürəti: 210 km/h ;
Maksimum uçuş məsafəsi: 75 km;
Maksimum uçuş hündürlüyü: 5100 m;
Təyyarə mühərrikinin növü, PUA-nın ölçüləri məlum deyil.

“Pegasus 120”

“Aeronautics” şirkətinin istehsal etdiyi “Pegasus 120” PUA-sı ilk dəfə “Paris Air Show 2017” sərgisində təqdim edilib. Onun yaradılması konsepsiyasının əsası, keçilməsi mümkün olmayan ərazilərdə fəaliyyət göstərən şəxsi heyətə və ya xüsusi təyinatlı vəzifələri yerinə yetirən qruplara ehtiyac olan döyüş və digər təchizat vasitələrinin vaxtında çatdırılmasını təmin etməkdən ibarətdir. Bu aparat meşəlik, dağlıq və sərt qayalıq ərazilərdə də kifayət qədər səmərəlidir.

“Pegasus 120”, kvadrokopter və oktokopter konfiqurasiyasında hazırlana bilər və 120 kq maksimum qalxma kütləsinə malikdir. Bu mültikopter 75 kq faydalı yükün 10 km məsafəyə daşına bilməsi üçün nəzərdə tutulur. “Pegasus 120”nin elektrik mühərriki aparatın 120 dəqiqə havada qalmasına imkan verir. Elektrik mühərriki aşağı səs siqnallarına malik olmaqla yanaşı, PUA-nın 85 km/saat sürətlə uçuşunun təmin edilməsinə imkan yaradır. “Pegasus 120” multikopterləri, İsrailin “Aeronautics” şirkətinin digər istehsalı olan “Orbiter 2” və “Orbiter 3” PUA-larının yerüstü idarəetmə mərkəzindən də idarə edilə bilir. “Pegasus 120” aparatlarında yüksək avionik imkanlarla yanaşı yeni datalink, məsafə, yük sensorları, əlaqə vasitələri və müşahidə cihazları tətbiq edilib. Bu PUA-ların 2018-ci ildə Azərbaycanın müdafiə sənayesi tərəfindən istehsalı üçün memorandum imzalanıb. İstehsalın həcmi barədə rəsmi məlumat yoxdur.

“Aerolight”

“Aerolight” PUA-sı “Aeronautics“ şirkəti tərəfindən dizayn edilən çoxməqsədli pilotsuz vasitədir. Yalnız hərbi məqsədlər üçün nəzərdə tutulan PUA ərazinin kəşfiyyatı, müşahidəsi, patrul uçuşları, axtarış əməliyyatları, artilleriya silahları və sistemlərinin atəşini tənzimləmək və s. kimi tapşırıqları yerinə yetirmək üçün istifadə edilə bilər.

Bundan başqa “Aerolight” planlar və xəritələr tərtib etmək üçün ərazinin aerofotoqrafiyası ilə əlaqəli işləri yerinə yetirmək üçün fəal şəkildə tətbiq olunur. “Aerolight” pilotsuz vasitəsi nisbətən kiçik ölçülərə malikdir və bu da onun daşınmasını olduqca rahatlaşdırır, onun uzunluğu 2 metr 56 santimetr, qanad açılımı 4 metr və hündürlüyü 96 santimetrdir. PUA elektro-optik və infraqırmızı kamera ilə təchiz olunur ki, bu da demək olar ki, hər hansı bir tədqiqat obyekti haqqında kifayət qədər tam məlumat əldə etməyə imkan verir. “Aerolight” 4 saata qədər avtonom uçuşda qala bilir.

PUA-nın porşenli mühərriki, onun maksimum sürətinin 180 km/saata çatmasına imkan verir, maksimum effektiv istifadə məsafəsi isə 150 kilometrə bərabərdir.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 2.56 m;
Qanad açılımı: 4 m;
Hündürlüyü: 0.96 m;
Maksimum qalxma kütləsi: 40 kq;
Kreyser sürəti: 140 km/s;
Maksimum uçuş sürəti: 180 km/s;
Maksimum uçuş məsafəsi: 150 km;
Maksimum uçuş hündürlüyü: 3100 m;
Mühərrikinin növü: porşenli.

“Dominator”

“Dominator” PUA-sı “Aeronautics” şirkəti tərəfindən hazırlanan pilotsuz vasitədir.

İsrailin bu PUA-sı təyyarə istehsalçıları tərəfindən əsasən sərhəd bölgələrində patrul xidməti üçün istifadə edilən hava patrul-kəşfiyyat vasitəsi kimi hazırlanıb. Aparat kifayət qədər uzun müddət avtonom uçuşda qalmaq üçün nəzərdə tutulur. Pilotsuz vasitə 28 saat uçuşda qalaraq məlumatları dispetçer konsoluna ötürə bilir.

“Aeronautics” mütəxəssisləri pilotsuz vasitənin dizaynını İsveçrənin yüngül mühərrikli “Diamond” DA-42 təyyarəsinə əsaslanaraq həyata keçirib. PUA-nın dəyərini minimuma endirmək üçün dizaynda bir sıra kiçik dəyişikliklər edilib. Bu isə onu operatorlar üçün olduqca cəlbedici edib.

Hərbi qurumlar tərəfindən bu cihaza olan minimum maraq, “Dominator” pilotsuz vasitəsinin gövdəsinin kifayət qədər böyük ölçülərinə sahib olması ilə, xüsusən də 8 metr uzunluğa və 13.42 metr qanad açılımına sahib olması və bunun cihazın aşkarlanmasını asanlaşdırması ilə izah edilir. PUA-nın yalnız RLS ilə deyil, vizual olaraq da aşkarlanması rahatdır.

“Dominator” 20x qat böyütməyə malik yüksək qətnaməli elektro-optik kamera ilə yanaşı zəif görünmə şəraitində müşahidə aparmağı təmin edən infraqırmızı kamera ilə təchiz edilir.

PUA-nın güc qurğusu, hər birinin itələmə gücü 135 at gücündə olan 2 ədəd “Thielert” dizel mühərriki ilə təmsil olunur və bu da öz növbəsində pilotsuz vasitənin maksimum sürətini 350 km/saata çatdırır.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 8 m;
Qanad açılımı: 13.42 m;
Hündürlüyü: 2.1 m;
Maksimum qalxma kütləsi: 1200 kq;
Kreyser sürəti: 300 km / s;
Maksimum uçuş sürəti: 350 km /s;
Maksimum uçuş məsafəsi: 750 km ;
Maksimum uçuş hündürlüyü: 9100 m;
Təyyarə mühərrikinin növü: porşenli;
Güc qurğusu: 2 x Thielert;
Gücü: 2 x 135 a.g.

“Aerosky”

“Aerosky” PUA-sı “Aeronautics” şirkəti tərəfindən hazırlanan taktiki hava vasitəsidir.

“Aerosky” pilotsuz vasitəsi İsrail təyyarə istehsalçıları tərəfindən xüsusi olaraq hərbi məqsədlər üçün dizayn edilib. Bu pilotsuz aparat kəşfiyyat məlumatlarının toplanması ilə bağlı tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulur.

Ondan patrul və müşahidə uçuşlarının həyata keçirilməsi, xüsusi əməliyyatların aparılması, artilleriya atəşinin tənzimlənməsi və düşmənlə təmas yerlərində hərbi hissələrin idarə olunması üçün istifadə edilə bilir. Bu pilotsuz vasitə geniş imkanları sayəsində yüksək populyarlıq qazanaraq İsraildən başqa dünyanın digər ordularında da fəal şəkildə istifadə olunur.

4 metr 50 santimetr qanad açılımına və 3 metr 5 santimetr uzunluğa malik PUA nisbətən kiçik bir kütləyə sahibdir - boş kütləsi 52 kiloqramdır, bu isə onun dizaynı ilə bağlıdır, burada əsasən müasir kompozit materiallardan istifadə edilib.

PUA yerüstü idarəetmə stansiyasından istifadə edilərək idarə olunur. PUA günün istənilən vaxtında istifadəsinə imkan verən elektro-optik və infraqırmızı kameralarla təchiz olunur.

“Aerosky” pilotsuz uçuş aparatında porşenli mühərrikdən istifadə olunur. Mühərrik maksimum sürəti 185 km/saata çatdırmağa imkan verir. Havada avtonom qalma müddəti 5 saat, uçuş məsafəsi isə 150 kilometrdir.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 3.05 m;
Qanad açılımı: 4.5 m;
Hündürlüyü: 1.1 m;
Maksimum qalxma kütləsi: 70 kq;
Kreyser sürəti: 150 km/s;
Maksimum uçuş sürəti: 185 km/s;
Maksimum uçuş məsafəsi: 150 km;
Maksimum uçuş hündürlüyü: 3050 m;
Mühərrikinin növü: porşenli.

Mənbələr

https://vpk.name/images/i358896.html
http://www.airwar.ru/enc/bpla/orbiter.html
http://www.airwar.ru/enc/bpla/orbiter3.html
http://nevskii-bastion.ru/orbiler-3-4-israel/
https://avia.pro/blog/orbiter-4-tehnicheskie-harakteristiki-foto
https://vpk.name/images/i235499.html
https://avia.pro/blog/aerosky-tehnicheskie-harakteristiki-foto
Ordu.az=Orbiter
Ordu.az=Pegasus
Dominator
Aerolight
Orbiter-4
Ordu.az=Aerostar

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   PUA   Aeronautics  

"Böyük Yaxın Şərq"in əsas PUA istehsalçısı İsraildir - ARAŞDIRMA (HƏRBİ ESKPERT) - II YAZI

2020/09/15-8004672125.jpg
Oxunub: 5491     14:30     25 Sentyabr 2020    