Avstraliya ordusuna 30-cu F-35 qırıcısı təhvil verilib

2020/09/RAAF--1600757422.jpg
Oxunub: 850     15:18     22 Sentyabr 2020    
ABŞ-da yerləşən “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan 30-cu F-35A “Lightning II” döyüş təyyarəsi Avstraliya Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarə təhvil verilməzdən əvvəl istehsal xəttində edilən bir sıra yoxlama və uçuş testlərindən keçirilib.

Qeyd edək ki, Avstraliya 72 ədəd F-35A təyyarəsi sifariş verib. İlk F-35A təyyarəsi 2018-ci ildə Avstraliya ordusuna təhvil verilib.

72 təyyarənin hamısının 2023-cü ilə qədər tam istismara verilməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   F-35  


Avstraliya ordusuna 30-cu F-35 qırıcısı təhvil verilib

2020/09/RAAF--1600757422.jpg
Oxunub: 851     15:18     22 Sentyabr 2020    
ABŞ-da yerləşən “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan 30-cu F-35A “Lightning II” döyüş təyyarəsi Avstraliya Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarə təhvil verilməzdən əvvəl istehsal xəttində edilən bir sıra yoxlama və uçuş testlərindən keçirilib.

Qeyd edək ki, Avstraliya 72 ədəd F-35A təyyarəsi sifariş verib. İlk F-35A təyyarəsi 2018-ci ildə Avstraliya ordusuna təhvil verilib.

72 təyyarənin hamısının 2023-cü ilə qədər tam istismara verilməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   F-35  


Bizi "telegram"da izləyin