Görünüşü naməlum "Ovçu": O, stels xüsusiyyətlərə malik PUA ola bilərmi? (HƏRBİ EKSPERT)

2020/09/19-11205278189.jpg
Oxunub: 4859     10:44     22 Sentyabr 2020    
Region ölkələrinin Pilotsuz Uçuş Aparatları parkında Rusiyanın rolu barədə aparılan araşdırmada 1 ədəd prototip modelinə malik "Oxotnik" aparatı barədə məlumat verilmədi. PUA-nın hələ Rusiya silahlanmasına daxil olmaması, ümumiyyətlə onun istehsalının başa çatıb-çatmayacağını heç kimin müəyyənləşdirə bilməməsi, aparatın real PUA siyahısında yer almasına imkan verə bilməzdi. Lakin PUA layihəsi barədə mediada aparılan təbliğat və onun xüsusiyyətlərinin hədsiz dərəcədə şişirdilərək təqdim edilməsi hər bir halda onun araşdırılması və analiz edilməsinə ehtiyac yaradır.

"Oxotnik" (Ovçu) ağır zərbə-kəşfiyyat PUA-sı kimi təqdim edilsə də, əslində bu PUA-nın deyil, onun hazırlanması üzrə təyin edilən inkişaf proqramının adıdır. S-70 isə modelin adı deyil, sadəcə S hərfi Rusiyanın "Suxoy" Konstruktor Bürosunun adını, 70 rəqəmi isə əvvəlki "Su-17", "Su-27" layihələrindəki uğur gətirən və düşərli 7 rəqəmini ifadə edir. Lakin bir çox mənbələr PUA-nı S-70 "Oxotnik" adlandırdığı üçün, biz də bu qaydalara riayət edəcəyik.

Rusiyanın "Suxoy" adına Konstruktor Bürosunda inkişaf etdirilən PUA-nın istehsalı V.P. Çkalov adına Novosibirsk Aviasiya Zavodunda nəzərdə tutulur. Prototiplərlər də burada hazırlanır. Dəfələrlə ləngiyən və qrafikdən geri qalan PUA-nın ilk uçuşu 3 avqust 2019-cu ildə baş tutub. Son rəsmi bəyanatlara görə, PUA-nın istismara verilməsi 2020-ci ildən sonra baş verməlidir. İstehsalçı uçuş sınaqları hələ bitməyən PUA-nın Rusiya Rusiya Hava Qüvvələrinə təhvil verilməsinin ən tezi 2024-cü ildə baş verə biləcəyini bildirir.

Rəsmi mənbələrdən 2009-cu ildən hazırlanmağa başlayan və cəmi 2 ədəd prototipi hazırlana bilən PUA-nın inkişaf proqramının dəyəri 1.6 milyard rubl, bugünkü qiymətlə 21 milyon dollar təşkil etdiyi məlumdur. "Oxotnik" pilotsuz uçuş aparatının hazırlanması barədə ilk məlumatlar 2009-cu ilin avqust ayında MAKS-2009 aviaşousunda elan edilib. PUA-nın inkişafı Rusiya Müdafiə Nazirliyinin sifarişi ilə həyata keçirilir.

2018-ci ilin iyun ayında PUA-nın ilk dəfə qalxma-enmə zolağında kənd təsərrüfatı təyinatlı K-700 traktoru tərəfindən sürükləndiyi görüntüləndi. Əslində bu da unikal foto hesab edilə bilər. 2018-ci ilin noyabrında isə PUA zolaq boyunca hərəkət etdi.

19 dekabr 2018-ci il tarixində isə Rusiya Federasiyası Müdafiə nazirinin müavini Aleksey Krivoruçko onun ilk uçuşa hazır olduğunu təsdiqlədi və layihə üzərində işlərin "prioritet olduğunu və yüksək səviyyədə davam etdiyini" bildirdi.

2019-cu ilin yanvar ayında hərbi mütəxəssislər internetdə ortaya çıxan "uçan qanad" sxeminə əsasən hazırlanan vasitənin fotoşəkillərində "Oxotnik" PUA-sının göstərildiyini təyin etdilər. Həmin ilin əvvəlində məlum oldu ki, başıbəlalı "Su-57"nin üçüncü prototipi, "Oxotnik" layihəsi çərçivəsində istifadə ediləcək bir sıra sistemlərin, xüsusən avionikanın, rabitənin və pilotsuz vasitənin qrup istifadəsinin sınaqdan keçirilməsi üçün uçan bir laboratoriya kimi istifadə olunur.

3 avqust 2019-cu ildə "Oxotnik" yalnız 20 dəqiqə davam edən ilk uçuşunu həyata keçirdi. Operatorun idarə etdiyi PUA aerodrom üzərində təxminən 600 metr yüksəkliyə qədər qalxdıqdan sonra yerə endi. 27 sentyabr 2019-cu il tarixində Rusiya Müdafiə Nazirliyi PUA və "Su-57" qırıcısının 30 dəqiqə davam edən ilk birgə uçuşu barədə mətbuata məlumat verdi. Pilotsuz vasitə bu dəfə avtomatlaşdırılan rejimdə uçdu. "Oxotnik" və qırıcı arasındakı qarşılıqlı əlaqə, "Su-57" döyüş təyyarəsinin radar sahəsini və hədəf təyinatını genişləndirmək məqsədilə, lakin rəqibin şərti hava hücumundan müdafiə zonasına girmədən həyata keçirildi.

Büdcəsi və konstruksiyası

21 milyon dollarlıq inkişaf proqramını məhsulu olan PUA "uçan qanad" konstruksiyasına malikdir. Bu rəqəm inandırıcı görünmür, lakin digər məlumatlara da malik deyilik. PUA təxminən 25 ton uçuş kütləsinə malikdir. Əlavə olaraq bu vəsaitlə PUA-nın inkişafında radiolokasiya stansiyalarına görünməzliyin (stels texnologiyanın) tətbiqi barədə məlumatlar da verilir. Başqa sözlə PUA-nın beşinci nəsil "Su-57" qırıcısının inkişafı və texnologiyalarından istifadə etməklə hazırlandığı bildirilir.

Radioelektron avadanlıqları

Bəzi mənbələr "Oxotnik" PUA-larında "Altius"da tətbiq edilən bir çox eyni sistemlərdən, o cümlədən KRET tərəfindən hazırlanan avionika dəstindən istifadə edildiyini iddia edir.

Yeni ağır PUA-nın bort radioelektron avadanlıqları aşağıdakılardan ibarətdir:

- rabitə və idarəetmə sistemi;
- RLS kompleksi;
- avtomatik idarəetmə sistemləri;
- qarşılıqlı əlaqələndirmə avadanlığı;
- monitorinqi və diaqnostika sistemləri;
- ətalətli peyk naviqasiya sistemi.

RLS kompleksi və rabitə sisteminin digər döyüş təyyarələrinin radar sahəsini və uzaqdan hədəf təyinatı məsafəsini genişləndirmək üçün S-70 PUA-sının istifadəsinə imkan verəcəyi iddia olunur. Əgər bu funksiya reallaşarsa, daşıyıcı təyyarənin və ya qırıcının düşmənin hava müdafiə zonasına daxil olmadan uzaq mənzilli silahlardan istifadə etməsi mümkün olmalıdır. Lakin Rusiyanın aktiv iştirak etdiyi və rəqibinin aktiv HHM potensialına malik olmadığı döyüş əməliyyatlarında belə, bəyan edilən qarşılıqlı kombinasiyadan istifadə faktına rast gəlinməyib.

Elan edilən son məlumatlara etibar etsək, "Su-57" qırıcısı "Oxotnik"lə inteqrasiya edilərək tapşırıqları yerinə yetirməyə qadir olacaq. Əslində ideya olaraq 5-ci nəsil döyüş təyyarəsi ilə qarşılıqlı əlaqədə olan ağır və stels zərbə PUA-sının döyüş istifadəsi, Rusiya üçün qırıcı aviasiyanın tətbiqi sahəsində inqilabi bir irəliləyiş də ola bilər.

Silahlanması

PUA-nın silahlanmasının daxili yük bölməsində və xarici asqılarda yerləşən idarəolunan və idarəolunmayan bombalardan ibarət olacağı iddia edilir. Lakin indiyə qədər Rusiya dronlarının heç birinin idarəolunan sursatlardan atəş açması faktına rast gəlinmir. Suriyada əsasən quru əməliyyatlarını havadan dəstəkləmək üçün kəşfiyyat və müşahidə uçuşlarına üstünlük verilib.

Texniki uçuş xüsusiyyətləri

PUA-nın taktiki-texniki xüsusiyyətləri barədə məlumatlar bir-birindən fərqlənir. Bu da PUA-nın seriyaya daxil olmaması ilə əlaqələndirilir. Rusiya prezidenti Vladimir Putin MAKS-2019 beynəlxalq forumunda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana "Oxotnik"PUA-sının xüsusiyyətləri barədə məlumat verərkən bunları bildirdi: "Döyüş yükü 6 tondur. Radiodalğalara görünməsi "Su-57"dən daha aşağıdır. Onun uçuş məsafəsi təxminən 6000 km, uçuş hündürlüyü isə 18 km-dir".

Ümumilikdə "Oxotnik" PUA-sının açıq mənbələrdən əldə olunan texniki uçuş xüsusiyyətləri haqqında məlumatlar aşağıdakılardan ibarətdir:

Uzunluğu: 14 m;
Qanad açılımı: 19 m;
Döyüş yükü: 6 ton;
Uçuş kütləsi: 25 ton;
Maksimum sürəti: 1400 km/saat;
Praktiki uçuş yüksəkliyi: 18 km;
Uçuş məsafəsi: 6000 km.

Layihənin qiymətləndirilməsi

9 iyul 2018-ci ildə TASS informasiya agentliyinin "Oxotnik" PUA-sının prototipinin sınaq uçuşlarına hazırlığı barədə verdiyi məlumat, bir çox Qərb mütəxəssisləri tərəfindən ciddi qarşılanmadı. Müdafiə və milli təhlükəsizlik məsələləri üzrə ekspertlər, kifayət qədər böyük ölçülərə malik PUA-nın elan edilən xüsusiyyətləri əldə edə biləcəyini şübhə ilə qarşıladılar.

Rusiya istehsalçısı yerli PUA-nı ABŞ-ın "Lockheed Martin" şirkəti tərəfindən hazırlanan və ölkənin Hərbi Hava Qüvvələri tərəfindən 2007-ci ildən aktiv istifadə edilən RQ-170 "Sentinel" PUA-sına bənzətməyə çalışdığı aşkar hiss edilir.

Xatırlayırsınızsa, region ölkələrinin PUA potensialına aid Ordu.az-da dərc edilən silsilə məqalələrdə 2011-ci ildə İranın hava məkanında kəşfiyyat aparmağa çalışan ABŞ-a məxsus RQ-170 "Sentinel" PUA-sının İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi və sonradan bu PUA-nın bazasında Tehranın "Shahed 171 Simorgh" PUA-sını istehsal etdiyi barədə məlumat vermişdik. Maraqlısı odur ki, Rusiya da məhz 2012-ci ildən inşasına başladığı "Oxotnik" layihəsinin prototipində məhz İran tərəfindən 2011-ci ildə ələ keçirilən ABŞ-ın RQ-170 PUA-sına çox bənzəyən korpusdan və eyni "uçan qanad" konstruksiyasından istifadə edir. Burada İran ilə Rusiya arasında yeganə fərq ondadır ki, Tehran yerli "Sentinel" nüsxəsinin istifadəsinə aid məhdud kadrları 2016-cı ildə yayımladı, bəlkə də ondan əməliyyatlarda da istifadə etdi, Moskva isə hələ də 18 km yüksəklikdə 6000 km uçuş məsafəsini yalnız 600 metr hündürlüyə qalxıb enməklə başa çatan 20 dəqiqəlik sınaq uçuşu ilə kompensasiya etməyə çalışır.

Əslində isə bu proses 180 dərəcə fərqli olmalı idi. Çünki, İran Rusiyadan fərqli olaraq pilotlu döyüş aviasiya vasitələri sahəsində istehsal potensialına malik deyil, Moskva isə ən azından SSRİ-dən qalma da olsa, aktiv aviasiya sənayesinə malikdir, uzun illərdir 4-cü nəsil qırıcıların ixracını həyata keçirir, 5-ci nəsilin sınaqlarını keçirir və onların seriya istehsalına hazırlaşır. Üstəgəl bu PUA-larda rusların əlində mövcud olan hazır mühərrikdən istifadə edildi. Mühərrik istehsalı isə PUA-nın özünün hazırlanmasından daha çox zaman və vəsait tələb edir. Belə olan halda, RQ-170 "Sentinel" PUA-sının nüsxəsinin hazırlanması prosesi İrana nisbətən Rusiyada daha sürətlə başa çatmalı idi, lakin biz hazırda bunun tam əksini müşahidə edirik.

S-70-i görünüşü baxımından Çinin "Sharp Sword" (Kəskin Qılınc), Fransanın "Dassault Neuron", Britaniyanın "BAE Systems Taranis" və ABŞ-ın "Northrop Grumman X-47B" PUA-ları da daxil olmaqla, bir neçə ölkənin inşa etdiyi "uçan qanad"sxeminə malik pilotsuz vasitələrinə bənzədənlər də tapılır. Əslində "uçan qanad" sxemi adı çəkilən PUA-lar üçün də xarakterik xüsusiyyətdir.

Yaxın perspektivlər

Əlbəttə ki, Rusiya baş verən son döyüş əməliyyatlarında pilotsuz vasitələrin əhəmiyyətini anlamağa başlayıb. Rusiya PUA texnologiyalarında ABŞ-dan, İsraildən, Türkiyədən aşkar geridə qalır, bunun aradan qaldırılması isə yaxın perspektivdə real görünmür.

Bu ehtimalı bir neçə faktla əsaslandırmaq mümkündür.

1. Rusiya 11 il əvvəl inkişafına başladığı layihəyə cəmi 21 milyon dollar vəsait ayırıb, bu isə ayda 160 min dollar edir. Bu vəsaitlə heç bir Konstruktor Bürosu, heç bir rubl da təyinatından kənar xərcləməsə belə, 14 m uzunluğunda olan 25 tonluq PUA-nın 8 ton yüklə 1400 km/saat sürətlə havada uçmasını təmin edə bilməz. Bu vəsait yalnız ağır PUA korpusunun texniki iqtisadi əsaslandırılması və onun layihələndirilməsi üçün yetərli ola bilər. Bu baxımdan, ya məbləğ azaldılıb, ya da bu layihə prioritet hesab edilməyib.

2. Rusiyanın 1990-cı ildə başlanan müxtəlif qırıcı layihələrinin ertələnməsi, 2002-ci ildə "Suxoy" Konstruktor Bürosu tərəfindən çoxməqsədli 5-ci nəsil qırıcı təyyarə proqramının başlanması ilə nəticələndi. Yeni proqram əvvəl əldə edilən təcrübələr əsasında həyata keçirilsə də, istehsalçı 10 ildir ki, "Su-57" qırıcısının stels, avionika və mühərrik problemlərini aradan qaldırıla bilmir və bu səbəbdən qırıcı seriya istehsalına keçə bilmir. 1000 ədəd istehsal edilməsi planlaşdırırılan qırıcıların sayı artıq 76 ədədə enib.

"Su-57" təyyarəsinin boş kütləsi 18 ton, tam kütləsi 25 t olduğu halda, "Oxotnik" PUA-sının boş kütləsi 19 ton, tam kütləsi isə 25 tondur. Maksimum uçuş yüksəkliklərini heç bir vasitə hələ də əldə etməyib, lakin kağız üzərində mövcud olan bu göstəricilər də təxminən eynidir. Eyni mühərriklərə malik hava vasitələri bir-birindən nəzəri sürət göstəricilərinə görə bir qədər fərqlənir.

5-ci nəsil qırıcıların hazırlanması proqramına xərclənən vəsaitin on milyard dollara bərabər olduğunu nəzərə alsaq, 21 milyon dollara təxminən eyni kütləni, eyni faydalı yükü, eyni yüksəklikdə qismən aşağı sürətdə daşıyacaq, lakin avtonom idarəetməyə malik stels texnologiyalı zərbə PUA-sının istehsal edilməsi heç bir məntiqə sığmır. Digər tərəfdən isə Rusiyanın stels texnologiyasın malik olmaması, az əvvəl Hindistanın "Su-57" layihəsindən çıxaraq 250 ədəd qırıcının alınmasından imtina etməsi ilə nəticələndi. Bu isə həm "Su-57" proqramının gələcək taleyini, həm də bu PUA-ların yaxın perspektivlərini sual altında qoydu.

Görünüşü naməlum "Ovçu"

PUA-nın bir neçə dəfə prototip modeli nümayiş olunub. Hər dəfə də modellərin xarici gürünüşündə müəyyən fərqlər diqqəti cəlb edir. Jukovskidə keçirilən MAKS-2019 Beynəlxalq Aviakosmik Salonunda, istehsalçı "Birləşmiş Aviainşaat Korporasiyası" zərbə və kəşfiyyat PUA-sını yastı mühərrik çıxışı ilə təqdim etdi. Bundan əvvəl keçirilən "Army-2019" forumunda isə Müdafiə Nazirliyi "Oxotnik" PUA-sının dairəvi mühərrik çıxışına malik fərqli modeli nümayiş etdirdi. Müdafiə Nazirliyinin digər videoçarxında da dairəvi mühərrik çıxışına malik PUA-nın sınaqları diqqəti cəlb edirdi. Sanki, istehsalçı özü üçün bir prototip, MN üçün digər prototip hazırlayıb. PUA-nın konstruktoru da aparat haqqında məlumat verərkən studiyada yastı mühərrik çıxışına malik PUA modeli mövcud olub, onu çıxışını müşayiət edən videoçarxda isə dairəvi mühərrik çıxışına malik PUA nümayiş etdirilirdi. Əvvəllər korpus üzərində çoxsayda antenlər görünürdü, qanadların yerləşmə bucağı da fərqli idi. "Oxotnik" PUA-sının qanad dizaynı da sonradan ABŞ-ın "Northrop Grumman" şirkəti tərəfindən yaradılan və 2011-ci ildən aktiv istismarda olan X-47B pilotsuz uçan aparatında istifadə olunan qanadların modul konstruksiyasına bənzədildi.

Belə çıxır ki, keçən 9 il ərzində nəinki PUA-nın daxili avadanlıqları, hətta xarici görünüşü ilə bağlı son qərar hələ də verilməyib. Əgər bu qərar verilərsə, seriya istehsalında biz PUA-nın daha fərqli görüntüsünün şahidi ola bilərik.

"Oxotnik" stels ola bilərmi?

Yuxarıda mühərrik çıxışının formasına xüsusi diqqət yetirməyimiz səbəbsiz deyil. Bütün PUA istehsalçıları artıq illərdir ki, dairəvi mühərrik çıxışlarından imtina edərək yastı çıxış formalı qurğulara keçid ediblər, çünki sonuncular PUA-nın həm rəqib radiolokasiya stansiyalarının radiotezliklərində, həm də infraqırmızı spektrdə əksolunma (görünmə) səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

PUA-nın güc qurğusu "Su-57" qırıcısında mövcud olan füzelyajüstü AL-31F turbopərli mühərrikdən ibarətdir. Bu mühərrikin hava qəbuledicisinin girişləri və daha əvvəl qeyd etdiyim kimi, mühərrikin çıxışları heç bir halda stels vasitə üçün optimal hesab edilə bilməz. Bunlar PUA-nın, xüsusilə də quyruq tərəfdən, rahat izlənilməsinə münbit şərait yaradır.

Uzun illər öncə təsdiq olunan primitiv qaydaları nəzərə almayan, hər dəfə fərqli formada prototiplə beyinləri qarışdıran düşüncənin orta qırıcı ölçülərinə və səsdən yüksək sürətli stels texnologiyaya malik PUA istehsal etməsi, həqiqətən də möcüzə hesab edilməlidir.

Mərhələ adlamaq

Rusiya ordusu hazırda nə uzun uçuş müddətinə və yüksək hündürlükdə fəaliyyət göstərən HALE tipli, nə uzun uçuş müddətinə və orta hündürlükdə fəaliyyət göstərən MALE tipli ağır PUA-lara, nə də onların heç olmasa qısa uçuş müddətli zərbə versiyalarına malik deyil. PUA mühərrriklərinin və elektron avadanlıqların istehsal sahəsi də urəkçan nailiyyətlərə malik deyil. Mövcud PUA-lar əsasən 1-3 saat arası uçuş müddəti və kəşfiyyat imkanları ilə məhdudlaşır. HALE sinfinin PUA-larını istehsal edən 4 ölkənin hamısı bu mərhələləri məntiqi təkamül yolu ilə qət edə bilib. Rusiyanın da PUA texnologiya sahəsində istisna təşkil edəcəyi inandırıcı görünmür.

"Oxotnik" beynəlxaq KİV-lərdə

Bir çox hərbi istiqamətdə fəaliyyət göstərən nüfuzlu nəşrlər Rusiyanın "Oxotnik" PUA-sının döyüş qabiliyyətinə malik olmadığını iddia edir. "The Dtive" nəşri də Rusiya PUA-sının stels xüsusiyətlərə malik ola biləcəyini şübhə altına alaraq, bu PUA-ların beşinci nəsil "Su-57" qırıcılarının dizayn qüsurlarının bir hissəsinin aradan qaldırılmasına kömək edə biləcəyini yazıb.

"Topical News" qəzeti isə PUA barədə belə yazır: "Yəqin ki, Rusiya pilotsuz vasitəsi həqiqətən döyüşə hazır olmaq üçün müəyyən dəyişikliklər tələb edəcək".

Rusiyanın "Oxotnik" PUA-sının bu günə qədər hazır olmaması, hədəflərə zərbə endirilməsində iştirak etməməsi, bu barədə rəsmi açıqlamaların verilməməsi və s. artıq bu sahə ilə maraqlanan hər kəsdə PUA-nın döyüş qabiliyyəti ilə bağlı şübhələr yaradıb.

Nəticə

Rusiya bu gün PUA sahəsində nəinki ABŞ, Almaniya, Fransa, İsrail, Yaponiyadan, hətta İran, Çin, Türkiyə və Cənubi Koreyadan geri qalır. Artıq bu ölkələrin Silahlı Qüvvələri ilə bərabər polis və xüsusi xidmət orqanları da kiçik və orta ölçülü hücum PUA-larından istifadə edir. Artıq Donbasda Ukraynanın Silahlı Qüvvələrinin zərbə PUA-ları cavab atəşindən çəkinmədən sərbəst fəaliyyət göstərir. Suriyada isə Rusiyanın mülki əhalinin çiy kərpicdən tikilən bir mərtəbəli evlərinə (onları rus mediası silah anbarı olaraq qələmə verirdi) bahalı "Kalibr" raketlərin atılmasını və ya Gürcüstanda yaşlı gürcü qadının evinə düşərək açılmayan "İskəndər" raketinə heyrətamiz baxışları yaxşı xatırlayırıq.

Üstəlik, döyüşlərdə istifadə üçün hazır vəziyyətə gətirilsə belə, son dərəcə bahalı bir vasitə olacaq bu PUA-lar yalnız düşmənin cəbhə xəttinin uzaq dərinliyində yerləşən hədəflərə zərbələr üçün, o da yalnız stels xüsusiyyətləri əldə edəcəyi halda yararlı ola biləcək. Bu vəzifələrin radiodalğaları uda bilən qanadlı və ya ballistik raketlərlə yerinə yetirilməsi daha ucuz və daha səmərəlidir. Son illərdə baş verən hərbi əməliyyatların təcrübələri göstərir ki, zərbə PUA-ları əsasən operativ-taktiki dərinlikdə, yəni 100-200 kilometr məsafədə fəaliyyət üçün nəzərdə tutulmalıdır. "Oxotnik" PUA-ları isə bu vəzifələr üçün tamamilə yararsız olacaq. Çünki tank, top və ya hava hücumundan müdafiə sistemini məhv edən kiçik bir zərbə PUA-sı bizə 1/10 ilə 1/100 arasında dəyişən maliyyət nisbəti təqdim edir. "Oxotmik" ilə vəziyyətdə bu nisbət tam əksinə olacaq, yəni PUA məhv etdiyi vasitədən dəfələrlə bahalı olacaq.

İstənilən halda Rusiya ordusu artıq zərbə PUA-ları olmadan növbəti əməliyyatlarda olan qalan nüfuzunu da itirə biləcəyini yaxşı anlayır. Bəli bu PUA-ların istehsalı Rusiya üçün həyati vacib əhəmiyyətə malikdir. Lakin zərbə PUA- larının hazırlanmasında təcrübəyə malik olmayan Rusiyanın dərhal "Oxotnik" kimi böyük və ehtiyac olmayan PUA-nın istehsalından başlaması doğru addım hesab edilə bilməz. Çünki Rusiyanın nə hərbi-siyasi rəhbərliyi, nə də elmi-texniki potensialı bu layihəni həyata keçirməyə hazır deyildi. Adətən silah sistemlərinin və onların proritetlər üzrə ardıcıl hazırlanması üçün qərarlar, müasir hərbi əməliyyatların nəticələri, əldə edilən təcrübə, ölkənin qarşılaşdığı təhdidlər, ordunun real tələbatı, hərbi doktrina, hərbi əməliyyatlar teatrında vəziyyət və s. kimi vacib faktorların qiymətləndirilməsindən sonra verilir. Bu addımın yalnış olduğunu faktlarla əsaslandırmaq üçün kiçik bir haşiyəyə çıxmalıyıq.

2018-ci ilin fevralında Suriyada "Vaqner" ÖHK-nın topçularını, tanklarını və piyadalarını darmadağın edən ABŞ-ın "Reaper" PUA-ları daşıdıqları "hava-yer" raketləri və idarəolunan bombaları ilə birlikdə cəmi 4.7 ton kütləyə malik idi. Taktiki eşelonda istifadə üçün 25 tonluq pilotsuz vasitələrin Rusiyanın real qatıldığı əməliyyatlar çərçivəsində istifadəsinə indiyə qədər rast gəlinmədiyini, Rusiyanın ABŞ, İsrail və Türkiyə PUA-ları ilə qarşıdurmalarda bu qədər acı təcrübələrə malik olduğunu, Silahlı Qüvvələrinin yalnız yüngül və orta səviyyəli zərbə tipli pilotsuz vasitələrə ehtiyac duyduğunu bildiyi halda, dövlətin bu şübhəli layihə üçün vəsait ayırması anlaşılan deyil.

Digər tərəfdən isə bu tip layihələr daha çox bir neçə şəxsin şəxsi maraqlarına xidmət edən gəlir mənbəyinə çevrilir. Bu kimi faktlarla biz "Sarmat" QABR layihəsində də rastlaşdıq. Sınaqlar üçün ayrılan 3.2 milyard rubl vəsaitin ən azı 1 milyard dolları sifarişçi və podratçı şirkət tərəfindən mənimsənilib. Nəticədə ölkə təhlükəsizliyini təmin edəcək və nüvə başlığı daşıyan QABR-ın silahlanmaya qəbulu ən azı bir il ləngiyəcək.

"Oxotnik" layihəsinin müəllifi olan "Suxoy" Konstruktor Bürosunun həyata keçirdiyi "Superjet" layihəsinə də milyardlarla dollar xəcləndi, lakin uğursuz təyyarənin qəzaları ara vermədi, yüzdən çox insan həlak oldu, nəticədə təyyarələrin uçuşu dayandırıldı, alınan və kirayə götürülən vasitələr istehsalçıya qaytarıldı, qaytarıla bilməyənlər isə hava limanlarında çürüməyə davam etməkdədir. Dünyada ilk dəfə açılan şassini yanacaq çəninin altına yerləşdirmişdilər. Enmə zamanı kiçik zərbə belə çənin deşilməsi və yanğınla nəticələnirdi. Mühəriklər də aşağıda yerləşən qanadların altında olduğu üçün zolağa çox yaxın yerləşirdi. Bu isə davamlı olaraq zolağdakı beton parçalarının mühərrikə daxil olmasına şərait yaradırdı.

Hazırda Rusiya Müdafiə Nazirliyinin bir çox vacib proqramlarının icrasının təyin edilən qrafikdən dəfələrlə geridə qalması müşahidə olunur. "Oxotnik" də davamlı olaraq ləngiyən layihələrdən biridir. Əlbəttə ki, "Oxotnik" layihəsinin uğuru qismən Moskvanın bu vasitənin inkişafını maliyyələşdirməyə davam etməsindən və bu vəsaitlərin sərfiyyatına nəzarətdən asılı olacaq. Burada texnoloji inqilab zərurəti də yaranıb. Bunu isə Rusiya bəlkə də 2009-cu ildə olduğu kimi, İsrailə 400 milyon (təbii ki, indi daha böyük məbləğlə) ödəmək yolu ilə həll edə bilər.

P.S. Rusiyaya məxsus pilotsuz vasitələrin Liviya və Suriyada hansısa fəaliyyətinə görə yadda qalmamasına, onların mikrosxemlər, sensorlar və elektron avadanlıqlar sahəsində daima qərb texnologiyasından geridə qalmasına, gecə uçuşlarında istifadə edilməməsinə, zərbə PUA-larının yaradılmasında isə çox ciddi boşluqların olmasına baxmayaraq, rus mediası yarım saat belə havada qala bilməyən "Oxotnik" PUA-sını "avtonom uçuş" sözünə görə 6-cı nəsil pilotsuz qırıcıları ilə eyni səviyyəyə aid edir. Buna görə isə təəccüblənməyin. Bu həmişə belə olub, indi də belədir...

Mənbələr

https://vpk-news.ru/articles/56451
https://russian.rt.com/inotv/2019-01-24/Drive-v-set-utekli-fotografii
https://inosmi.ru/military/20200127/246702322.html
https://news.myseldon.com/ru/news/index/215343166
http://bastion-opk.ru/ohotnik-dpla/
incrussia.ru
www.dw.com
iz.ru
avia.pro
www.mk.ru

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   PUA   Oxotnik  

Görünüşü naməlum "Ovçu": O, stels xüsusiyyətlərə malik PUA ola bilərmi? (HƏRBİ EKSPERT)

2020/09/19-11205278189.jpg
Oxunub: 4860     10:44     22 Sentyabr 2020    