Ermənistanda 18-27 yaşlı qadınların 45 günlük hərbi təlimləri keçiriləcək

2019/05/14473-1556884189.jpg
Oxunub: 2192     16:38     19 Sentyabr 2020    
Oktyabrın 1-dən qadınların ilkin hərbi hazırlıq təlimlərinə ərizələrin qəbulu başlayacaq.

Ordu.az erməni KİV-lərinə itinadən xəbər verir ki, hərbi hazırlıq təlimləri Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Hakobyanın təşəbbüsü və Ermənistan Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil olunur.

Proqram çərçivəsində iştirakçılar 45 gün kazarma şəraitində hazırlaşacaqlar və əsgər bacarıqları əldə edəcəklər.

Düşərgə iştirakçılarının gündəlik həyatı Ermənistan Silahlı Qüvvələrində qəbul olunmuş formatla təşkil olunacaq. Hərbi hissənin gündəlik cədvəlinə əsasən, saat 06:30-da yuxudan durma, gimnastika, səhər yeməyi, sinif və çöl məşqləri və s. olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Ordu  

Ermənistanda 18-27 yaşlı qadınların 45 günlük hərbi təlimləri keçiriləcək

2019/05/14473-1556884189.jpg
Oxunub: 2193     16:38     19 Sentyabr 2020    