“Erməni tərəfindən danışıq aparanlar Qarabağın tanına biləcəyinə ümumiyyətlə inanmırdılar” – Köçəryan

2020/07/00-10-1595402663.jpg
Oxunub: 700     14:47     19 Sentyabr 2020    
“Heydər Əliyev ilə görüşlərim yenilik deyildi, mənə qədər 1991-ci ildən birinci prezident görüşmüşdü və məndən sonra bu görüşləri artıq İlham Əliyev ilə üçüncü prezident davam etdirib”.

Ordu.az xəbər verir ki, bunu ekspertlərlə görüşü zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

O qeyd edib ki, qondarma qurum Lissabon sammitindən sonra 1996-cı ildən danışıqlardan kənarda qalıb.

“Əslində 1997-ci il ərzində mən Qarabağın iştirakı ilə hər hansı görüşü xatırlamıram. Və bu format sadəcə danışıqlar prosesindən kənarda qaldı, mən kimisə əvəz etmədim”, - deyə Köçəryan bildirib.

Köçəryanın sözlərinə görə, ayrıca format var idi və onlar qəbul edirdilər, lakin bu format Lissabonda qəbul olunmuş qərarlarla bitib.

“Mənim təəssüratıma görə, erməni tərəfindən danışıq aparanlar Qarabağın “müstəqil dövlət” kimi tanına biləcəyinə ümumiyyətlə inanmırdılar”, - deyə Köçəryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənstan   Münaqişə  

“Erməni tərəfindən danışıq aparanlar Qarabağın tanına biləcəyinə ümumiyyətlə inanmırdılar” – Köçəryan

2020/07/00-10-1595402663.jpg
Oxunub: 701     14:47     19 Sentyabr 2020    