Nigeriyada 16 “Boko Haram” silahlısı məhv edilib

2019/01/Niger-1546514991.jpg
Oxunub: 670     12:55     19 Sentyabr 2020    
Nigeriyanın şimal-şərqində həyata keçirilən hava əməliyyatı zamanı “Boko Haram” terror qruplaşmasının 16 silahlısı öldürülüb.

Ordu.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Afrika ölkəsinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Con Enençe məlumat verib.

Onun sözlərinə görə, Nigeriya Silahlı Qüvvələri aviasiyanın dəstəyi ilə Mayduquri ştatının Kassa Kura bölgəsində genişmiqyaslı antiterror əməliyyatı keçirib. “Cinayətkar təşkilatın 11 üzvü, çox sayda silah-sursat ələ keçirilib, terrorçuların sığınacaqları məhv edilib”, - o deyib.

Qeyd edək ki, “Boko Haram” qruplaşması 2000-ci illərin əvvəllərindən Nigeriya, Kamerun, Çad və Nigerdə ​​fəaliyyət göstərir. 2009-cu ildən bəri 20 mindən çox insan bu cinayətkar təşkilatın qurbanı olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Nigeriya   Boko-Haram  

Nigeriyada 16 “Boko Haram” silahlısı məhv edilib

2019/01/Niger-1546514991.jpg
Oxunub: 671     12:55     19 Sentyabr 2020    