Erməni politoloq: “Gürcüstan məsələsində Ermənistan müstəqilliyini göstərdi, Belarus məsələsində yox”

2020/08/00-24-1597052563.jpg
Oxunub: 797     14:11     19 Sentyabr 2020    
Artıq üçüncü dəfədir ki, Ermənistan Abxaziya və Cənubi Osetiyadan didərgin düşmüş qaçqınların taleyinə həsr olunmuş BMT qətnaməsi ətrafında səsvermədə iştirak etmir.

2008-ci ildən bəri Ermənistan daim Gürcüstanın bu təşəbbüsünün əleyhinə səs verirdi. Bu isə Gürcüstanın siyasi və ekspert dairələri tərəfindən tənqid olunurdu.

Ermənistanın Qlobalizasiya və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri, erməni politoloq Stepan Qriqoryan bildirib ki, Gürcüstan Abxaziya və Cənubi Osetiyadan didərgin düşən gürcü qaçqınlara həsr olunmuş qətnaməni hər il BMT Baş Assambleyasında səsverməyə qoyur.

“Keçmişdə Ermənistan demək olar həmişə Rusiya, Belarus, Sudan, Şimali Koreya, Zimbabve və Venesuela ilə əleyhinə səs verirdi. Gürcüstan başa düşür ki, Rusiya əleyhinə səs vermək üçün Ermənistana təzyiq edir”, - deyə Qriqoryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Belarus  

Erməni politoloq: “Gürcüstan məsələsində Ermənistan müstəqilliyini göstərdi, Belarus məsələsində yox”

2020/08/00-24-1597052563.jpg
Oxunub: 798     14:11     19 Sentyabr 2020    