Çexiya T-72M4CZ tanklarını modernləşdirir

2020/09/ezgif-1600497438.jpg
Oxunub: 895     15:58     19 Sentyabr 2020    
Çexiya Müdafiə Nazirliyi yeni nəsil tankların tədarükü proqramını ləğv etmək qərarına gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qərara uyğun olaraq, hazırda Çexiya ordusunun arsenlında olan 30 ədəd T-72M4CZ tankı modernləşdiriləcək.

Çexiya 2017-ci ildə Aİ-nin müdafiə fondundan istifadə edərək T-72M4CZ tanklarını dəyişdirməyi planlaşdırmışdı. Tenderə Almaniyadan “Leopard 2” və İsraildən “Sabra” tankları qatıldı. Daha sonra proqram ləğv edildi.

Yeni nəsil əsas döyüş tankı tədarük proqramını ləğv edən Çexiya 27 ədəd əsas T-72M4CZ döyüş tankını, 3 ədəd T-72M4CZ komanda vasitəsini və 3 VT-72M4CZ tankını modernləşdirəcək. Modernləşdirmə çərçivəsində yeni atəş sistemləri tanklara inteqrasiya ediləcək.

Çexiya Müdafiə Nazirliyi tanklarının modernləşdirilməsinin 2023 və 2025 arasında tamamlanacağını və istismar müddətinin 2035-ci ilə qədər uzadılacağını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çexiya   Tank  

Çexiya T-72M4CZ tanklarını modernləşdirir

2020/09/ezgif-1600497438.jpg
Oxunub: 896     15:58     19 Sentyabr 2020    