Erməni hərbi qulluçunun avtomobili döyüş mövqeyi yaxınlığında minaya düşüb

2020/09/2faf3-1600434320.jpg
Oxunub: 14195     17:04     18 Sentyabr 2020    
Sentyabrın 16-da Ermənistanın Qeğarkunik vilayətində fövqəladə hadisə baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 10:25 radələrində "Tambarak" tibb mərkəzindən Tsambarak polis bölməsinə məlumat daxil olub.

Məlumatda qeyd olunub ki, "qapalı kəllə-beyin travması" diaqnozu ilə bir nəfər tibb mərkəzinə yerləşdirlib.

Polislər müəyyən ediblər ki, yaralı Tsambarak şəhər sakini, 39 yaşlı K. Argiştidir. O, həmin gün saat 09:00 radələrində "ZİL" markalı nömrəsiz avtomobil ilə Vahan kəndinin sərhəd ərazisində döyüş mövqeləri yaxınlığında minaya düşərək partlayış nəticəsində yaralanıb.

Məlum olub ki, K. Argişti Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Erməni-əsgər   Mina  

Erməni hərbi qulluçunun avtomobili döyüş mövqeyi yaxınlığında minaya düşüb

2020/09/2faf3-1600434320.jpg
Oxunub: 14196     17:04     18 Sentyabr 2020    