Rumıniya müdafiəni gücləndirmək üçün ABŞ-dan “Patriot” raketləri alır

2020/09/f28a8-1600410712.jpg
Oxunub: 820     17:30     18 Sentyabr 2020    
“Patriot” hava hücumundan müdafiə sistemlərinin ilk partiyası Rumıniya ordusuna tədarük edilib.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, HHM sistemləri Qara dəniz sahilində yerləşən atış poliqonunda Rumıniya ordusuna təhvil verilib.

“Rumıniya “Patriot” raketlərini öz ərazilərində yerləşdirərək daha etibarlı bir dövlət olub. Rumıniya vətəndaşları indi daha yaxşı qorunur”, - deyə ölkənin Baş naziri Ludovik Orban bildirib.

Raketlər yeni alınmış F-16 döyüş təyyarələrindən ibarət birləşmiş hava hücumundan müdafiə sisteminin tərkib hissəsini təşkil edəcək.

Təxminən 4 milyard dollar dəyərində olan sistem Avropa İttifaqı və NATO üzvü olan dövlətin əsaslı təmir proqramının vacib bir elementidir.

Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Moskvanın ABŞ-ın Şərqi Avropadakı raketlərini böyük bir təhlükə kimi gördüyünü və Moskvanın öz raket zərbəsi qabiliyyətini artıraraq cavab vermək məcburiyyətində qalacağını bildirib.

ABŞ NATO üzvlərindən tədricən müdafiə büdcələrini ÜDM-in 2 faizinə qədər artırmağı tələb edib və ABŞ-ın yaxın müttəfiqi olan Rumıniya bunu Avropada ilk edən dövlətlərdən biridir.

Rumıniya, eyni zamanda ABŞ-ın ballistik raketdən müdafiə stansiyasına ev sahibliyi edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   ABŞ   Rumıniya  

Rumıniya müdafiəni gücləndirmək üçün ABŞ-dan “Patriot” raketləri alır

2020/09/f28a8-1600410712.jpg
Oxunub: 821     17:30     18 Sentyabr 2020    