Belarus Bolqarıstanın Su-25 qrıcılarını modernləşdirib

2020/09/Su-25-1600410183.jpg
Oxunub: 892     16:31     18 Sentyabr 2020    
Belarusun 558-ci Aviasiya Təmir Zavodu tərəfindən modernləşdirilən Bolqarıstan Hava Qüvvələri Komandanlığına məxsus Su-25 tipli döyüş təyyarəsi nümayiş olunub.

Ordu.az xəbər verir ki, Bolqarıstan Hava Qüvvələri 2018-ci ilin noyabr ayında Belarusdakı 558-ci Aviasiya Təmir Zavodu ilə 14 ədəd Su-25-in modernləşdirilməsi üçün 85,5 milyon dollar dəyərində bir müqavilə imzalayıb.

Sonradan müqavilədə dəyişiklik edilərək modernizasiya ediləcək təyyarələrin sayı 8-ə, müqavilənin dəyəri isə 49 milyon dollara endirilib. Modernləşdiriləcək 8 təyyarələrdən 6-sı tək oturacaqlı, 2-si cüt oturacaqlı Su-25-dir.

Modernləşdirilən ilk iki Su-25 təyyarəsinin 23 sentyabr 2020-ci ildə Bolqarıstana göndərilməsi planlaşdırılır.

Bolqarıstan da bu yaxınlarda F-16 qırıcıları satın alıb. 2019-cu ilin iyun ayında ABŞ Dövlət Departamenti Bolqarıstana 1,6 milyard dollar dəyərində 8 ədəd F-16 Block 70/72 döyüş təyyarələri və əlaqədar avadanlıqların satışını təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Belarus   Bolqarıstan   Su-25  

Belarus Bolqarıstanın Su-25 qrıcılarını modernləşdirib

2020/09/Su-25-1600410183.jpg
Oxunub: 893     16:31     18 Sentyabr 2020    