Moskva və Minsk KTMT-ni işə salmaq niyyətindədir

2018/08/345_1535356715.jpg
Oxunub: 889     14:16     17 Sentyabr 2020    
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Borel, Aleksandr Lukaşenkonu Belarusun qanuni prezidenti olaraq tanınmadıqlarını söyləyib. Ukrayna Ali Radası Belarusdakı seçkilərin qanuni olmadığını bəyan edib. Litva Seymi Svetlana Tixanovskayanı Belarusdakı hakimiyyətin nümayəndəsi hesab etdiyini açıqlayıb.

Soçidə Lukaşenko ilə görüşən Rusiya prezidenti Vladimir Putin Lukaşenkonu qanuni prezident hesab edib və 1,5 milyard dollar kredit verməyə razı olub. Mütəxəssislər, Maydandan əvvəl prezident Yanukoviçə Moskvanın 3 milyard dollar borc verdiyi Ukrayna ilə paralellər aparırlar. Yanukoviçin devrilməsindən sonra Kiyev kredit müqaviləsini ləğv edə bilmədi. Bəzi mənbələrə görə, həmin məbləğ Viktor Yanukoviçin Rusiyaya yardım üçün müraciət etməsi əvəzində “fidyə” vəsaiti idi.

Belarusun yeni hökuməti gələcəkdə müqaviləni ləğv edə biləcəkmi?

Ancaq hələlik Lukaşenko və Putin ciddi bir müdafiəyə hazırlaşırlar və bu müdafiə alətlərindən biri də KTMT ola bilər. Bu hərbi ittifaq bu günə qədər heç bir real hərbi və ya siyasi əməliyyatlarda iştirak etməyib, lakin göründüyü kimi Belarus və Rusiya üçün çıxış yolu olaraq başqa heç bir vasitə qalmayıb.

“Belarusa qarşı hərbi təcavüz və silahlı qarşıdurma baş verdiyi təqdirdə Federal Dövlət və KTMT arasında əldə edilmiş razılaşmalar çərçivəsində birbaşa hərbi təhdidlərə cavab olaraq güc tətbiq edilməsinin mümkünlüyünü istisna etmirik”, - deyə Belarus MN-in nümayəndəsi Oleq Voinov açıqlamasında bildirib.

Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Lukaşenko baş verənlərin AİƏT, KTMT və MDB çərçivəsində müzakirə edilməli olduğunu söyləmişdi. Moskva və Minsk KTMT-yə “güc cavab variantında” iştirak etməyi təklif edərsə, Ermənistan necə reaksiya göstərəcək?

KTMT və BMT Baş Katibləri Stanislav Zas və Antonio Quterreş iki təşkilat arasında bütün səviyyələrdə əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Bu, hər iki təşkilatın Baş katiblərinin KTMT saytında yayımlanan birgə bəyanatında deyilir. Baş katiblər münaqişələrin qarşısının alınması və həlli, sülhməramlı və terrorla mübarizə kimi sahələrdə əməkdaşlığın genişləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

Buna baxmayaraq, BMT, KTMT-yə beynəlxalq əməliyyatlarda iştirak etmək üçün mandat verməyib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Belarus   Rusiya   KTMT  

Moskva və Minsk KTMT-ni işə salmaq niyyətindədir

2018/08/345_1535356715.jpg
Oxunub: 890     14:16     17 Sentyabr 2020    