Ermənistan XİN rəhbəri müsahibəsində nəyə işarə edib?

2020/09/343-1600335881.jpg
Oxunub: 683     14:20     17 Sentyabr 2020    
Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan “EFE” nəşrinə verdiyi müsahibəsində bildirib ki, İrəvan regional sabitlik üçün ən yaxşı variantın 1994-cü ildən fəaliyyətdə olan atəşkəs rejimini möhkəmləndirmək olacağını düşünür.

Erməni politoloq Levon Şirinyanın sözlərinə görə, Aprel döyüşləri bir çox şeyləri göstərib.

“Keçmiş rəhbər əsas prinsiplərimizdən geri çəkilmişdi və indi Xarici İşlər naziri kifayət qədər maraqlı bəyanat verir. Ərazi itkimiz olmamalıdır, yalnız hüquqların möhkəmləndirilməsi olmalıdır. Sülh danışıqlarının qayıtmasının mümkün olub-olmaması sualına gəlincə, deyərəm ki, təzyiq olmasa, heç bir məsələ həll olunmayacaq”, - deyə Şirinyan qeyd edib.

Digər erməni politoloq Armen Vardanyanın sözlərinə görə, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan birbaşa şəkildə Vyana və Sankt-Peterburq razılaşmalarını günədəmə gətirməyə işarə edib.

Vardanyan bildirib ki, Qarabağın (qondarma qurum-red.) danışıqlarda iştirak etməsinə nail olmaq çətin olacaq: “Mən hazırda bu cür əlamətlər görmürəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Qarabağ   İşğal  

Ermənistan XİN rəhbəri müsahibəsində nəyə işarə edib?

2020/09/343-1600335881.jpg
Oxunub: 684     14:20     17 Sentyabr 2020    