Paşinyanın növbəti kəşfi və ardınca gələn növbəti yalanı

2020/09/2222-1600339498.jpg
Oxunub: 1014     14:50     17 Sentyabr 2020    
Bu gün, 17 sentyabr Ermənistan parlamentində Hökümətlə sual-cavab günüdür. Paşinyan başda olmaqla hökumət üzvləri millət vəkillərinin suallarını cavablandırırdılar.

Son iki ildə olduğu kimi, bu dəfə də Paşinyanın çıxışları epitafiyasız keçmir. Bir çox dahi düşüncə və fikirləri ilə yanaşı, Ermənistanın Baş naziri bir daha Belarusun Avropa Şurasının (AŞ) üzvü olduğunu bəyan etdi.

Qeyd etmək lazımdır ki, Belarus Avropa Şurasına üzv dövlət deyil.

Nikol Paşinyan, parlamentin “Parlaq Ermənistan” fraksiyasının millət vəkilinin sualını cavablandırarkən, sözün əsl mənasında belə deyib. “Görəsən Ermənistanın özünü Avropa ailəsinin bir hissəsi hesab etdiyini deyəndə nəyi nəzərdə tutursunuz? Belarus da Avropa Şurasının üzvü, ATƏT-in üzvü və Şərq Tərəfdaşlığının üzvü olduğu qədər, özünü Avropa ailəsinin bir hissəsi hesab etmişdir. Ermənistan Avrasiya İqtisadi Birliyinin, MDB-nin, həmçinin KTMT-nin üzvüdür. Və burada istənilən bir dövlət ilk növbədə milli maraqlarını rəhbər tutur”.

Açıqlamasından sonra internetdə qızğın müzakirələr başlayanda Paşinyan çıxışını “Facebook” səhifəsində yerləşdirməklə, “Düzəliş, videoda qeyd etdiyim kimi Belarus Avropa Şurasının üzvü deyil”, - deyə vurğulayıb.

Ermənistan Baş Naziri Nikol Paşinyan Belarusun Avropa Şurasına üzv bir dövlət olmadığını nəinki bilmir, əksinə səhvini düzəltmək əvəzinə belə bir şey söyləmədiyini açıqlayaraq, aşkar şəkildə yalan danışır. O, nəinki “Belarus Avropa Şurasının üzvü deyil” deməyib, təkidlə əksini sübut etməyə çalışıb. Paşinyanın ictimai çıxışını inadla inkar etməyə davam etməsinə sadəcə təəccüblənmək olar.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Paşinyanın növbəti kəşfi və ardınca gələn növbəti yalanı

2020/09/2222-1600339498.jpg
Oxunub: 1015     14:50     17 Sentyabr 2020    