Ermənistan ordusunun əsgəri fərarilik edib

2018/07/146046786734534534_1509435690_1523899490_1532510960.jpg
Oxunub: 539     14:05     17 Sentyabr 2020    
İşğal edilmiş Kəlbəcər rayonu ərazisində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin 105-ci əlahiddə atıcı alayının hərbi qulluqçusu xidmət şəraitinin dözülməzliyi səbəbindən hərbi hissəni özbaşına tərk edib.

Ordu.az xəbər verir ki, Kəlbəcərin Vəngli yaşayış məntəqəsində xidmət edən 1979-cu il təvəllüdlü, 2019-cu ildə müqaviləli hərbi xidmətə başlayan kiçik çavuş Aleksey Avanesyan hərbi hissədəki dözülməz şəraitə etiraz əlaməti olaraq xidmət yerindən qaçıb.

Hərbi polisin və hüquq-mühafizə orqanlarının iştirakı ilə fərarilik edən əsgərlərin tapılaraq geri qaytarılması üçün təbdirlər görülür.

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Fərarilik  

Ermənistan ordusunun əsgəri fərarilik edib

2018/07/146046786734534534_1509435690_1523899490_1532510960.jpg
Oxunub: 540     14:05     17 Sentyabr 2020    