“Hraparak”: Aprel döyüşləri ilə bağlı cinayət işi açıla bilər və bunun “qəhrəman”ı Xaçaturov olacaq

2020/09/defau-1600325225.jpg
Oxunub: 805     12:18     17 Sentyabr 2020    
Ermənistan parlamentinin Aprel döyüşlərini araşdıran istintaq komissiyası tezliklə bir illik fəaliyyətinin nəticələrini və ya araşdırmaların nəticəsini açıqlayacaq və komissiya üzvlərinin istisna etmədiyi kimi, bundan sonra cinayət işi açıla bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, böyük ehtimalla cinayət işinin əsas “qəhrəman”ı 2016-cı il müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş Yuri Xaçaturov olacaq.

Komissiya öz işləri zamanı müəyyənləşdirib ki, dördgünlük döyüşlərin atəşkəsi üçün Moskvaya getmiş Xaçaturovun razılaşmaları haqqında hər hansı yazılı sənəd, protokol və ya müqavilə barədə təsdiq verən hər hansı sənəd mövcud deyil. Üstəlik güman edilir ki, Ermənistana qayıtdıqdan sonra o, hansı razılaşma nəticəsində atəşkəs imzlandığını ali baş komandana məruzə etməli idi, lakin məruzə haqqında hər hansı rəsmi protokol hər hansı arxivdə mövcud deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Xaçaturov   İstintaq  

“Hraparak”: Aprel döyüşləri ilə bağlı cinayət işi açıla bilər və bunun “qəhrəman”ı Xaçaturov olacaq

2020/09/defau-1600325225.jpg
Oxunub: 806     12:18     17 Sentyabr 2020    