Türkiyədə ilk Polşa hərbi missiyası - ƏTRAFLI

2020/09/444-1600325743.jpg
Oxunub: 782     11:45     17 Sentyabr 2020    
Polşa Silahlı Qüvvələrinin 80-ə yaxın hərbi qulluqçusu Türkiyədə NATO missiyasına qoşulacaq.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Paveł Soloç məlumat verib.

Polşa hərbi kontingenti 2015-ci ildə başlayan müttəfiqlərin Türkiyədəki qeyri-döyüş missiyasında iştirak edəcək.

Qeyd olunur ki, bu, Türkiyədəki ilk Polşa hərbi missiyası olacaq.

“Suriya tərəfi ilə Türkiyə sərhədindəki təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq Türkiyə tərəfinin NATO müttəfiqlərinə etdiyi son müraciətinə müsbət cavab verdik”, - deyə o qeyd edib.

Soloç əlavə edib ki, müttəfiqləri dəstəkləmək Polşa prezidenti Anjey Dudanın təhlükəsizlik siyasətinin vacib elementidir və Polşanın beynəlxalq aləmdəki mövqeyinin möhkəmləndirilməsinin bir hissəsidir.

“Bu döyüş missiyası deyil. Havadan xəbərdarlıq sistemlərinin mövcudluğunu, dəniz qüvvələrinin fəaliyyətini artırmaq və kəşfiyyat işləri aparmaqdan ibarətdir”, - deyə o qeyd edib.

Polşa Türkiyəyə “Bryza” patrul və kəşfiyyat təyyarəsi ilə yanaşı 80-ə qədər hərbi personal göndərəcək. Kontingent Türkiyə, Aralıq dənizinin şərqində və Qara dəniz ərazisində fəaliyyət göstərəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Polşa   Türkiyə   NATO  

Türkiyədə ilk Polşa hərbi missiyası - ƏTRAFLI

2020/09/444-1600325743.jpg
Oxunub: 783     11:45     17 Sentyabr 2020    