Erməni deputat: “Buraxılmış hər hərbi çağırış üçün bir ay artıq xidmət etməlidirlər, vətəndaşlar qayıtmaqdan yayınacaqlar”

2020/09/44-1600164348.jpg
Oxunub: 431     15:01     16 Sentyabr 2020    
Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatları Andranik Köçəryan, Mxitar Hayrapetyan və müstəqil deputat Arman Babacanyan qanunvericilik təşəbbüsü ilə çıxış ediblər.

Onlar təklif edirlər ki, 27 yaşı tamam olmuş şəxs Ermənistan hökumətinin qərarı ilə müəyyənləşdirilmiş qaydada sıravi heyətin müqaviləli hərbi qulluqçusunun iki illik maaşı, habelə əlavə ödənişlər dəyərində pul ödəsin və cinayət məsuliyyətindən azad olsun.

“İşıqlı Ermənistan” fraksiyasının deputatı, müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın üzvü Gevorq Qorqisyan bu məsələyə toxunub.

“Buraxılmış hər hərbi çağırış üçün bir ay artıq xidmət etməlidirlər, vətəndaşlar qayıtmaqdan yayınacaqlar”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Ordu   Fərarilik  

Erməni deputat: “Buraxılmış hər hərbi çağırış üçün bir ay artıq xidmət etməlidirlər, vətəndaşlar qayıtmaqdan yayınacaqlar”

2020/09/44-1600164348.jpg
Oxunub: 432     15:01     16 Sentyabr 2020    