“Vəziyyətin müsbət qiymətləndirməsinin ilkin şərtlərini görmürəm” – Tarasov

2020/03/00-36-1583922686.jpg
Oxunub: 539     14:22     16 Sentyabr 2020    
“ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünü təşkil etməyi bacarsa, bu, əlbəttə, böyük nailiyyət olacaq və böhrandan çıxmaq üçün çıxış yolu ola bilər, ancaq mən vəziyyətin müsbət qiymətləndirməsinin ilkin şərtlərini görmürəm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus politoloq, Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə ekspert Stanislav Tarasov deyib.

Onun sözlərinə görə, həm 2016-cı ilin Aprel döyüşlərindən, həm də Tovuz döyüşlərindən sonra gözləmək olardı ki, xüsusi görüş təşkil olunacaq və bu zaman yeni sülh müqaviləsi imzalanacaq.

“Bu, onunla əlaqədardır ki, keçmişdə toqquşmalar Qarabağ müanqişəsi zonasında baş verirdisə, indi bu, birbaşa şəkildə Azərbaycan və Ermənistan əraziləri ilə əlaqəli olub, lakin nə yeni müqavilə, nə də müvəqqəti atəşkəs imzalamaq mümkün olmayıb”, - deyə Tarasov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   ATƏT  

“Vəziyyətin müsbət qiymətləndirməsinin ilkin şərtlərini görmürəm” – Tarasov

2020/03/00-36-1583922686.jpg
Oxunub: 540     14:22     16 Sentyabr 2020    