“Minsk qrupunun həmsədrləri balanslı yanaşma nümayiş etdirmək məntiqində fəaliyyət göstərirlər”

2020/09/00-72-1600252518.jpg
Oxunub: 417     16:23     16 Sentyabr 2020    
Sentyabrın 14-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ştefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) müşavirə keçirib, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi ofisinin nümayəndəsi Anjey Kasprşik də müşavirədə iştirak edib.

Erməni politoloq Ruben Mehrabyanın sözlərinə görə, Minsk qrupunun həmsədrlərinin əsas məsələni nəzərdən qaçırmaması, tərəflərlə əlaqələr saxlaması və tərəflər arasında kommunikasiyaları təmin etməsi təqdirəlayiqdir.

“Ancaq mövzulu danışıqlar haqqında danışarkən qeyd etməliyəm ki, tərəflər bunu müxtəlif formalarda başa düşür”, - deyə Mehrabyan qeyd edib.

Digər erməni politoloq Robert Qevondyanın sözlərinə görə, Minsk qrupunun həmsədrləri balanslı yanaşma nümayiş etdirmək məntiqində fəaliyyət göstərirlər, lakin hamı başa düşür ki, mövzulu danışıqlar deməklə qarşılıqlı güzəşt nəzərdə tutulur.

“Azərbaycan tərəfi qarşılıqlı güzəştə hazır deyil”, - deyə Qevondyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   ATƏT  

“Minsk qrupunun həmsədrləri balanslı yanaşma nümayiş etdirmək məntiqində fəaliyyət göstərirlər”

2020/09/00-72-1600252518.jpg
Oxunub: 418     16:23     16 Sentyabr 2020    