“Ermənistanda koronavirusa qarşı mübarizənin uğursuzluğunda müxalifətin günahını axtarmağa qərar veriblər” – Marukyan

2019/02/22295-1549356681.jpg
Oxunub: 325     15:24     16 Sentyabr 2020    
“Ermənistan hökuməti və komendant ofisi tərəfindən yeni növ koronavirusun (COVID 19) yayılmasının qarşısını almaq, virusun alovlanmasının nəticələrini yumşaltmaq və aradan qaldırmaq üçün görülmüş tədbirlərin səmərəliliyinin araşdırılması parlament istintaq komissiyası həm də müxalifətin fəaliyyətini araşdırmalıdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında “İşıqlı Ermənistan” fraksiyasının təqdim etdiyi müvafiq təşəbbüsün müzakirəsi zamanı hakim “Mənim addımım” fraksiyasından olan deputat Lena Nazaryan deyib.

Nazaryanın sözlərinə görə, müxalifət nümayəndələri dəfələrlə ziddiyətli bəyanatlarla çıxış ediblər və əhalinin koronavirus təhlükələrinə ciddi yanaşmasını faktiki olaraq dayandıran fakta töhfə veriblər.

“İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan qeyd edib ki, Nazaryanın səsləndirdiyi məlumatlar reallığa uyğun gəlmir.

““Mənim addımım” Ermənistanda koronavirusa qarşı mübarizənin uğursuzluğunda müxalifətin günahını axtarmağa qərar verib”, - deyə Marukyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Koronavirus   Böhran  

“Ermənistanda koronavirusa qarşı mübarizənin uğursuzluğunda müxalifətin günahını axtarmağa qərar veriblər” – Marukyan

2019/02/22295-1549356681.jpg
Oxunub: 326     15:24     16 Sentyabr 2020    