Ölmüş erməni əsgərin valideynləri övladlarının intihar versiyasına inanmırlar - DETALLAR

2018/11/46644-1542980698.jpg
Oxunub: 986     15:03     19 Sentyabr 2020    
Ermənistanın Apellyasiya Məhkəməsi G.Vahenin işinə edilən müraciəti araşdırır.

1997-ci il təvəllüdlü G.Vahe, hadisə baş verərkən çavuş rütbəli müddətli xidmət hərbi qulluqçusu kimi Ermənistan ordusunda manqa komandiri, post başçısı olub. İlkin istintaq orqanı Vahe G.-yə Ermənistan Cinayət Məcəlləsinin 358.1-ci maddəsinin 4-cü hissəsi ilə ittiham irəli sürüb.

İttihama əsasən 7 dekabr 2016-cı ildə saat 18.00 - 20-00 radələrində həmin bölüyün müddətli xidmət hərbi qulluqçusu, sıravi rütbəli P. Albert döyüş mövqeyindəki zirzəminin pəncərəsindən içəri baxaraq, zirzəmiyə qoyulmuş monitorun qarşısında yatan əsgər yoldaşını görüb. Bununla əlaqədar G. Vahe onunla tabeçilik münasibətində olan Albert P.-yə qarşı nalayiq ifadələr səsələndirib.

Bundan əlavə həmin gün saat 21.30 radələrində döyüş postunun su çəni yaxınlığında sıravi P.Albert tərəfindən sıravi A.Artuşa intihar edəcəyinə dair xəbərdarlıq etdiyi üçün G.Vahe, tabeliyindəki Alberti yumruq və təpiklə döyüb.

Əsgər yoldaşlarının iştirakında döyülən və təhqir edilən Albert, çarəsizlik içərisində psixoloji təsir altında olmaqla intihar etmə qərarına gəlib.

Nəticədə 2016-cı ilin 8 dekabr tarixinə keçən gecə saat 02.10 radələrində P.Albert özünə təhkim edilmiş avtomat silahdan alt çənə nahiyyəsinə atəş açaraq, intihar edib.

Cinayət işi üzrə iki dəfə məhkəmə tibbi psixoloji ekspertizası təyin edilib. Ekspertiza rəyini aldıqdan sonra ittihamçı prokuror müttəhim G.Vahe adlı hərbi qulluqçuya qarşı irəli sürülən ittiham maddəsini dəyişərək, işini nisbətən yüngülləşdirən Ermənistan Cinayət Məcəlləsinin 358.1 maddəsinin 4-cu bəndini yox, 1-ci bəndi üzrə, yəni ölən hərbi qulluqçu Albertə qarşı zorakılıq hərəkətlərinə yol verməkdə ittiham edib.

İttiham edilən şəxs ona qarşı irəli sürülən yeni ittihamı tamamilə qəbul edib. O, Albertin valideynlərini onun yanına hərbi hissəyə gələrkən tanıdığını deyib. Onlarla yaxşı münasibətdə olduğunu da vurğulayıb. Albertin öz ailəsi ilə daim onun telefonu vasitəsilə əlaqə saxladığını da qeyd edib. Bildirib ki, Alberti yox, onu lağa qoyanların ünvanına təhqiramiz ifadələr işlədib.

Albert və Artuş adlı hərbi qulluqçuların anlaşılmazlıq ucbatından mübahisə etdiyi vurğulanır. Ancaq intihar barədə söhbət getmədiyi qeyd olunur.

Bundan bir neçə saat sonra partlayış səsi eşidildiyi və diversiya olduğu ehtimal olunub. Hərbi qulluqçulardan Qarnik adlı əsgərin səsi eşidilib. Partlayışdan qorxduğu zənn edilsə də, daha sonra qumbara partladığı və yaralandığı məlum olub. Yaralı olduğu barədə məruzə edilib və təcili tibbi yardım maşını çağırılıb.

Yaralı əsgərin sifəti tam qan olub, təcili tibbi yardım maşını yaralını təxliyyə edib. Daha sonra P.Albert adlı əsgəri axtarsalar da tapmadıqlarını qeyd edib. Termal müşahidə dürbini ilə baxraq meyiti aşkar etdiklərini bildirib. Çənə nahiyyəsindən açılan atəş nəticəsində ölən hərbi qulluqçunun Albert olduğu mlum olub.

Məlum olub ki, postun qazması önündə qumbaranı partladan Albert olub, daha sonra intihar edib.

2 dəfə keçirilən ekspertizanın nəticəsindən məlum olub ki, Albert psixoloji cəhətdən sağlam olub, əsgər yoldaşlarından, o cümlədən Vahedən incidiyi üçün qazmanın önündə qumbara partladıb. Ekspertiza rəyinə görə, hadisəni törədərkən Albert fizioloji və mənəvi təsir altında olmayıb, sadəcə gərgin psixoloji təsir altında olub.

Ekspertlər baş verənlərlə Vahe adlı post başçısı olan hərbi qulluqçunun əməlləri arasında heç bir əlaqənin olmadığına dair yekun vahid fikir birliyinə gəliblər. Bu səbəbdən də itthamçı tərəf Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsinin dəyişdirilməsini məqsədəuyğun hesab edib.

Məhkəmə yeni ittihamı sübuta yetirilmiş hesab edib.

Hərbi qulluqçu G.Vahe Ermənistan Cinayət Məcəlləsinin 358.1 maddəsinin 1-ci bəndi üzrə təqsirkar hesab edilərək, 2 il 6 ay 13 gün müddətinə azadlıqdan mərhum edilib. Cəza müddəti nəzarətdə olduğu dövrdən hesablanmaqla, cəzasını çəkmiş hesab olunub.

Bu qərara qarşı qətlə yetirilən Albertin anası Apellyasiya şikayəti verib. Anası əsl qatilin aşkarlanması və cinayət işinin yenidən araşdırılması üçün ilkin istansiya məhkəməsinə qaytarılmasını tələb edib.

Cəzasını tam çəkmiş təqsirkar G.Vahe məhkəmə iclasında iştirak edib. İttiham edilən tərəf vəkili epidemiya ilə bağlı olaraq 14 günlük təcrid olunmada olduğuna görə məhkəmə iclasında vəkil olmadan iştirak edib.

Məhkəmə iclası 6 oktyabr tarixinədək təxirə salınıb.

Məhkəmədən sonra qətlə yetirilən əsgər Albertin anası və atası, övladlarının intihar etdiyi versiyasına inanmadıqlarını bildiriblər. Onlar qeyd edib ki, hadisədən öncə cəmi 4 ay xidmətdə olan Albert heç vaxt hərbi xidmətdən şikayətlənməyib. Valideynlər iş üzrə aparılan araşdırmadan əmin olmadıqlarını qeyd ediblər.

Atası, oğlunun ona təhkim edilən silahdan açılan atəş nəticəsində intihar etməsinə dair heç bir sübutun olmadığını qeyd edib. Həmçinin intihardan əvvəl qazmanın önündə qumbara partlatması versiyasına da inanmadıqlarını vurğulayıblar. Araşdırma və dəlillərin natamam olduğunu bildiriblər. Valideynlərin sözlərinə görə, əsl qatillər cəzasız qalıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Ordu   Cinayət  

Ölmüş erməni əsgərin valideynləri övladlarının intihar versiyasına inanmırlar - DETALLAR

2018/11/46644-1542980698.jpg
Oxunub: 987     15:03     19 Sentyabr 2020    