“MTX hərbi obyektlərə hücumlar hazırlanması barədə məlumatlara sahib idi” – Ohanyan

2020/06/Seyra-1592069996.jpg
Oxunub: 487     11:12     16 Sentyabr 2020    
“2008-ci il 1 mart ərəfəsində Milli Təhlükəsizlik Xidməti hərbi obyektlərə hücumlar hazırlanması barədə məlumatlara sahib idi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu məhkəmə iclasında Ermənistanın keçmiş Müdafiə naziri, “1 Mart” hadisələri vaxtı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş Seyran Ohanyan deyib.

O qeyd edib ki, 038 nömrəli əmr ittihamın qırmızı xəttindən keçir.

“İşin 79 cildində ordunun rolu mənfi işıq altında təqdim olunub. Bəli, prezidentin qeyd etdiyi kimi, fevralın 23-də məsləhətləşmə zamanı “Yerkarapah” birliyinin prosesləri müzakirə olunub. O da müzakirə olunub ki, Milli Təhlükəsizlik Xidmətinin məlumatlarına görə, yüksək rütbəlilər də daxil olmaqla hərbçilər silahlı qruplarla addımlayanda faktlar qeydə alınıb. Onlar arasında hərbi hissə komandirləri də olub. Amma 79 cilddə bu, heç bir yerdə yoxdur. MTX-nin məlumatlarına görə, mitinq iştirakçılarında, xüsusən keçmiş müharibə iştirakçılarında silah olub. Bəli, biz hərbi hissələri gücləndirmişik. Çünki hər gün silah əldə etmək üçün hərbi hissələrə və hərbi obyektlərə hücumlar hazırlanması haqqında məlumatlar alırdıq. Bu da materiallarda yoxdur”, - deyə Ohanyan bildirib.

Vəkillərin cinayət işi ilə bağlı olan bütün materialları onlara verməklə əlaqədar vəsatətinə Ohanyan da qoşulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   1-Mart   MTX  

“MTX hərbi obyektlərə hücumlar hazırlanması barədə məlumatlara sahib idi” – Ohanyan

2020/06/Seyra-1592069996.jpg
Oxunub: 488     11:12     16 Sentyabr 2020    