Hindistan ordusunun BMP-2 zirehli maşınları modernləşdiriləcək

2020/09/1ea2a-1600237769.jpg
Oxunub: 466     11:27     16 Sentyabr 2020    
Hindistan Ordusu lisenziya əsasında istehsal olunan 811 ədəd BMP-2 (2K Sarath BMP-2) zirehli döyüş maşınlarının modernləşdirilməsi üçün yerli şirkətlərə təklif göndərib.

Ordu.az “Hindustan Times” nəşrinə istinadən xəbər verir ki, maraqlı şirkətlər altı həftə ərzində təkliflərini təqdim etməlidirlər.

Hindistan Quru Qoşunları Komandanlığı potensial təchizatçılardan gözləntilərini açıqlayıb. Buna görə, maşınların termal görüntüləmə cihazı, avtomatik hədəf izləmə sistemləri və digər qurğuları modernləşməlidir.

Modernləşmə nəticəsində BMP-2-nin mövcud silahlanması qorunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   BMP-2  

Hindistan ordusunun BMP-2 zirehli maşınları modernləşdiriləcək

2020/09/1ea2a-1600237769.jpg
Oxunub: 467     11:27     16 Sentyabr 2020    