Britaniya Müdafiə naziri tankların istismardan çıxarılması barədə xəbərləri təkzib edib

2020/09/1b62e-1600237646.jpg
Oxunub: 447     10:37     16 Sentyabr 2020    
Britaniyanın Müdafiə Naziri Ben Ualles ordunun arsenalında olan tankların istismardan çıxarılması barədə xəbərləri təkzib edib.

Ordu.az xəbər verir ki, nazir tank sayının azaldıla biləcəyini, ancaq bunun bütün qüvvəyə təsir edəcək problem olmadığını bildirib.

Ötən ay “Times” nəşri yazırdı ki, Britaniya ordusu kiber və kosmik müharibə kimi inkişaf etməkdə olan texnologiyalara diqqət yetirməyi planlaşdırır, buna görə də ordunun arenalında olan əsas döyüş tankını və “Challenger 2” kimi zirehli döyüş maşınlarını istismardan çıxaracaq.

“XXI əsrə uyğun bir silahlı qüvvəyə sahib olacağıq, NATO və digər yerlərdəki öhdəliklərimizi yerinə yetirəcəyik”, - deyə nazir qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Britaniya   Tank  

Britaniya Müdafiə naziri tankların istismardan çıxarılması barədə xəbərləri təkzib edib

2020/09/1b62e-1600237646.jpg
Oxunub: 448     10:37     16 Sentyabr 2020    