ABŞ hərbi gəmisi Qara dənizdə təhlükəsizlik əməliyyatında iştirak edəcək

2020/09/QTWX5-1600231109.jpg
Oxunub: 412     09:52     16 Sentyabr 2020    
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Roosevelt" aviadaşıyıcı gəmisi bu gün Qara dənizə yola düşüb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı Dəniz Donanmasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hərbi gəmi sentyabrın 15-də NATO tərəfdaşları və müttəfiqləri ilə birgə təhülkəsizlik əməliyyatlarında iştirak məqsədi ilə Qara dəniz istiqamətində hərəkətə keçib. Qeyd olunub ki, hərbi gəminin həyata keçirəcəyi əməliyyatlar NATO müttəfiqləri və tərəfdaşları arasında qarşılıqlı əməliyyat qabiliyyətini gücləndirəcək və Qara dənizdə təhlükəsizlik sahəsində kollektiv qətiyyət nümayiş etdirəcək.

Qeyd edək ki, bu, 2020-ci ilin əvvəlindən bəri ABŞ-a məxsus hərbi gəminin Qara dənizə sayca 6-cı səfəri olacaq. Sonuncu dəfə "USS Porter" hərbi gəmisi "Sea Breeze 2020" təlimlərində iştirak məqsədi ilə Qara dənizə daxil olub və Gürcüstanın Batumi limanına yan alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Qara-dəniz  

ABŞ hərbi gəmisi Qara dənizdə təhlükəsizlik əməliyyatında iştirak edəcək

2020/09/QTWX5-1600231109.jpg
Oxunub: 413     09:52     16 Sentyabr 2020    