Ermənilərin atəşə tutduğu kəndin enerji xətləri yenidən qurulur

2020/09/tovuz-1600184813.jpg
Oxunub: 465     18:18     15 Sentyabr 2020    
“Azərişıq” ASC Tovuz rayonunun Ağdam kəndində elektrik enerjisi təchizatını daha dayanıqlı və keyfiyyətli etmək üçün yenidənqurma işlərinə start verib.

ASC-dənOrdu.az -a bildirilib ki, erməni silahlı qüvvələrinin 12 iyul 2020-ci il tarixində təxribat törədərək Ağdam kəndini atəşə məruz qoyması nəticəsində yaşayış evləri ilə yanaşı, elektrik enerjisi xətlərinə də ciddi zərər dəyib.

Bununla belə, “Azərişıq” ASC-nin ərazidəki əməkdaşları 24 saat fasiləsiz çalışaraq Ağdam kəndində mərmilərin zədələdiyi bütün xətləri bərpa etməklə sakinləri işıqsız qalmağa qoymadı.

Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə “Azərişıq” ASC rəhbərliyi düşmənlə üz-üzə dayanan kənd sakinlərinə və elecə də səngərdə əli tətikdə olan hərbçilərlə həmrəylik nümayiş etdirmək, onlara dövlətin dəstəyini göstərmək üçün Ağdam kəndində yenidənqurma işlərinə start verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Azərişıq  

Ermənilərin atəşə tutduğu kəndin enerji xətləri yenidən qurulur

2020/09/tovuz-1600184813.jpg
Oxunub: 466     18:18     15 Sentyabr 2020    