Bakının işğaldan azad edilməsi xatirələrdə - FOTOLAR

2020/09/34040-1600166801.jpg
Oxunub: 526     16:52     15 Sentyabr 2020    
Osmanlı Türkiyəsinin XX əsr hərb tarixində böyük xidməti olan hərbi xadimlərdən biri də Xəlil paşadır. Xəlil paşa Azərbaycanda ilk müstəqil demokratik cümhuriyyətin qurulmasında (1918-1920) böyük əmək sərf etmiş Nuru paşa və Ənvər paşanın əmisi oğludur (Xəlil paşa yazılarında onlardan yeyənim (qardaşoğlu) deyə bəhs etməkdədir). Məlumdur ki, erməni və rusların Azərbaycanda törətdikləri soyqırımın qarşısını almaq üçün, ölkənin müdafiəsi üçün gənc demokratik respublikamızın başçılarının müraciəti üzərinə 1918-ci ildə Osmanlı Türkiyəsinin baş komandanı Ənvər paşa tərəfindən İraq cəbhəsindən geri çağırılan Nuru paşa Qafqaz İslam Ordusunun komandanı, Xəlil paşa isə Şərq Ordular qrupunun komandanı olaraq bölgəyə göndərilmişdi. Nuru paşa və Xəlil paşanın böyük əzmkarlığı, təşkilatçılığı və fədakarlığı sayəsində 1918-ci ilin 15 sentyabr tarixində Azərbaycanın əbədi paytaxtı olan Bakı şəhərinin başı üzərini almış təhlükə aradan qaldırıldı. Ona görə də 15 sentyabr 1918-ci il Azərbaycanın şanlı qəhrəmanlıq tarixinə qızıl xətlə yazılmışdır. Onu da qeyd edim ki, türk xalqının bu görkəmli sərkərdəsi Xəlil paşa iki dəfə Qafqaza gəlmişdi: birinci dəfə, yuxarıda da göstərdiyimiz kimi, Osmanlı ordusunun vəzifəli şəxsi sifətilə Bakının düşmənlərdən azad edilməsi üçün gəlmişdi. Onun bölgəyə ikinci səfəri isə artıq 1920-ci ilin əvvəllərinə təsadüf edir. Bu zaman artıq Osmanlı dövləti və bu dövlətin ordusu yox idi. Amma Xəlil paşa var idi və vətənə, türklüyə, xüsusilə də Qafqaz türklərinə xidmət etmək istəyirdi. Bunun üçün o, keçmiş silahdaşı, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün tövsiyələrini, mühüm tapşırıqlarını yerinə yetirmək üçün, yeni dövr türk-rus münasibətlərini genişləndirib inkişaf etdirmək üçün Azərbaycana və Rusiyaya yollanır.

Ənvər paşa və Nuru paşa haqqında Azərbaycan mətbuatında az-çox məlumatlar olsa da, Hafiz Kamal bəy oğlu Xəlil paşa haqqında oxucularımızda kifayət qədər məlumat yoxdur. Bu səbəbdən Xəlil paşanın Türkiyədə bir neçə dəfə böyük tirajla nəşr olunmuş “İttihad və Tərəqqidən cümhuriyyətə bitməyən savaş” adlı xatirələr kitabını dilimizə uyğunlaşdırıb Azərbaycanımızda nəşr etdirmək qərarına gəldim. Hörmətli oxuculara təqdim etdiyim bu yazı da həmin kitabın bir bölməsini (ixtisarla) təşkil etməkdədir.

BAKININ İŞĞALDAN AZAD EDİLMƏSİ

...Düşmən qüvvələri çəkilərkən ümumi qərargahdan gələn bu şifrəni əmr zabitim gətirib mənə verdi. Orada yazılmışdı: “VI ordu əmrinizdə qalmaq surətilə Qafqaz ordularının da birləşdirilməsi ilə təşkil edilən Şərq orduları qrupu komandanı vəzifəsinə təyin edilmişsiniz. Yeni vəzifənizi qəbul etmək üzrə İstanbul üzərindən Qafqaza hərəkət etməniz nəzərinizə çatdırılır.

Baş komandan əvəzi Ənvər”.

Yoldaşlarımla vidalaşaraq Nusaybin üzərindən qatarla İstanbula gəldim. Dərhal başkomandanlıq qərargahını ziyarət edərək Şərq orduları komandanı vəzifəsi haqqında məlumat aldım, bir neçə gün ailəmlə qaldıqdan sonra “Gülnihal” gəmisi ilə təkrar müharibə yolunu tutdum. Batumda gəmidən enəndə Şərq ordularının vəziyyəti belə idi:

III ordu komandanı: yanyalı Mehmet Esat paşa, mərkəzi: Batum (Vehib paşanın böyük qardaşı).

Qafqaz islam orduları komandanı: Fahri Ferik Nuru paşa (qardaşım oğlu) mərkəzi: Gəncə

IX ordu komandanı: Şevki paşa, mərkəzi: Qars

VI ordu komandanlığı: mənzildə ordu, cəbhədə korpus komandanı səlahiyyətilə Əli İhsan bəy (Sabis)

Batumda iki gün qaldım, qoşun birliklərini təftiş etdikdən sonra Tiflisə keçdim. Burada yeni qurulmuş olan və bizimlə dost olaraq yola getməyə qərar vermiş gürcü hökumətini təbrik edərək qərargahımı dəmir yollarının qovşağı üzərindəki Gömrüdə qurdum.

Baş qərargahdan verilən əmr belə idi: ”Batum-Tiflis-Bakı dəmir yolundan bir mənzil yolu olaraq yararlanmaq surəti ilə Xəzər dənizində üstünlük ələ alınacaq, dəniz yolu ilə Bakı-Ənzəli yolu qurulacaqdır”. Məqsəd bu yolla Bəsrə körfəzinə çatmaq, beləcə İraqdakı bütün ingilis qüvvələrini mühasirəyə almaqdı. İngilis donanmasının qaz və benzin ehtiyacının çoxu Disful-Şüştər bölgəsindən təmin edildiyi üçün neft mərkəzlərinin ələ keçirilməsi ilə ingilis qüvvələri çətin vəziyyətə düşərək geri çəkilmək məcburiyyətində qalacaqdı. İngilislərin İraq ordusunun bu geri çəkilməsi də müharibənin gedişatını dəyişdirmiş olacaqdı.

Rus ordusunun dağılıb çəkilməsindən sonra ingilislər bu qüvvələrdən bir qismini əmr altına almış və ermənilərdən təşkil olunmuş dəstələrlə və yenə ingilislərdən yardım almış Biçeraxovun başçılıq etdiyi kazaklar İran yoluyla ingilislərlə birlikdə gəlib Bakıya yerləşmişdilər.

İlk iş Bakının işğaldan azad edilməsi və bu qüvvələrin dağıdılmasından ibarət idi. Bu səbəbdən Bakıya hücum edəcək idim.

Cənubi Qafqazda Mərkəzi Tiflis olmaq üzrə qurulmuş olan gürcü hökumətini müttəfiqimiz olan almanlar xüsusi bir şəkildə himayələrinə almağa və bu hökumət üzərində hakim olmağa çalışırdılar. Almanlar bu arada gürcülərlə arası sərin olan erməni hökumətini də ələ almağa səy göstərirdilər. Bir miqdar alman əsgəri ilə Tiflisdə işləyən general Fon Kres buralarda durmadan dolanmaqda idi. Azəri türklərinin qurduğu Azərbaycan cümhuriyyətinin müvəqqəti mərkəzi də Gəncədə yerləşirdi ki, Bakı fəth edildikdən sonra bu mərkəz Bakıya köçürüləcəkdi.

Qafqaz bölgəsində yerləşmiş üç ordudan ən qüvvətlisi IX ordu idi. İslam ordusu Bakını dörd bir yandan əhatə etmiş, sarmış və onu ələ keçirmək üçün döyüşlərin başlanmasını gözləyirdi, ancaq qüvvəsi möhkəm mövqeyi ələ keçirəcək qədər deyildi.

Bakının işğaldan azad edilıməsi bizim üçün mütləq bir vəzifə idi və bunun üçün qardaşoğlum Nuru paşanın başçılıq etdiyi ordunun gücləndirilməsi, təkviyə edilməsi lazım idi.Təkviyə üçün də ən uyğun yol Gömrü-Tiflis-Gəncə dəmiryolundan faydalanmaqdı.

Dəmiryolunun açılmasından sonra göndərilən birliklərlə artıq təkviyə qüvvələrinin göndərilməsini dayandırdım, çünki göndərilən və orada olan qüvvələr Bakının alınmasına kifayət edərdi. Mən də Gəncə üzərindən Bakı ətrafına getdim.

İslam ordusunun Bakı ətrafında tutduğu mövqe düşmən mövqeyinə topçu atəşi ilə hakimdi. Təkviyə məqsədilə gətirilən ağır topçu bateryaları lazımi yerlərə yerləşdirildi. Axşam olduqda birlik komandirlərini toplayıb bu əmri verdim:

--Bütün birliklər gecə ikən düşmən xəttinə yaxınlaşacaqlar. Dan yeri ağaranda basqın şəklində hücum başlayacaqdır. Bütün yoldaşlar birliklərinin başına!

Dan yeri ağarmağa başlamışdı ki, piyadaların özünəməxsus hayqırışları ilə bomba və süngü döyüşü başladı. Hücum qolunun sağına və soluna hücum edən düşmənin ehtiyat qüvvələri qəmə (xəncər) şəklində irəliləyən birliklərimin sağa və sola açdıqları yelpazə atəşi ilə geri oturdulurdu.

Qəmənin (xəncərin) önündəki birliklər düşmən cəbhəsini yararaq, şəhərin mərkəzinə doğru irəliləyirdilər. Düşmən bəzi hallarda əks hücuma keçir, ancaq bizim birliklər təkrar onların üstünə atılır, hamısını yerindəcə əzib keçirdilər. Düşmənin ehtiyat hissələri şəhərin mərkəzinə çəkilməyə məcbur oldu.

Bakının müstəhkəm mövqeyinin sol yanında, yəni mövqeyin şimal tərəfində ingilis qüvvələri yerləşmişdi. Bunların varlığını onlara məxsus bateryaların atəşindən anlayırdıq. Səhər tezdən başlayan döyüşlər axşama qədər davam etdi. Və bu döyüşlərdə bəzən özümü əlimdə mauzer ön xəttə atdığım zaman da oldu. Bir ara hücumdaydıq ki, bir döyüşçünün yalvara-yalvara yanıma yüyürdüyünü gördüm:

--Komandan paşam, mən səninlə lap əvvəldən bəri, Ərəbistan ellərindən bəri bərabərəm... Bax yenə özünü qorumursan, güllə dəyəcək, komandan paşam, azca da olsa başını qoru.

Qucaqlayıb bu yaşı qırxı keçən igidin alnından öpdüm. Çiyinlərini ötürəndə ovcumun içində qan laxtasını gördüm:

--Yaralısan, oğlum.

Əlini çiyninə apardı. Bərk sıxdı. Sifəti ağrıdan büzüşdü:

--Unutmuşam, komandan paşam, -dedi və sıçraya-sıçraya irəli süründü. Və imperatorluq dastanla davam edirdi. Yanımdan bir zabiti gənc bədəni parçalanmış halda keçirib apardılar. Pulemyot biçib aparmışdı yarısını...

Axşam qaranlıq düşəndə döyüşlərin dayandırılmasını əmr etdim. Səhərə qədər son hücum hazırlığı görüldü. Hava işıqlananda qəti hücuma keçib Bakını ələ keçirəcəkdim..

Revolverimi təmizlədim, əmrbərim mauzerimi sildi, alıb yoxladım. Ön xəttə yüyürdüm, ilk hücuma keçəcək birliyin başına keçdim, birlik komandirini çağırdım:

-Bu birliyin komandirliyini öz üzərimə götürürəm. Komandanlıq qərargahı buradır. Səni əmr zabiti vəzifəsinə təyin edirəm.

Sərt bir hərbi salam verdi. “Ölüncəyə qədər əmrinizdəyəm” deyir kimi gözlərini gözlərimin içinə dikdi.

Sübh çağı başlayan hücumumuz yavaş-yavaş genişlənirdi ki, birlik komandanları ilə Bakının alovlar içində yanmasını seyr etməyə başladıq. Gecədən gəmilərə mindirilmiş olan ingilis qüvvələri əlli gəmilik eşalon, qafilə şəklində şimala doğru uzaqlaşmaqda idilər.

Və Bakı 1918-ci ilin sentyabrında ələ keçdi.

İngilis birlikləri geri çəkilərkən yerdə qalan digər düşmən qüvvələr Bakıdakı böyük bir qazarmaya dolmuşdular. Xəbər alan kimi böyük bir cəbhə təşkil edə biləcək qazarma topçu atəşilə darmadağın edildi.

Şəhərdə silah səsləri gecə-gündüz davam edirdi. Şəhər ingilislərin nəzarəti altında olduğu zaman ermənilər və bolşeviklər yerli türk xalqına qarşı geniş bir qətliam törətməyə girişmişdilər. Şəhərin hər məhəlləsində ermənilər türklərdən meyit qalaqları düzəltmişlər.Və bütün vəhşiliklərini göstərmişlər. Körpə uşaqlar qala bürcləri olmuş, qadınlar süngülənmiş və yolların üstünə atılmışdı. İndi növbə yerli xalqa gəlmiş, onların da qabağını almaq mümkün deyil. Düşmən birlikləri və ermənilər küçə döyüşlərində yerə sərilirdi. Hərbi üstünlüyü olan birliklərin dəstəyi ilə türkləri qətl etmək qabiliyyəti, bacarığı göstərən ermənilər indi onlarla eyni gücdə olan yerli türk xalqının qarşısında qoyun sürüsü kimi qırılırdı...

Ordu yorğun düşmüşdü. Orduya bir günlük istirahət verdikdən sonra birliklər şəhəri ələ keçirdi. Bir yandan yanğınlar söndürüldü, digər tərəfdən də asayişi təmin etməyə başladıq. Nuru paşa məndən daha əvvəl şəhərə girərək böyük bir oteli qərargah olaraq seçdi, mən daha sonra şəhərə girdim. Cəngavər ruhlu və böyük vətənsevər Nuru paşanın bu bəlkə də həyatının ən gözəl günü idi...

Mən şəhərə girərkən qərargah rəisim polkovnik Parakuin ilə ikinci rəis polkovnik Basri bəy vardı. Şəhərin dalda yerində döyüş zamanı öldürülmüş, ancaq meyitləri götürülməmiş bir neçə ölü gördük. Parakuin birdən-birə əsəbiləşdi və var səsi ilə bağırmağa başladı:

--Burada silahsız insanlar öldürülmüşdür.

--Əsəbiləşməyin, dostum, bu bir müharibədir, silahlı ya da silahsız insanlar ölə bilər... Sakit olun,-deyə onu susdurmağa məcbur oldum.

Otelə çox az qalmışdı ki, meydan kimi bir yerdə qırx üç adamın Nuru paşa tərəfindən asdırılmış meyidlərini gördük. Bunlar ingilis qoşunları şəhərdə ikən yerli türk xalqına zülm etmiş və müharibə zamanı evlərin talan edilməsi ilə məşğul olmuş bəzi ermənilər idi. Nuru paşa müharibə dövrünün şərtlərinə əməl etmiş, onları hərbi divanının qərarı ilə asdırmışdı. Parakuin bu dəfə axmaqcasına danışmağa başladı:

--Bu doğru deyildir, bu qətliamdır...

Artıq səbrim tükənmişdi. Ona veriləcək cəza eyni dar ağacından asılmaq ola bilərdi, çünki onun hərəkəti müharibə qaydalarına zidd idi. Biz bir dövlət üçün vuruşurduq, onun-bunun fikri bizi maraqlandırmırdı. Görəsən, Parakuin eyni şəkildə asılmış türkləri görsə, eyni etirazı göstərərdimi... Ona sərt bir şəkildə bunları dedim:

--Parakuin, ya səsini kəs, ya da sənin aqibətin hərb divanında bəlli olar...

Susdu və oteldə yanıma gələrək: “Mən artıq sizin yanınızda xidmət edə bilməyəcəyəm”,-dedi.

--Sizin xidmətinizə ehtiyacımız yoxdur, azadsınız,-dedim.

Bu zaman küçələrdə ermənilər tərəfindən qətl edilmiş yerli türklərin meyitləri toplanır və yüzlərlə uşaq, cavan, qoca arvad və kişi onlar üçün qazılmış qəbirlərdə əbədi uyumaq üçün torpağa tapşırılırdı.. İnsanlığın gördüyü vəhşiliklərdən biri də ingilislərin işğalı altında olan Bakıda türk xalqının başına ermənilər tərəfindən gətirilmiş bu vəhşilikdir.

Parakuindən sonra qərargahımın ikinci şöbə müdiri olan mayor Qrossman da istefa verməyə məcbur olduğunu bildirdi. Bu mayoru çox sevirdim, Parakuinin təsiri altında qalaraq istefa etdiyini anladım. Sonra da belə bir elan verdim: “Qərargahımda olan bütün alman zabitləri istefalarını verərək Tiflisdəki Fon Kresin əmrinə girəcəklər”.

Alman zabitlərinin əsl incikliklərinin səbəbi başqa idi. Bunun Fon Kres tərəfindən Bakının azad edilməsinə qatılmaq üçün göndərilmək istənilən birliklərinin bu qələbəyə qatılmalarının qarşısı alındığından qaynaqlandığı məlum idi. Alman zabitləri verdiyim əmrə əsasən toplandılar və hamısı bir yerdə Tiflisə doğru yola çıxdılar. Bakıda işim qalmamışdı artıq... Buranı Nuru paşaya təhvil verib Tiflis üzərindən Gömrüdəki qərargahıma qayıtdım.

Əbülfəz Quliyev
AMEA-nın müxbir üzvü

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bakı   102  

Bakının işğaldan azad edilməsi xatirələrdə - FOTOLAR

2020/09/34040-1600166801.jpg
Oxunub: 527     16:52     15 Sentyabr 2020    