Ermənistanın məcrasını dəyişdirdiyi Azərbaycana axan çayla bağlı DETALLAR

2020/09/19562-1600075408.jpg
Oxunub: 923     16:51     15 Sentyabr 2020    
Xəbər verdiyimiz kimi, Ermənistan Doveğ (Balakənd) kəndindən Azərbaycana axan çayın suyunu kəsmək istəyirlər.

Ermənistan parlamentinin deputatı Sipan Paşinyan öz "Facebook" səhifəsində bildirmişdi ki, çay artıq Azərbaycana axmayacaq: “Doveğ kəndinin ortası ilə Azərbaycana axan, uzun illər erməni kəndlilərin istifadə edə bilmədiyi çaydan onlar artıq istifadə edə biləcəklər, hətta öz həyətyanı ərazilərini tamamilə becərəcəklər. İşlər hələ davam edir, son ştrixlər qalır. Tezliklə başa çatdıracağıq, Azərbaycana su axmayacaq”.

Ordu.az-ın məlumatına görə, Doveğ (Balakənd) kəndi Azərbaycanın Qazax rayonunun Kəmərli kəndi ilə sərhəddir.

Doveğ (Balakənd) kəndi Ermənistanın Tavuş vilayətində, vilayət mərkəzindən 50 km şimal-qərbdə, keçmiş Noyemberyan rayonunda yerləşir.

Ermənilərin məcrasını dəyişmək istədikləri çay isə Doveğ (Balakənd) kəndindən şimalda yerləşir, Berdavan kəndi yaxınlığından axır. Sözügedən çay Kəmərli kəndində yerləşən su anbarına tökülür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Azərbaycan   Çay  

Ermənistanın məcrasını dəyişdirdiyi Azərbaycana axan çayla bağlı DETALLAR

2020/09/19562-1600075408.jpg
Oxunub: 924     16:51     15 Sentyabr 2020    