Erməni ekspert: “Liparityan yanlış xarici siyasət yürütdüyünü etiraf edir və Lissabon sammitini xatırladır”

2020/09/ryt-1600164491.jpg
Oxunub: 477     10:48     16 Sentyabr 2020    
1991-1997-ci illərdə Ermənistan prezidentinin baş məsləhətçisi, tarixçi, diplomat Jirayr Liparityan bu yaxınlarda “Addım, bu dəfə geriyə doğru böyük bir addım” başlıqlı məqalə yazıb.

“Bu günə qədər danışıqların uğursuz olmasının məsuliyyətini Azərbaycana və Türkiyəyə aid etmək tərəfimizdən edilmiş səhvlərin inkarıdır, bu səhvləri indi qonşularımızla münasibətlərin əsası kimi Sevr müqaviləsinin (qondarma-red.) qəbul edilməsinə əlavə etdik. Əminəm ki, bu münasibətləri qaydasına salmaq üçün hər şeyi etməmişik”, - deyə məqalədə qeyd olunub.

Ermənistanın Beynəlxalq İnsan İnkişafı Mərkəzi sədri Tevan Poğosyan qeyd edib ki, Jirayr Liparityan yanlış xarici siyasət yürütdüyünü etiraf edir və Lissabon sammitini xatırladır.

““Buşlatlı” oğlanların gördüyü işi möhkəmlətməyi və qorumağı bacarmaq lazımdır. Lissabona qayıtmaqla, bu o deməkdir ki, bəli, o dövrdə Ermənistanın nümayəndəsi bütün bu proseslərdə olub və səhvə yol verib. Liparityan faktiki olaraq səhvə yol verdiklərini etiraf edir, ancaq bu səhvi erməni tərəfi etməyib, səhv edən o olub və bu səhvləri başımıza bağlayıb”, - deyə Poğosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Erməni ekspert: “Liparityan yanlış xarici siyasət yürütdüyünü etiraf edir və Lissabon sammitini xatırladır”

2020/09/ryt-1600164491.jpg
Oxunub: 478     10:48     16 Sentyabr 2020    