Kibertəhlükəsizliyə dair təcrübəsini artırmaq istəyənlər üçün ödənişsiz vebinar keçiriləcək

2020/09/16001-1600163789.jpg
Oxunub: 384     13:27     15 Sentyabr 2020    
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) və “Eurodesign” şirkətinin təşkilatçılığı ilə “Kibertəhlükəsizliyin əsasları – CompTIA Security+” adlı vebinar keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Kibertəhlükəsizliklə bağlı təcrübəsini artırmaq, bu sahədə ixtisaslaşmaq istəyənlər, eləcə də beynəlxalq imtahana hazırlaşanlar vebinarda ödənişsiz iştirak edə bilərlər. Təlimin məqsədi iştirakçıları “CompTIA Security+” əsasında kibertəhlükəsizliyin fundamental bilgiləri ilə tanış etmək, beynəlxalq sertifikatlaşma və yeni kurs barədə məlumatlandırmaqdır.

Vebinarda təlimçi qismində “Eurodesign” şirkətinin şəbəkə və təhlükəsizlik mühəndisi, İKT LAB “CompTİA Security+” instruktoru Ramil Baxşıyev çıxış edəcək. O, “CompTIA Security+” kursunu Azərbaycan dilində tədris edən ilk və yeganə mütəxəssisdir. Ramil “CCNP Security”, “Palo Alto PCNSE”, “Huawei WDM” və digər sertifikatlara sahibdir. Təlimin digər spikeri “Eurodesign” şirkətinin korporativ biznes inteqratoru Günel Qənbərova, fəxri qonağı isə İKT LAB Tətbiq və Tədris Mərkəzinin direktoru Rauf Cabarov olacaq.

Sentyabrın 19-da saat 12:00-da baş tutacaq təlim “Microsoft Teams” proqramı üzərindən keçiriləcək. Vebinarda iştirak etmək istəyənlər https://bit.ly/3heAEtJ keçidi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kibertəhlükəsizlik   Seminar  

Kibertəhlükəsizliyə dair təcrübəsini artırmaq istəyənlər üçün ödənişsiz vebinar keçiriləcək

2020/09/16001-1600163789.jpg
Oxunub: 385     13:27     15 Sentyabr 2020    