Kanada Danimarka və Polşa donanmalarına mina təmizləmə sistemləri tədarük edəcək

2020/09/ec5b0-1600155247.jpg
Oxunub: 528     20:33     15 Sentyabr 2020    
Danimarka və Polşa Donanmaları minatəmizləmə avadanlığı tədarük etməsi üçün Kanadada yerləşən “Kraken Robotics” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

Bildirilir ki, şirkət müqavilə çərçivəsində ölkələrin donanmalarına gələn ilin ikinci yarısında “Katfish” sonarları, ALARS sistemləri təhvil verəcək.

Yeni avadanlıqlar Polşa donanmasının yeni “KORMORAN II” adlı mina əleyhinə gəmisinə inteqrasiya ediləcək. Polşa üçün satınalmanın ümumi dəyəri barədə məlumat verilməyib.

Kraken eyni sistemləri Danimarkaya da çatdıracaq. Danimarka ilə bağlanan müqavilənin dəyəri 36 milyon ABŞ dollarıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kanada   Danimarka   Polşa   Mina  

Kanada Danimarka və Polşa donanmalarına mina təmizləmə sistemləri tədarük edəcək

2020/09/ec5b0-1600155247.jpg
Oxunub: 529     20:33     15 Sentyabr 2020    