ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Pakistanın BQ rəisi ilə görüşüb

2020/09/thumb-1600154811.jpg
Oxunub: 486     12:30     15 Sentyabr 2020    
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Əfqanıstandaxili sülh danışıqlarını müzakirə etmək üçün Pakistan Ordusunun Baş Qərargah rəisi general Qamar Caved Bajva ilə görüşüb.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüş Ravalpindi şəhərində yerləşən ordu qərargahında keçirilib.

Bildirilir ki, görüşdə qarşılıqlı maraqlar, regional təhlükəsizlik və Əfqanistanda davam edən barışıq prosesi müzakirə edilib.

Xəlilzad görüşdə Pakistanın sülh prosesinə “səmimi və qeyd-şərtsiz dəstəyini” yüksək qiymətləndirib.

Bu, Xəlilzadın Pakistanın 2018-ci ilin dekabrında “Taliban” və Vaşinqton arasında əlamətdar sülh danışıqları təşkil etməsindən sonra Pakistana 12-ci səfəridir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Əfqanıstan  

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Pakistanın BQ rəisi ilə görüşüb

2020/09/thumb-1600154811.jpg
Oxunub: 487     12:30     15 Sentyabr 2020    