Erməni hüquqşünas: ““1 Mart” işinin aşkara çıxarılmasında sistem uğursuzluğu var”

2019/12/00-22-1575627747.jpg
Oxunub: 561     10:56     17 Sentyabr 2020    
Ermənistan hakimiyyətinin nümayəndələri keçmişdə rejimi ittiham edirdilər ki, “1 Mart” cinayətini aşkara çıxarmırlar.

Ermənistanın hazırkı hakimiyyəti dövründə də işin aşkara çıxarılması prosesində irəliləyiş yoxdur, işin aşkara çıxarılması zərurəti, günahkarları cəzalandırmağın qaçılmazlığı barədə müntəzəm olaraq bəyanat verilir, lakin artıq iki ildir hər hansı nəticə qeydə alınmayıb.

Hazırda isə “1 Mart” qurbanlarının yaxınları və zərərçəkənlərin nümayəndələri bildiriblər ki, məhkəmə iclaslarında iştirak etməyəcəklər.

Erməni hüquqşünas Arayik Papikyanın sözlərinə görə, “1 Mart” işinin aşkara çıxarılmasında sistem uğursuzluğu var.

““1 Mart” işi bir hakim və ya prokurorun həll problemi deyil, “1 Mart” işinin aşkara çıxarılması dövlətimiz üçün vacib əhəmiyyətə malikdir və onu bir məhkəmə işi etmək bu işin vacibliyini ucuzlaşdırmaq deməkdir”, - deyə Papikyan qeyd edib.

Digər erməni hüquqşünas Gevorq Davtyan qeyd edib ki, hansı keyfiyyətdə ilkin istintaq aparılması və hansı sübutların əldə olunması işin aşkara çıxarılması üçün vacib əhəmiyyətə malikdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   1-Mart  

Erməni hüquqşünas: ““1 Mart” işinin aşkara çıxarılmasında sistem uğursuzluğu var”

2019/12/00-22-1575627747.jpg
Oxunub: 562     10:56     17 Sentyabr 2020    