90-cı illərə geri qayıdış: Ermənistanda kriminal vəziyyət gərginləşir

2020/09/asd-1600072404.jpg
Oxunub: 1107     20:32     18 Sentyabr 2020    
Ermənistan mətbuatında kriminal vəziyyət bu gün xəbərlərin ayrılmaz hissəsidir. Demək olar ki, gündəlik qətllər, bıçaqlanma, döyülmə, atışma haqqında məlumatlar baş alıb gedir. Cinayətlər, “razborkalar”, qanlı nəticələrlə ölümlərə, yaralanmalara, zərərçəkənlərin artmasına səbəb olur. Bu hər gün baş verir.

Ermənistantan küçədə gedərkən bir quldur tərəfindən təsadüfən vurula və ya bıçaqlana biləcək 90-cı illərdəki vəziyyətə geri qayıdır.

Bu ilin ilk yeddi ayında Ermənistanda cinayətlərin sayı keçən ilin eyni dövrünə nisbətən 7% artıb. Cinayətlərin sayında təqribən 1000-ədək artım qeydə alınıb. Bu, iki milyona yaxın əhalisi olan bir ölkə üçün çox maraqlı bir statistikadır. Ermənistanda kriminal vəziyyət gündən-günə ağırlaşır, Ermənistan təhlükəsiz ölkə siyahısından çıxır.

Buna ağır və xüsusilə ağır cinayətlərin sayının da artdığını əlavə etsək, mənzərə tam aydın olar. Ağır cinayətlər 11% artıb. Cəmi 7 ay ərzində 2200-dən çox ağır cinayət baş verib.

Cinayətlərin sayının kəskin artmasına səbəb nədir?

“Aysor” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, adətən bu hal bir səbəbə görə baş vermir, ilk baxışdan əlaqəli olmaya bilən, bütövlükdə fəlakətə səbəb olan bir neçə səbəb qrupu var.

“Poğosların buna icazə verməsi səbəblərdən ən başlıcasıdır. 2018-ci ildə küçələrə çıxan kütlələrə yaltaqlanmaq üçün Paşinyan onlara icazə vermə həvəsini oyatdı. Əlbəttə ki, bir müddət sonra bu vəziyyətin ciddi problemlərlə dolu olduğunu anladı, onu idarə etməyə, vəziyyəti düzəltməyə çalışdı və qəflətən bunun asan olmadığı ortaya çıxdı. İcazə vermək, onu geri götürməkdən daha çox asandır. Və “inqilabı mən etdim” psixologiyası cəmiyyətin təbəqəsinin bir qisminin zehnində qaldı...

Hüquq mühafizə sistemi - polis, MTX, prokurorluq siyasi məqsədlər üçün geniş istifadə olunur. Hüquq-mühafizə sisteminin bütün mənbələri siyasi proseslərə yönəldildi və bu müddət ərzində bir çox vacib işin asılı hala düşdüyü məlum olur. Sadəcə başqa işlərlə məşğul olmaq üçün kifayət qədər resurs yoxdur.

Hüquq-mühafizə sisteminə verilən qeyri-ciddi əmrlər – zəncirləmək, yaymaq, yerə yıxmaq və s., hüquq-mühafizə sisteminə verilmiş qanunsuz əmrlər, hüquq-mühafizə sisteminin fəaliyyətsizliyi (məsələn, Paşinyanın məhkəmələri əhatə etmək çağırışı zamanı) hüquq-mühafizə sisteminin nüfuzunun nəzərəçarpacaq dərəcədə azalmasına səbəb oldu.

Tamamilə siyasi məqsədlər üçün hüquq-mühafizə sistemi rəhbərliyinin qeyri-peşəkar kadrlarla doldurulması, səmərəli antikorrupsiya mübarizəsi üçün vacib amil olan hüquq-mühafizə sisteminin daxili birliyini xeyli zəiflədib. Bu həm də hüquq-mühafizə sisteminin peşəkarlığını əhəmiyyətli dərəcədə zəiflədib.

Bütün polis heyətini maska cərimələrinin yazılması ilə mübarizəyə cəlb edilməsi nəticəsində cəmiyyətdə polisə qarşı ciddi gərginlik yaranır. Təbii ki, burada günahkar polis yox, siyasi təlimatdır.

2019-cu ilin sentyabrında cəzaçəkmə müəssisələrində itaətsizlik baş verəndə, Ədliyyə Naziri Rüstəm Badasyan, hətta nizam-intizam yaratmaq üçün daxili qoşunlardan da istifadə edilə biləcəyini bildirmişdi. Məgər, nazir verdiyi açıqlamasının hansı effekt verəcəyini başa düşmürdü?

Təbii ki, bu açıqlamadan sonra həm həbsxanadakılar, həm də məhbusların qohumları arasında gərginlik, hüquq mühafizə sisteminə qarşı narazılıqlar artdı”, - deyə məqalədə qeyd olunub.

Müəllif yazır ki, Ermənistanda kriminal subkulturaya qarşı mübarizə adı altında gözlənilməz və yaxşı hesablanmamış bir proses başladı.

“Cinayətkar “avtoritetlər”, “qanuni oğrular” həbs olunurdu. Konkret hər hansı cinayətlərə görə deyil, kriminal subkulturada təmsil olunması kontekstində həbs olunurdular.

Polisin cinayət vəziyyətinə maksimum nəzarət edə bilmədiyi şəraitdə bu cür həddindən artıq atılan addımlar tamamilə fərqli nəticələrə səbəb ola bilər. Cəmiyyətin müxtəlif təbəqələrində gedən proseslərə nəzarət sadəcə itirilir.

Bu gün bir tərəfdən kriminal subkulturaya qarşı mübarizə aparılsa da, digər tərəfdən ağır cinayətlər də daxil olmaqla cinayətlərin sayı artır. Küçə nəzarətsiz qalır. Cəzasız qalacaqlarını başa düşən müxtəlif xırda cinayətkarlar hərəkətlərinə görə məsuliyyət daşımır, daha utanmaz və təhlükəli olurlar.

Cəzaçəkmə müəssisələrində vəziyyət anlaşılmazdır. “Qanuni oğrulara” qarşı əməliyyatlar, kriminal avtoritetlər, xüsusi tədbirlər həbsxanada bir növ cinayətkarı ilhamlandırır, onları daha təhlükəli edir. Bu səbəbdən cəzaçəkmə müəssisələrində hadisələrin artması qeydə alınır.

Cəzaçəkmə müəssisələri hər zaman görünməzdir, lakin geniş ictimaiyyətlə birbaşa əlaqəlidir və bir-birlərinə əhəmiyyətli təsir göstərirlər”, - deyə müəllif qeyd edib.

Məqalədə bildirilir ki, 2018-ci ildə Paşinyan tərəfindən verilən amnistiya qərarı yüzlərlə təhlükəli cinayətkarın, ev və avtomobil oğrularının azadlığa çıxmasına səbəb oldu.

“Polis əməkdaşları fərdi söhbətlər zamanı məyus olduqlarını etiraf edirdilər. Çünki illərlə aşkarlayıb həbsə məhkum etdikləri cinayətkarlar bir gün içərisində azadlığa buraxıldılar və sevimli peşələrinə başladılar. Bu səbəbdən də mənzil və maşın oğurluqları, bıçaqlanma və atışmalar kəskin artdı.

Daha sonra polis və MTX-nin üzərinə başqa vəzifələr qoyuldu. Ölkə divarlara yapışdırma və asfalta sərmə şou mərhələsinə qədəm qoyurdu. Nikol Paşinyanın, şər qüvvələri tapmaq və “Facebook”da manipulyasiya müəlliflərinin aşkarlanaraq həbsi barədə MTX-yə verdiyi qəribə və anlaşılmaz təlimatları da xatırlaya bilərik.

Cinayətkarları tapmaq əvəzinə, hüquq-mühafizə orqanları bir şou mənzərəsi təqdim etməyə cəlb edildi. Polis və MTX bu və ya digər məşhur şəxsi asfalta sərdi və ya divara yapışdırdı, sonra onu sərbəst buraxdı, İrəvanda, Ermənistanın digər yaşayış məntəqələrində dələduz bıçaqlayır, vurur və davalar edirdi və əsasən cəzasız qalırdı.

Şübhəsiz ki, cinayətlərin artmasına çox qısa müddətdə polis və MTX rəislərinin dəyişməsi prosesi də təsir etməyə bilməzdi. Cəmi 2 il ərzində bu strukturların üç rəhbəri oldu.

Təəccüblüdür ki, fövqəladə vəziyyət rejimində cinayətlərin sayı artıb. Bu, çox ciddi bir siqnaldır. Bu ilin aprel ayının sonunda Kəvərdə baş verən qanlı hadisələr, yalnız polis rəisi Arman Sarkisyan üçün yox, bütün polis və hökumət siyasətinin rüsvayçılığı idi.

Öldürməyə hazır olan kütlə, polis rəisinin orda olmasını nəzərə almadan xəstəxanaya soxulursa, bu artıq bir nəfərin, yalnız polis rəisinin problemi deyil. İŞİD üslubu ilə qisas alınması artıq siyasi və hüquq-mühafizə sisteminə qırmızı vərəqədir.

Aydındır ki, belə davam edərsə, vəziyyət tamamilə nəzarətdən çıxa bilər. Cinayətkarlar nəhayət küçələri ələ keçirə bilər, bu ən ağır nəticələrə səbəb olacaq.

Narkotiklə əlaqəli cinayətlərin artması da təsadüfi deyil. Ötən ilin ilk 7 ayı ilə müqayisədə bu qəbildən olan cinayətlər 24% artıb”, - deyə məqalədə qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Kriminal  

90-cı illərə geri qayıdış: Ermənistanda kriminal vəziyyət gərginləşir

2020/09/asd-1600072404.jpg
Oxunub: 1108     20:32     18 Sentyabr 2020    