Ədalətli və effektiv idarəetmə böhranı: Paşinyan nəyi başa düşmür?

2020/09/5551-1600072311.jpg
Oxunub: 716     11:10     17 Sentyabr 2020    
Ermənistanın Baş naziri Nikol Paşinyanın bölgəyə son səfəri qalmaqallı açıqlamadan və indiyə qədər sakitləşməyən ictimai narazılıq dalğasından kənar olmadı.

“Tert.am” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, Paşinyan israrla “anlamayan” insanlara bir şüşə araq az içərsə, bir qutu siqaret az çəkərsə və qənaət etdiyi pulla vergi ödəyərsə, ölkənin inkişafına töhfə verəcəyini, yollarının asfaltlanacağını başa salmaq istəyir.

“Başqa bir halda isə əsgər çörəyindən oğurlandığını əsas gətirərək kassa çeklərinin tələb etməyi vurğulayır, digər bir halda növbəti ürəkaçan vergi ödəmə nümunəsini misal gətirir. Adi vətəndaşın başa düşmədiklərini bir kənara qoyaq, bunu sonda izah deyəcəyəm, Paşinyana davamlı və inadla izah edildiyi halda, onun nəyi başa düşmədiyini nəzərdən keçirək.

Uzun müddətdir müstəqil bir dövlətdən məhrum olmuşuq, ölkəmiz hissələrə bölünüb və hər biri bir dünya hökmranından digərinə keçib. Bir qəribə hal var, verdiyimiz verginin başqasına getdiyi və evdə qalan, gizlətdiyimiz hissənin özümüzə aid olduğunu hesab etmişik. Bizimki, bizim evimizdir, qapının kəndarında o yana isə bir başqasına aiddir deyə düşünürük. Bu psixologiya əsrlər boyu bizdə formalaşıb. Bu gün də ətalətlə evimiz bizim qalamızdır və evin xarici bizim deyil düşünürük. Belə bir xüsusiyyətə sahib olduğunu alman və isveç vətəndaşa demək mümkün deyil.

Axı o, ən layiq olanı seçki yolu ilə hakimiyyətə gətirib və toplanan pulla yolun düzəldilməsini, məktəb tikilməsini və ya xəstəxana açılmasını hər bir adi vətəndaşdan daha yaxşı bilir. Ancaq müstəqillik əldə etdikdən sonra insanlar üçün öz ölkəsini qurma şansı oldu, əksinə seçkilərin saxtalaşdırıldığı, ancaq büdcənin qarət edildiyi problemləri ilə qarşılaşdıq.

Bir sözlə, öz hökumətimiz, iş üslubu və dövlət düşüncəsi ilə bir əcnəbidən fərqlənmirdi, bu səbəbdən də ölkəmiz yenə də bizim deyildi və yenə də xarici bir hakimiyyətdən vergiləri gizlədirdik. Ancaq bir inqilab oldu və sanki keyfiyyətcə bir dəyişiklik etməli idik, əks halda bu nə üçün baş verirdi? Xalqın seçdiyi hökumət səmərəli və ədalətli bir rəhbər olmalı idi.

Bu ikisi birləşdirilməsə, müsbət heç bir şeyimiz olmayacaq. Effektiv, lakin haqsız, ya da səmərəsiz, amma ədalətli bir rəhbərin gördüyü iş bir qəpiyə də dəyməz. Həqiqətən nə gördük? Bu hakimiyyətin səmərəli bir rəhbər olmadığı açıqdır və bu barədə dəfələrlə bəhs edilmiş və bundan sonra da bəhs ediləcək və səbəblər veriləcək, amma bu gün ədalətli rəhbər olma faktı üzərində dayanacağıq.

Adi bir insan hökumətə necə inanmalıdır ki, epidemiya dövründə belə, iqtisadiyyatın nəzərəçarpacaq dərəcədə azalma qeydə alındığı, sabah bizi nəyin gözlədiyini bilmədiyimiz bir vaxtda hakimiyyət mənsubları mükafatlarını almağa davam edirlər.

Paşinyan nazirlərimizin nə qədər ağır bir yük altında olduğunu, yüz minlərlə vətəndaşımızın vəziyyətini yüngülləşdirəcək qədər ciddi məsələləri həll etdiklərinə inandırsaydı, mən nazirlərin 3000 dollar deyil, ən azı 10.000 dollar almalarını tələb edərdim. Onlar yalnız bir neçə nəfərdir, ancaq daha səmərəli işləmələri nəticəsində bir neçə yüz min vətəndaşımızın problemlərini həll edəcəklər, baxımından yanaşardım. Amma reallıq belə deyil.

Ancaq bunu Paşinyan demir və gördükləri mühüm işlər bizim üçün fərqi olmasa da göstərilmir, amma bunun əvəzinə böyük məbləğ ödəməsək, bunun ya oğurlanacağını, yaxud korrupsiya bataqlığında boğulacağımızı deyirlər.

Başqa sözlə desək, inqilabi komandada yüksək mükafat almadan yüksək vəzifə maaşına işləməyə və xüsusilə də bir pandemiya vəziyyətində oğurluq etməməyə razılıq verən bir nəfər də yoxdur. Belə çıxır ki, bütün ölkəmizdə belə bir şey yoxdur, çünki Baş nazir belə bir şəxs tapmır və ya bəlkə də tapmaq istəmir. Başqa sözlə, adi vətəndaşa deyirik ki, bizim hakim və ictimai elitamız ya oğrudur, ya da pay verməsək oğurlayacaq potensial oğrulardır?

Adi vətəndaşımıza bunun onun hökuməti olduğunu, onun dövləti olduğunu, bu ölkənin sahibi olduğunu, qurduğu xalq hakimiyyəti hökmdarlarının dərisindən üzərək vergi ödəməli olduğu, rəhbərlərinin ağzına pay atmasaq, oğurlayacaqlarını izah etməyə çalışırıq?”, - deyə məqalədə qeyd olunur.

Müəllif yazır ki, Paşinyan məhz bunun, cəmiyyətimizin şüuruna, dövlət düşüncəsinə nə qədər dəhşətli bir zərbə vurduğunu anlamır.

“Adi insanlar, düşünürəm ki, bu cür davam etməyin mümkün olmadığını, ölkəmiz və xalqımızın inkişafı üçün heç bir planı olmayan bu həvəskar hökumətə tab gətirmək üçün resursları olmadığını başa düşmürlər”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Ədalətli və effektiv idarəetmə böhranı: Paşinyan nəyi başa düşmür?

2020/09/5551-1600072311.jpg
Oxunub: 717     11:10     17 Sentyabr 2020    