“Politik.am”: Yarımmüharibə vəziyyətində olan dövlətin başında “başıxarab” olmamalıdır

2020/09/Nikol-1599469298.jpg
Oxunub: 631     11:34     17 Sentyabr 2020    
Ermənistanın hakim komandaının üzvü Vahaqn Tevosyan ordudan yayınanların pul müqabilində cinayət məsuliyyətindən azad olmasına imkan verən yeni bir qanun layihəsini niyə qəbul edəcəklərini əsaslandırmağa çalışıb.

Tevosyan həmişə olduğu kimi vəziyyəti rəngarəng təsvir edib: “Orduda xidmət etmək şərəf olmalıdır. Ən azı ilk başlanğıcda belə hesab olunmalıdır. Bu qavrayışı kök salmaqla nümunəvi bir ordu inkişaf etdirmək də mümkün olacaqdır. Hər hansı bir andan etibarən, başı xarab olan şəxs çalışmalı və orduya gedə bilməməlidir. İctimaiyyət başa düşməlidir ki, orduya getməyən bir insan, elmlə məşğul olmursa, xəstə deyilsə, qanun ona icazə vermirsə, istəsə də xidmət etməyi bacarmırsa, sadəcə uçub gedibsə, başqa sözlə, bu şərəfdən özünü məhrum etmiş insan adi başı xarab və ya qorxaqdır. Yalnız bundan sonra ordudan uçmaq təəccüblü və məntiqsiz olacaq. Əgər ordudan uçmusansa (qanunla azad edilməmisən, şərtlərə görə gec gəlməmisən, ya uzaq düşməmisən, məhz uçmusan) o halda ordunun sənə nə ehtiyacı var?”.

“Politik.am” nəşri yazıb ki, Tevosyan öz təmsil etdiyi hökuməti belə necə rəvan təsvir etdiyinin fərqinə varmayıb.

“Demək olar ki, təmsil etdiyi elitanın elmlə məşğul olmadığı və ya sağlamlıq problemi olmadan orduda xidmət etmədiyini, Tevosyanın tərif etdiyi şərtlər çərçivəsinə sığmayan hökuməti təmsil etdiyini bir anlığa unudub.

Tevosyanın verdiyi tərifə əsaslansaq, əsas “başıxarab”ın Paşinyan olduğu ortaya çıxacaq. Hərbi xidmətdən elm və ya sağlamlıq problemləri səbəbindən (rəsmi olaraq Paşinyanın bir problemi yoxdur) yox, sadəcə böyük qardaşlarının Sovet ordusunda xidmət etdiyi üçün azad edilib. Başqa sözlə, Paşinyan xidmətdən yayınmaq üçün qardaşlarının SSRİ ordusunda xidmət etməsindən istifadə edib. Bu, dövlət üçün ən çətin illərdə, müharibənin yenicə bitdiyi və sərhədləri möhkəmləndirmək problemi olduğu bir dövrdə baş verib.

Əslində, Ermənistan kimi çətin problemləri olan ölkələrdə orduda xidmət etməmək tərcümeyi-halında şərəfli bir məqam olmamalı və xidmət etməyənlərin yüksək dövlət vəzifələrində çalışmaq hüququ olmamalıdır. Dövləti naminə həyatını riskə atmayan bir şəxsin bu dövlətin başında, sükanı arxasında olmaq hüququ olmamalıdır. Yarımmüharibə vəziyyətində olan dövlətin başında “başıxarab” olmamalıdır, bunlar təhlükəsizlik üçün təhlükəlidir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

“Politik.am”: Yarımmüharibə vəziyyətində olan dövlətin başında “başıxarab” olmamalıdır

2020/09/Nikol-1599469298.jpg
Oxunub: 632     11:34     17 Sentyabr 2020    