Köçəryan Aprel döyüşlərinə görə xəyanətdə ittiham edilə bilər

2020/04/46913-1586509189.jpg
Oxunub: 607     19:21     15 Sentyabr 2020    
Artıq bir neçə gündür ki, Ermənistanın siyasi məkanında daha bir növbəti “fırtına” yaşanır. Səbəb, rəsmi olaraq Ermənistan parlamentinin müstəqil deputatı Arman Babacanyanın komandasının üzvü olan Qarik Qazaryanın məlum yazısıdır. Həmin yazıya əsasən Aprel döyüşlərini araşdıran parlament komissiyasının məxfi sənədlər paketinin bəzi hissələri açıqlanır.

Komissiya rəhbəri Andranik Köçəryan kifayət qədər sərt reaksiya verərək, Qazaryanı “Facebook bayquşu” adlandırıb. “İşıqlı Ermənistan” partiyasından olan deputat Qevork Qorqisyan da gizli məlumatların sızması barədə xəbərdarlıq edib.

“Politik.am” nəşri yazır ki, ehtimal olunan məxfi məlumatların sızması səbəbinin nə olduğunu söyləmək çətindir.

“Ancaq hakimiyyətin Arman Babacanyanın həmkarı Qarik Qazaryan vasitəsi ilə Andranik Köçəryanı hədəfə almağa, yaxud aprel komissiyasının işini “bəri başdan” nüfuzdan salmağa çalışdıqları ehtimalı mümkün ola bilər. Hətta hakimiyyət mənsubları belə etiraf edirlər ki, komissiyanın hesabat sənədi bir vaxtlar müxalif olan Paşinyan tərəfindən öz siyasi dividentlərini artırmaq üçün istifadə etdiyi aprel döyüşləri ilə əlaqəli bütün mifləri məhv edir.

Əslində, bu addımla hakimiyyət Köçəryanı və ya onun rəhbərlik etdiyi komissiyanı hədəf alması üçün əsasları var və bu səbəbdən də hesabatı bəri başdan nüfuzdan salmağa çalışırlar.Axı, Köçəryan, aprel döyüşləri ilə bağlı bir sıra müsahibələrində o dövrdə hökumətin rəyinə uyğun deyil, özünü “olduqca düzgün”, yəni müstəqil aparmışdı. Bu, hökumət üçün ciddi bir məsələdir.

Köçəryan Müdafiə Nazirinin müavini Vazgen Sarkisyanın yanında işləmiş, necə deyərlər “Qraçovu, 95-ci atəşkəsin tarixi anlarını görən bir adam”, köhnə qvardiya üzvü olub. Əlbəttə ki, daxili və xarici siyasət, regional və geosiyasi baxımdan yaxşı bir fikir sahibi olan şəxs kimi, bütün bunların kontekstində onun kifayət qədər müstəqil davranışı və komissiyanın ən azı mətbuatda məlum olduğu qədər hazırladığı hesabatın məzmunu, bu hesabata görə heç bir şeyin Moskvaya “toxunmaması” hakim eşelonlarda bəzi xəyanət suallarına səbəb ola bilər.

İndi isə Köçəryana və komissiyaya istənilən şəkildə və yalnız kiçik bir hissəsi xalqa açıq ola biləcək gizli bir hesabat məruzəyə zərbə vurmağa qərar veriblər. Amma bu məruzə artıq Nikolun “möhürü” ilə aprel döyüşlərinin “qəhrəmanlığı”nı və Aprel döyüşləri ilə bağlı miflərin iflasını sübut edir”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Köçəryan   Ermənistan-ordusu   Ermənistan   Böhran   Paşinyan  

Köçəryan Aprel döyüşlərinə görə xəyanətdə ittiham edilə bilər

2020/04/46913-1586509189.jpg
Oxunub: 608     19:21     15 Sentyabr 2020    