Yaxın vaxtlarda təlimləri Cıdır düzündə keçəcəyik

2020/09/34bfb-1600068827.jpg
Oxunub: 4353     11:02     16 Sentyabr 2020    
Düşmənlə təmas xəttində yerləşən bölmələrimizdən birindəyik. Hərbi hissədə bizi müşayiət edən zabit Ceyhun Rzayevə qəzetimizdə müntəzəm yer alan "Gənc zabit" rubrikasına yazı hazırlayacağımızı bildirəndə çox fikirləşmədən baş leytenant Fərid İsmayılovun adını çəkdi. Bildirdi ki, gənc zabit daim öz üzərində çalışır, tabeliyində olan şəxsi heyətə diqqət və qayğı göstərir, əsgərlərimizə döyüş növbəsində diqqətli olmağı, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi, Vətənimizi düşməndən göz bəbəyi kimi qorumağı tövsiyə edir. Gənc zabitin xidmətində Vətənimizə olan məhəbbəti, sevgisi aydın görünür.

Zabit Ceyhun Rzayev şəxsi heyətin döyüş hazırlığından da söz açdı: "Hər bir əsgər başa düşür ki, döyüş növbətçisi olduğu zaman mövqelərimizin düşmənin gözlənə biləcək təxribatlarından müdafiə olunması kimi məsuliyyətli bir tapşırığı öhdəsinə götürür. Bu səbəbdən ayıq-sayıq olmalı, düşmənin fəaliyyətlərini nəzarət altında saxlamalıdır. Hər hansı bir hadisə baş verərsə, dərhal mövqe başçısını məlumatlandırmalı və növbəti əmri gözləməlidir. Necə ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısı əsgərlərimizin sayıqlığı sayəsində alındı. Bu, ordumuzun yüksək döyüş hazırlığından xəbər verir".

Öyrənirik ki, baş leytenant Fərid İsmayılov Heydər Əliyev adına Hərbi Liseyi uğurla bitirdikdən sonra hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. Bu gün artıq o, ali təhsil ocağında mənimsədikləri bilikləri tabeliyində xidmət edənlərə aşılayır. Çalışır ki, əsgərlərimizi sadəcə mahir döyüşçü kimi deyil, həm də layiqli vətəndaş kimi formalaşdırsın. Xidmətinə məsuliyyətlə yanaşdığına görə məqsədinə nail olur.

- Hərbçi olmağı qərar verdiyim gündən seçimimdən qətiyyən peşman deyiləm. Vətəni qorumaq müqəddəs vəzifədir. Səngər həyatı isə mərdlərin, cəsurların ünvanıdır. Burada rastlaşdığın hadisələr sənə dözümlü, təmkinli, soyuqqanlı olmağı və istənilən ekstremal şəraitdə təkbaşına qərar qəbul etməyi aşılayır. Bu xüsusiyyətlər hərbi peşəni seçən gənclərin xarakterini formalaşdırır. Həm də Ali Baş Komandanın ordu quruculuğu istiqamətində apardığı islahatlar sayəsində ordumuzun gücü gündən-günə artır. Bunun bariz nümunəsi olaraq, stasionar hərbi hissələrimizlə yanaşı, düşmənlə təmas xəttində yerləşən bölmələrimizdə yaradılan sosial-məişət şəraitini də göstərmək olar. Bu gün Azərbaycan əsgərinin qarşısında yalnız döyüş hazırlığını artırmaq vəzifəsi dayanır. Biz də bunun üçün əlimizdən gələni əsirgəmirik. Dövlət başçısından tezliklə döyüş əmrinin verilməsini gözləyirik. İnanıram ki, Şuşada Cıdır düzündə, Topxana meşəsində gəzəcəyimiz gün uzaqda deyil, - deyə zabit Fərid İsmayılov bildirdi.

Gənc zabitin Vətənimizə olan məhəbbəti, düşmənə olan nifrəti gözlərindən sezilirdi. O, ailəli olduğunu bildirdi. Fərid oğlu Mənafın da onun yolunu davam etdirməsini, indidən onda hərbi sahəyə sevgi yaratmağa çalışacağını dedi.

Baş leytenant Fərid İsmayılov kimi qəlbi Vətən eşqi ilə döyünən oğullarımızın sayı az deyil. Onların Vətənə bağlılığı nümunəvi xidmətlərində özünü əyani surətdə göstərir. Zabitin komandirləri və tabeliyində xidmət edənlərlə söhbətimiz zamanı şahidi olduq ki, gənc komandirə böyük inam və etimad bəslənilir. Bu inam, bu etimad baş leytenantı daha da ruhlandıracaq, ona hərbi xidmətində böyük uğurlar qazandıracaq...

Ruslan Həsənzadə, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ordu   Təlim  

Yaxın vaxtlarda təlimləri Cıdır düzündə keçəcəyik

2020/09/34bfb-1600068827.jpg
Oxunub: 4354     11:02     16 Sentyabr 2020    