Region ölkələrinin PUA parkında Rusiyanın yeri - ARAŞDIRMA (HƏRBİ EKSPERT) - I YAZI

2020/09/1121-1600073416.jpg
Oxunub: 2652     15:21     14 Sentyabr 2020    
Region ölkələrinin PUA potensialını araşdıran Ordu.az redaksiyası bu dəfə Sizə Rusiyanın PUA parkının tərkibi, onların yaranma tarixi, konstruksiyası, versiyaları, taktiki texniki xüsusiyyətləri və s. barədə əldə etdiyi məlumatları çatdıracaq.

Model sırasının genişliyini nəzərə alaraq, bu məqalə üç hissədən ibarət olacaq. İlk iki hissədə 2000-ci ilə qədər hazırlanan köhnə Rusiya PUA-larına ötəri nəzər salınacaq, 2000-ci ildən sonra istehsal edilənlərə isə daha geniş yer veriləcək. Üçüncü hissədə isə Rusiyanın kopter tipli PUA-ları araşdırılacaq. Ermənistana ixrac edilən PUA-lar isə daha dərindən araşdırılacaq.

2000-ci ilə qədər hazırlanan köhnə Rusiya PUA-ları

"La-17R" kəşfiyyat təyyarəsi 1963-cü ildə Smolensk Aviasiya Zavodunda "La-17M" hava hədəfinin bazasında hazırlanıb. RD-9BR və ya R-11K-300 mühərrikləri ilə təchiz edilib. Ümumi istehsal sayı 20 ədəd olub.

Tu-123 "Yastreb" (DBR-1) səsdən sürətli uzaqmənzilli kəşfiyyat PUA-sı 1964-cü ildə Tupolev adına Konstruktor Bürosunda hazırlanıb. Ümumi istehsal sayı 52 ədəd olub.

Tu-130 modeli isə termonüvə sursatlarının daşınması üçün eyni Tupolev adına Konstruktor Bürosunda hazırlanıb. Ümumi istehsal sayı 5 ədəd olub.

"Elf-D" çoxməqsədli eksperimental PUA-sı 1979-cu ildə MAİ-nin "Nelson" OSKBES müəssisəsində hazırlanıb. PUA 2 ədəd porşenli mühərrikə malik olub. Ümumi istehsal sayı 2 ədəd olub.

Tu-141 "Strij"(VR-2) kəşfiyyat PUA-sı 1982-ci ildə Tupolev adına Konstruktor Bürosunda hazırlanıb. Ümumi istehsal sayı 152 ədəd olub.

Tu-143 "Reys"(VR-3) taktiki kəşfiyyat PUA-sı 1982-ci ildə Tupolev adına Konstruktor Bürosunda hazırlanıb. Ümumi istehsal sayı 950 ədəd olub.

Tu-300 "Korşun" çoxməqsədli PUA-sı 1991-ci ildə Tupolev adına Konstruktor Bürosunda hazırlanıb.

PS-01 "Komar" operativ kəşfiyyat PUA-sı 1980-ci ildə MAİ-nin "Nelson" OSKBES müəssisəsində hazırlanıb. PUA 3 ədəd MP-6X2 porşenli mühərriklə təmin olunub.

"Pçela-1T" kəşfiyyat PUA-sı 1981-ci ildə Smolensk Aviasiya Zavodunda hazırlanıb. 2 ədəd porşenli P-032 mühərrikinə malik PUA 1983-cü ildə hazırlanıb. PUA cəmi 5 dəfə havada uçmaq imkanına malik olub.

"Şmel-1" kəşfiyyat PUA-sı "Pçela-1T" PUA-sının prototipidir. 2 ədəd porşenli P-032 mühərrikinə malik PUA 1983-cü ildə hazırlanıb.

Tu-243 "Reys-D"(VR-3D) kəşfiyyat PUA-sı 1999-cu ildə KumAPP və Tupolev adına Konstruktor Bürosunda hazırlanıb. TRZ-117A mühərrikinə malikdir.

Bu PUA-lar artıq aktuallığını itirdiyi üçün onların bir çoxu illər öncə seriya istehsalından çıxarılıb.

2000-ci ildən sonra istehsal edilən PUA-lar

"Ptero-E5"

Rusiyanın "Ptero-E5" tipli pilotsuz uşuş aparatı 2000-ci ildə hazırlanıb və aerofotoqrafiya üçün nəzərdə tutulub. Daxili yanma mühərriki ilə təchiz olunan PUA "Ptero" MMC tərəfindən layihələndirilib. PUA-nın G0, G1, E4, E5 kimi versiyaları mövcuddur. Smolensk şəhərində fəaliyyət göstərən "AFM-Serverz" şirkəti tərəfindən istehsal edilən bu PUA-ların E5 versiyası aktiv şəkildə Ermənistana da ixrac edilib. Bunu istehsalçı şirkətin baş direktoru Əmir Vəliyev də müsahibələrində təsdiqləyib. Dəfələrlə Azərbaycan ordusu tərəfindən məhv edilən bu PUA-lar həm elektrik, həm də benzin mühərriki ilə təchiz oluna bilər. PUA elektrikli mühərriklə 1.5 saat, benzinli mühərriklə isə maksimum 8 saat havada qala bilir. Onun kütləsi 22 kq-dır. X-55 adı ilə işğalçı Ermənistan ordusunun silahlanmasına dixil olan PUA 20 kiloqram kütləyə malikdir. O, havaya 5 kiloqram avadanlıq qaldıra bilir. FG-36, FG-40 və ya GX-35 daxili yanma mühərrikləri ilə təhciz oluna bilən aparat mühərriki işə salındıqdan sonra, sıxılmış hava vasitəsilə katapultdan buraxılır. Enmə üçün paraşütdən istifadə edilir.

Modelin peyk QLONASS - GPS -"BeiDou" qəbuledicisi "NovAtel" OEM617 və ya QLONASS-GPS qəbuledicisi "ComNav" K501G radiotexniki çap lövhələri üzərində yığılıb. Bu qurğu saniyədə 20 dəfə koordinatları ölçür. İkitezlikli QLONASS-GPS-"BeiDou" qəbuledicisində 4GNSSA-XS1 "Antcom" və ya "Harxon" HX-CA7603A antenindən istifadə olunur. Aparatın ətalətli naviqasiya sistemi kimi "NovAtel" markalı SPAN-İGÇ-A1 (SPAN-İGM-S1) qurğusu tətbiq edilir.

PUA göydən çəkiliş aparmaq üçün baza modeli kimi "Nikon" D810 rəqəmsal kamerası ilə təhciz olunur. Lakin sifarişçinin istəyindən asılı olaraq, PUA "Phase One" iXU150/160/180/1000 və "Phase One" iXU-RS 160/180/1000 tipli kameralarla da təhciz oluna bilər. Bundan əlavə PUA-ya "InfraTec VarioCAM HD head 600" və ya onun 800 seriyalı kameraları da quraşdırıla bilər. Video və termal kameralar STD-"Radiks" şirkətinin girosabit platformalarında yerləşdirilir.

"Ptero-E5" PUA-sı çoxfunksiyalı deyil. Onun döyüş vəzifələrini dəyişmək üçün, yerə endirməli və sonra faydalı yükü (kameralarını) dəyişdirmək lazımdır. Ən əsası isə birbaşa onlayn rejimdə video və foto çəkilişini opratora (bazaya) ötürə bilməməsidir. Rabitə modulu yalnız idarəetmə və telemetrik siqnalların mübadiləsini təmin edə bilir. İnformasiya sadəcə 2 ədəd 256 GB tutumlu yaddaş kartlarına yazılır.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu 2100 mm;
Qanad açılımı: 3030 mm;
Maksimun fəaliyyət məsafəsi: 85 km-ə qədər;
Maksimal uçuş sürəti: 180 km/saat;
Kreyser sürəti 85-115 km/saat;
Havada qalma müddəti:
elektrikli mühərrik ilə: 1.5 saat;
benzin mühərriki ilə: 8 saata qədər;
Maksimum uçuş məsafəsi: 130 km;
Maksimun uçuş hündürlüyü: 2000 m.

"Aerob 4D"

"Aerob 4D" PUA-sı "Aerob" MMC tərəfindən hazırlanıb. 2010-cu ildən istismardadır. 1200 km-ə qədər fəaliyyət radiusuna malik PUA-nın kütləsi 30 kq-a qədərdir. Daxili yanma mühərriki ilə təchiz olunur. 10 ədəddən az istehsal edilib.

"Aerob 4D" PUA-sı "Aerob" şirkəti tərəfindən Skolkovo İnnovasiya Mərkəzinin bazasında hazırlanan çoxfunksiyalı pilotsuz uçuş aparatıdır. Bu PUA-lar yalnız mülki məqsədlər üçün nəzərdə tutulurdu, lakin hazırda eksperimental pilotsuz vasitə kimi baxılır, bu isə onun gələcəkdə hərbi sahədə istifadəsini istisna etmir. "Aerob 4D" pilotsuz uçuş aparatı kəşfiyyat məlumatlarının toplanması, müşahidə və patrul uçuşlarının aparılması, ətraf mühitin monitorinqi, ərazinin aerofotoqrafiyası və s. üçün istifadə edilə bilər.

Bu hava nəqliyyat vasitəsinin inkişafına çox vəsait xərclənməyib, həm də bu gün layihə çox perspektivlidir. PUA-nın uzunluğu 1 metr 45 santimetr, qanad açılımı 3 metr 60 santimetrdir. PUA-nın güc qurğusu onun saatda 150 km sürətlə 500 km məsafəyə qədər hərəkətini təmin edir. Bir ədəd porşenli daxili yanma mühərriki ilə təmin edilən PUA havada 12 saat qala bilir.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 1.45 m;
Qanad açılımı: 3.6 m;
Hündürlüyü: 0.44 m;
Maksimum uçuş kütləsi: 30 kq;
Kreyser sürəti: 120 km/saat;
Maksimum uçuş sürəti: 150 km/saat;
Maksimum uçuş məsafəsi: 500 km;
Maksimum uçuş hündürlüyü: 3000 m;
Təyyarə mühərrikinin növü: porşenli;
Güc qurğusunun markası və onun göstəriciləri tam məlum deyil.

"S100" kompakt çoxfunksiyalı PUA İjevskdəki "İnsansız Sistemlər" MMC tərəfindən hazırlanıb, uçuş müddəti 1 saata qədərdir. 2010-cu ildən istismardadır. Elektrik mühərriki ilə təchiz olunur.

"Geoskan 101"

"Geoskan 101" aerofotoqrafiya üçün nəzərdə tutulur. Elektrik mühərriki ilə təchiz olunan PUA "Geoskan" şirkəti tərəfindən istehsal edilib. 2012-cu ildən istismardadır. Uçuş müddəti 60 dəqiqəyə qədərdir. 200 ədəddə yaxın istehsal edilib.

Əsasən mülki təyinatlı PUA-nın tərkibinə avtomatik idarəetmə sistemi, ətalətli naviqasiya sistemi, geodeziya sinifinin GPS/GLONASS siqnal qəbuledicisi, yüklərə nəzarəti sistemi, komanda və telemetriya məlumatlarını ötürmək üçün rəqəmsal rabitə kanalı və "Topcon" yüksək dəqiqlikli geodeziya qəbuledicisi (L1-L2, GPS/GLONASS/BeiDou) daxildir.

Pilotsuz sistemin idarə olunması sahəsində operatorların nəzəri və praktik təlimi istehsalçı tərəfindən aparılır və kompleksin dəyərinə daxil edilir. Kompleks rahat daşına bilən çantada yerləşdirilir.

"Geoskan 201"

"Geoskan 201" aerofotoqrafiya üçün nəzərdə tutulur. Elektrik mühərriki ilə təchiz olunan PUA "Geoskan" şirkəti tərəfindən istehsal edilib. 2014-cu ildən istismardadır. Uçuş müddəti 3 saata qədərdir. 200 ədədə yaxın istehsal edilib.

"Geoskan 201" PUA-sı 3 fərqli versiyada istehsal edilir. Əsasən mülki məqsədlər üçün istifadə olunan PUA 3 saata qədər havada qala bilir. Bu müddət ona buraxılış nöqtəsindən 100 km məsafədə uzaqlaşmağa və 4 piksel qətnamə ilə 16 km2-ə qədər ərazinin havadan çəkilişlərini əldə etməyə imkan verir.

Yük daşıma asqıları və qanadlar, xüsusi texnologiyalardan və kompozit materiallardan hazırlanıb. PUA dəsti avtomobilin yük bölməsinə asanlıqla yerləşə bilir.

Universal "Geoskan 201" müxtəlif spektral diapazonlarda məlumatları qeyd etməklə müxtəlif tapşırıqları yerinə yetirmək üçün eyni vaxtda 3 fərqli faydalı yük daşıma qabiliyyətinə malikdir. İstifadəsi asandır. "Geoskan 201" tam avtomatik rejimdə işləyir. Katapultdan buraxılan PUA uçuşunu başa vurduqda, paraşütlə uçuş nöqtəsinə enir.

Avtopilot uçuş zamanı vəziyyəti - sürəti, hündürlüyü, kosmosdakı oriyentasiyanı və batareyanın gücünü daim nəzarətdə saxlayır. Fövqəladə vəziyyətdə, PUA buraxılış nöqtəsinə qaytarılır və ya təcili eniş edir. Rabitə modeminə quraşdırılan təcili paraşüt buraxma düyməsi, kompüter sıradan çıxsa belə çalışır.

Taktiki-Texniki Xüsusiyyətləri

Uçuş müddəti: 180 dəq;
Maksimum uçuş məsafəsi: 210 km;
Uçuş sürəti: 64-130 km/saat;
Maksimum uçuş kütləsi: 8 kq;
Faydalı yükün maksimum kütləsi: 1.5 kq;
Qanad açılımı: 230 sm;
Maksimum uçuş hündürlüyü: 4000 m;
Uçuşa hazırlıq vaxtı: 10 dəq;
Fəaliyyət temperaturu -20 ilə +40 ° C arasında (sifarişlə - 40 ilə +40 ° C arasında);
Elektrikli mühərrik.

"Geoskan Lite"

"Geoskan Lite" aerofotoqrafiya üçün nəzərdə tutulur. Elektrik mühərriki ilə təchiz olunan PUA "Geoskan" şirkəti tərəfindən istehsal edilib. 2019-cu ildən istismardadır. Uçuş müddəti 1 saata qədərdir. 30 ədədə yaxın istehsal edilib.

"Geoskan Lite" kompakt və pilotsuz aerofotoqrafiya kompleksidir. Bu kompleks obyektlərin koordinatlarla bağlı georeferentsiyalı fotoşəkillərini əldə etmək üçün nəzərdə tutulur.

Kompleksdən istifadə etməklə əldə olunan materiallar aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

- ərazi vəziyyətini qiymətləndirmək;
- georeferentsiyalı fotoşəkillərini əldə etmək;
- hava fotoşəkilləri əsasında ortofotoxəritələr və rəqəmsal ərazi modellərinin yaradılması;
- hündürlük xəritələrini yaratmaq;
- 3D ərazi modelləri yaratmaq;
- karxanalarda və tökmə torpaq obyektlərdə süxurların həcmini hesablamaq.

"Geoskan Lite" dəstinə atıcı qurğunun da yerləşdiyi nəqliyyat çantası, təkmilləşdirilən "Sony A6000" kamerası, təkrar doldurulan "LiPo 14.8 V" batareyaları, KRL antenli modem, doldurma cihazı, "Geoskan Planner" Missiya Planlaşdırma Proqramı və s. daxildir.

Taktiki-Texniki Xüsusiyyətləri

Uçuş sürəti: 64-130 km/saat;
Maksimum uçuş kütləsi: 3.1 kq;
Maksimum faydalı yük kütləsi: 0.8 kq;
Bir uçuş üçün fotoçəkiliş sahəsi: 9 km² qədər;
Qanad açılımı: 1.38 m;
Minimum təhlükəsiz uçuş hündürlüyü: 100 m;
Maksimum uçuş hündürlüyü: 4000 m;
Mühərriki: elektrikli;
Akkumulyator batareyası: "LiPo 14.8V";
Uçuşa hazırlaşma müddəti: 10 dəq;
Uçuş müddəti: 60 dəq;
Maksimum uçuş məsafəsi: 70 km;
Enmə: paraşütlə, avtomatik rejimdə;
Fəaliyyət temperaturu: -20 ilə +40 ° C arasında.

80 uçuşu tamamladıqdan sonra, PUA-nın yoxlanılması və istismarı üçün istehsalçıya göndərilməsi tövsiyə olunur. 5 ilə 25 ° C arasında temperaturda, nisbi rütubətin isə 80% -dən çox olmayan şəraitə malik anbarda saxlama müddəti 2 ildir.

"Eleron"

"Eleron" kiçik kəşfiyyat PUA-sı ENIKS şirkəti tərəfindən hazırlanıb. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən istismar edilən PUA elektrik mühərriki ilə təchiz edilir. "Eleron" PUA-sı ilk uçuşunu 2003-cü ildə həyat keçirib. Baza versiya hesab edilən bu PUA-nın istehsalı 2012-də dayandırılıb.

Rusiyanın ENIKS şirkəti tərəfindən hazırlanan pilotsuz uçuş aparatları qısa məsafələrdə havadan kəşfiyyat və müşahidə aparmaq üçün nəzərədə tutulub. T-23 "Eleron" olaraq da adlandırılır.

PUA-nın bir neçə modifikasiyası mövcuddur. Kompleks tərkibinə daxildir:

Т23P atıcı qurğusu;
T23E PUA-sı;
Daşınan yerüstü idarəetmə stansiyası.

Qatlana bilən dizaynı sayəsində PUA, ölçüləri 0.9 × 0.5 × 0.12 m-dən çox olmayan konteynerdə daşına bilir.

Bir ədəd gücləndirici vintə malik elektrik mühərriki ilə təchiz olunur, PUA-da sabit televiziya sistemi və rəqəmsal kamera ilə ötürmə avadanlığı quraşdırılır. PUA lazımi uçuş sürətini təmin edən rezin qoşqudan istifadə edilərək buraxılır, enmə isə 30 m yüksəklikdən paraşüt sistemi ilə aparılır. Kompleksə iki nəfərlik heyət xidmət göstərir.

Kompleks gün ərzində küləyin 15 m/s-yə qədər sürətində, mənfi 30-dan 45 dərəcəyə qədər temperaturda və 98% -ə qədər nisbi rütubətdə çalışa bilir.

2007-ci ildə RF Fövqəladə Hallar Nazirliyinin arsenalına qəbul edilib. Müxtəlif fövqəladə hallar zamanı, ocümlədən meşə və landşaft yanğınlarını aşkar etmək və itkin düşən insanları axtarmaq üçün istifadə olunur.

Taktiki-Texniki Xüsusiyyətləri

Qanad açılımı: 1.47 m;
Uzunluğu: 0.45 m;
Fəaliyyət temperaturu dərəcəsi: -30 - +45 C;
Kütləsi: 3.4 kq;
Faydalı yükü: rəqəmsal kamera, 10X video kamera, IR kamera;
Mühərrik tipli: elektrikli;
Uçuş sürəti: 65-105 km/s ;
Uçuş müddəti: 1.25 saat;
Statik hündürlük: 3000 m;
Uçuş rejimləri: avtonom, yarımavtonom, obyekt çərçivədə, nöqtə ətrafında, nöqtədən keçməklə, avtomatik qayıtma.

"Eleron-3"

"Eleron-3" 2005-ci ildə Rusiyanın ENIKS şirkəti tərəfindən hazırlanan çoxməqsədli pilotsuz uçuş aparatıdır. "Eleron-3" pilotsuz uçuş aparatının dizaynı "Eleron" modelinin pilotsuz uçuş aparatı əsasında, Rusiya təyyarə istehsalçıları və aerokosmik texnologiya sahəsindəki mütəxəssislər tərəfindən həyata keçirilib.

"Eleron-3" pilotsuz uçuş aparatının inkişafı 2004-cü ildə başlayıb və istehsalı bu günə qədər davam edir. Bu cihazın 200-dən çox nüsxəsi hazırlanıb. Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən 2014-cü ildən istismar edilən PUA elektrik mühərriki ilə təchiz edilir.

"Eleron-3" pilotsuz uçuş aparatı kəşfiyyat məlumatları toplamaq, patrul, müşahidə və axtarış əməliyyatları aparmaq üçün istifadə olunur. "Eleron-3" kiçik bir ölçüyə sahibdir, bu isə cihazı maneəsiz və asanlıqla nəql etməyə imkan verir.

1.5 saata qədər avtonom uçuş rejimində qala bilən pilotsuz uçuş aparatı bir ədəd mühərriklə təchiz olunur. Maksimum hərəkət sürəti 130 km/saat olan PUA-nın fəaliyyət radiusu 25-50 km arasında dəyişir.

Vizual müşahidə vasitəsi olan "Eleron-3" pilotsuz uçuş aparatında yüksək qətnaməli rəqəmsal kamera və cihazın bütün gün ərzində istifadə olunmasını təmin edən infraqırmızı kamera da quraşdırılıb.

"Eleron-3" aşağıdakı variantlarda mövcuddur:

"Eleron-3SV" - Rusiya Federasiyası Silahlı Qüvvələrinin quru bölmələrində istifadə üçün nəzərdə tutulan dronun baza versiyasıdır;
"Eleron-B" dronun ixrac versiyasıdır.

Taktiki-Texniki Xüsusiyyətləri

Qanad açılımı: 1.42 m;
Uzunluğu: 0.56 m;

Kütləsi: 4.2 kq.

"Eleron-10"

"Eleron-10" orta mənzilli kəşfiyyat PUA-sı ENIKS tərəfindən hazırlanıb. Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən 2014-cü ildən istismar edilən PUA elektrik mühərriki ilə təchiz edilir.

"Eleron-10" modelli pilotsuz uçuş aparatının dizaynı, Rusiya Federasiyası Silahlı Qüvvələrində istismar edilən "Eleron-3" modelli pilotsuz uçuş aparatının bazasında hazırlanıb. Yerli aviasiya istehsalçıları tərəfindən layihələndirilən pilotsuz uçuş aparatı kəşfiyyat məlumatlarını toplamaq, müşahidə və patrul uçuşları, aerofotoqrafiya və s. üçün fəal istifadə olunur.

"Eleron-10" pilotsuz uçuş aparatının ilk uçuşu 2007-ci ildə baş tutub. Bu pilotsuz uçuş aparatı 2008-ci ildən Rusiya silahlı qüvvələrinin ayrılmaz hissəsidir.

"Eleron-10" kiçik ölçülərə malikdir, onun qanad açılımı 2.2 metr, uzunluğu 0.86 metr, hündürlüyü isə 0.38 metrdir."Eleron-10" pilotsuz pilotsuz aparatı bir ədəd elektrik mühərriklə təmsil olunur ki, bu da təyyarənin maksimum sürətini 135 km/saat sürətləndirməyə imkan verir. Cihazın avtonom uçuş rejimində maksimum fəaliyyət müddəti 2.5 saat ilə məhdudlaşır.

"Eleron-10" pilotsuz uçuş aparatı onun həm gündüz, həm də gecə istifadə olunmasının yüksək səmərəliliyini təmin edən bir ədəd rəqəmsal və bir ədəd infraqırmızı kamera ilə təchiz edilir.

2016-cı ilə qədər "Eleron-10" aşağıdakı versiyalarda mövcud olub:

"Eleron-10SV" - quru qüvvələrində istifadə üçün nəzərdə tutulan dronun baza versiyasıdır;
"Valdai" - Rusiya FTX-nin sifarişi ilə "Eleron-10" bazasında hazırlanan xüsusi bir modifikasiyadır;
"Eleron-10D" uzaqdan müşahidə üçün artan məsafəyə və avtonom uçuş müddətinə malik pilotsuz kompleksdir.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 0.86 m;
Qanad açılımı: 2.2 m;
Hündürlüyü: 0.38 m;
Maksimum uçuş kütləsi: 15.5 kq;
Kreyser sürəti: 90 km/saat;
Maksimum uçuş sürəti: 135 km/saat;
Maksimum uçuş məsafəsi: 60 km;
Maksimum uçuş hündürlüyü: 4000 m;
Təyyarə mühərrikinin növü: elektrikli.

"İrkut-2M"

"İrkut-2M" kəşfiyyat PUA-sı "İrkut" Elmi İstehsalat Birliyi tərəfindən hazırlanıb. 2007-ci ildən aktiv istismar edilir.

"İrkut-2M" geniş diapazona malik hava şərtlərində monitorinq tapşırıqlarını yerinə yetirmək üçün istifadə olunan, ərazinin foto və televiziya görüntülərinin real vaxtda qəbul və emal edərək yerə ötürülməsini təmin edən, operatorun tələbi ilə obyektin koordinatlarını müəyyənləşdirən, həmçinin uzaqdan zondlama həyata keçirən PUA kompleksidir.

Kompleksə iki PUA, yerüstü texniki xidmət və idarəetmə qurğusu daxildir. Pilotsuz vasitə 1.5 saata qədər havada qala bilir. Uçuş zamanı məlumat faydalı yükün sensorlarından yer səthində yerləşən idarəetmə məntəqəsinə ötürülür. Siqnal məsafəsi 20 km-ə qədərdir.

Kompleksi yerləşdirmək, onun xidmət qabiliyyətini yoxlamaq, uçuş tapşırığını daxil etmək və uçuşa hazır vəziyyətə gətirmək üçün 15 dəqiqədən çox vaxt tələb olunmur.

"İrkut-2M" atıcı qurğu cihazı ilə buraxılır, enmə isə paraşütdən istifadə etməklə, hətta təchiz olunmayan ərazilərdə belə həyata keçirilə bilər. PUA-nın dizaynı, çox az kütləsi olsa da, davamlılığı təmin edən kompozit materiallardan ibarətdir. Onun yığılması heç bir xüsusi texniki vasitə olmadan həyata keçirilə bilir.

Kompleksin əsas üstünlükləri:

Saxlanılmasının və istismarının aşağı xərcləri;
Asan istifadə;
Yüksək ixtisaslı mütəxəssislərin tələb edilməməsi;
Təhlükəsizlik və etibarlılıq (təcili paraşüt enişi, başlanğıc nöqtəsinə qayıtmaq və s.).

2009-cu ildə "İrkut" tədqiqat və istehsal şirkəti ilə xarici müştəri arasında (böyük ehtimalla Qazaxıstan ilə) "İrkut-2M" PUA-larının təchizatı üçün müqavilə bağlandı.

İxrac versiyalarında PUA-ya telekamera da quraşdırıla bilər. Sifarişçinin istəyi ilə, PUA əlavə 300 qramlıq faydalı yük kütləsində kamera və termal görüntüləmə cihazları ilə təmin edilə bilər.

Taktiki-Texniki Xüsusiyyətləri

Hərəkət radiusu: 20 km;
Uçuş müddəti: 1.5 saat;
Praktik uçuş yüksəkliyi: 3000 m;
Sürəti: 65-105 km/saat;
Uzunluğu: 0.45 m;
Hündüylüyü: 0.3 m;
Qanad açılımı: 1.47 m;
Boş kütləsi: 3 kq;
Faydalı yükün kütləsi: 12 kq;
Uçuş müddəti: 8 saat;
Temperatur diapazonu: - 40 ... + 50 C.
Mühərrikin növü: porşenli.

"İrkut-850"

"İrkut-850" kəşfiyyat PUA-sı "İrkut" Elmi İstehsalat Birliyi tərəfindən hazırlanıb. 2007-ci ildən istismar edilir.

"İrkut-850" çoxməqsədli uzaqdan zondlama həyata keçirən kompleksdir. Onun təyinatı real vaxtda ərazinin üçölçülü, termal, televizor, radar, fotoşəkil görüntülərini əldə etməkdən, onları emal etməkdən və operatorun tələbi ilə koordinatları təyin etməkdən ibarətdir. "İrkut-850" kiçik ölçülü yüklərin çatdırılmasında da istifadə edilə bilər.

Kompleksin tərkibinə sifarişlə iki ədəd "Stemme S-10VT" motoplaneri, yerüstü idarəetmə stansiyası və texniki avadanlıq daxildir. "Stemme S-10VT" motoplaneri pilotsuz və pilotlu versiyalarda istifadə edilə bilər. Bir rejimdən digərinə keçid əlavə tədbirlər tələb etmir. Buna görə də kompleks pilotsuz uçuşlara imkan verən bir idarəetmə sistemini ehtiva etdiyi üçün "opsional pilotlu aparat" adını da alıb.

Motoplanerin PUA-ya transformasiyasına imkan verən cihazlar pilotun sağ tərəfindəki alətlər panelində quraşdırılır. Qanad altındakı konteynerlər tez bir zamanda dəyişdirilə bilən müxtəlif növ faydalı yükləri daşımağa qadirdir. Bu yüklərə stabilləşdirilən platformada yerləşən termal görüntüləmə və televiziya sistemləri, avtomatik yüksəksürətli rəqəmsal kamera və 3D lazer xəritələmə sistemi daxildir. "İrkut-850" kompleksi 860 kq ağırlıqdadır və pilotsuz rejimdə uçuş müddəti 12 saata qədərdir. Yerüstü idarəetmə stansiyasını PUA ilə birləşdirən radio siqnalın diapazonu 200 km ilə məhdudlaşır.

Qalxma və enmə minimum hazırlanan ərazidən həyata keçirilə bilər. 12 saatlıq uçuş zamanı motoplaner məlumatları toplayır və 200 km radiusda yerləşən yerüstü idarəetmə məntəqəsinə ötürür.

Kompleksin əsas üstünlükləri, aerodrom dəstəyi tələb etməyən yüksək avtonom tətbiq şərtləri və istismar qiymətinin aşağı olmasından ibarətdir.

Taktiki-Texniki Xüsusiyyətləri

Uçuş kütləsi: 860 kq;
Uçuş məsafəsi: 200 km;
Maksimum sürətı: 270 km/s;
Kreyser sürəti: 165 km/s;
Praktik uçuş yüksəkliyi: 9000 m;
Uzunluğu: 8.42 m;
Hündüylüyü: 1.8 m;
Qanad açılımı: 23 m;
Uçuş müddəti: 12 saat;
Mühərrik növü: porşenli.
Mühərikə aid digər məlumatlar açıqlanmır.

"İrkut-10"

"İrkut-10" kəşfiyyat PUA-sı "İrkut" Elmi İstehsalat Birliyi tərəfindən hazırlanıb. 2009-ci ildən istismar edilir.

"İrkut-10"məsafədən zondlama həyata keçirən aviasiya kompleksidir. Kompleks geniş meteoroloji şəraitdə həm gecə və gündüz müşahidə vəzifələrini yerinə yetirir, həm operatorun göstərişi ilə yerüstü obyektlərinin koordinatlarını müəyyənləşdirir, həm də real vaxt rejimində ərazinin termal görüntü və foto şəkillərinin qəbulunu, emalını və yerə ötürülməsini təmin edir.

Kompleks iki ədəd pilotsuz uçuş aparatından, yerüstü idarəetmə və texniki xidmət qurğularından ibarətdir. PUA 2 saatlıq uçuş həyata keçirərək real vaxtda sensorların məlumatlarını 70 km radiusda yerləşən yerüstü idarəetmə stansiyasına ötürür. PUA-nın işə salınması üçün hazırlıq, o cümlədən əməliyyat qabiliyyətinin yoxlanılması, uçuş tapşırığının daxil edilməsi və onun işə hazır vəziyyətə gətirilmə müddəti 15 dəqiqədən çox deyil.

PUA portativ katapultdan buraxılır. Enmə isə təchiz olunmayan ərazilərdə, xüsusi dəstək vasitələrindən istifadə edilmədən paraşüt istifadə edərək həyata keçirilir. Onun dizaynında nisbətən aşağı kütləyə və xarici amillərə qarşı müqavimət göstərən kompozit materiallardan geniş istifadə olunur. Dizayn xüsusi texniki vasitələrdən istifadə etmədən tez bir zamanda yığılma və sökülməni təmin edir.

2009-cu ildə 100 min dollar məbləğində satılan "İrkut-10" pilotsuz uçuş aparatları Rusiya Federasiyası Prokurorluğu yanında İstintaq Komitəsi tərəfindən əldə edilib.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 0.70 m;
Hündüylüyü: 0.2 m;
Qanad açılımı: 2 m;
Boş kütləsi: 8.5 kq.
Hərəkət radiusu: 70 km;
Uçuş müddəti: 2saat;
Praktik uçuş yüksəkliyi: 3000 m;
Sürəti: 80-120 km/saat;
Mühərriki: porşenli.

"İrkut-200"

"İrkut-200" kəşfiyyat PUA-sı "İrkut" Elmi İstehsalat Birliyi tərəfindən hazırlanıb. 2009-ci ildən istismar edilir.

"İrkut-200" çoxməqsədli uzaqdan zondlama kompleksidir. Onun təyinatı real vaxt rejimində ərazinin radar, televiziya, foto, termal görüntülərini əldə etməkdən, alınan məlumatları emal etməkdən və operatorun rəhbərliyi altında obyektlərin koordinatlarını təyin etməkdən ibarətdir.

Bu pilotsuz vasitə əhəmiyyətsiz ölçülərə malik yükləri də daşımaq üçün istifadə edilə bilər. Kompleksə 2 PUA, yerüstü idarəetmə sistemi və texniki avadanlıq vasitələri daxildir. Uçuşu 12 saata qədər davam edən PUA, bu müddət ərzində topladığı məlumatları 200 km radiusda yerləşən yerüstü idarəetmə məntəqəsinə ötürür.

PUA-nın buraxılması və enməsi aerodrom avadanlıqları ilə təchiz olunmayan ərazilərdə və ya uzunluğu 250 m olan torpaq yolda həyata keçirilə bilər. "İrkut-200" pilotsuz uçuş aparatı normal aerodinamik konfiqurasiya əsasında hazırlanıb. Quyruq hissəsi T formalıdır. Quyruq oxu üzərində stabilizatorlar yerləşir. PUA-nın şassisi 3 dayaqlıdır və uçuş zamanı korpusa tərəf çəkilə bilir.

PUA videokameraları olan iki daşınan turel ilə təchiz olunur: birincisi burun hissədə yerləşir və pilotsuz uçuş aparatını idarə etmək üçün məsuliyyət daşıyır, ikincisi isə ortada füzelyaj altında yerləşir və ərazinin video çəkilişinə cavabdehdir. Faydalı yük füzelyaj altına bağlanır.

"İrkut-200" quyruq oxunun üzərində olan itələyici pərə malik mühərriklə təchiz edilir. Mühərrikin gücü 60 at gücündədir, yanacaq çəni isə 60 litr yanacaq üçün nəzərdə tutulur.

Qalxma və enmə təyyarədə olduğu kimi həyata keçirilir və yerüstü idarəetmə məntəqəsinin operatoru tərəfindən idarə olunur. Pilotsuz vasitə 12 saata qədər enmədən uça bilir. Kompozit materiallardan hazırlanan PUA avadanlıqlarının sensorları 200 km radiusda yerləşən idarəetmə məntəqəsinə məlumat ötürə bilir. Dizayn xüsusi texniki vasitələrdən istifadə etmədən cihazların tez bir zamanda sökülməsinə və yığılmasına imkan verir.

Kompleksin əsas üstünlükləri arasında həm yüksək dərəcədə avtonomluğun, həm aerodrom dəstəyi vasitələrindən asılılığın olmaması, həm də saxlanılma və istismarın qənaətli olması qeyd edilir.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 4.53 m;
Hündüylüyü: 1.68 m;
Qanad açılımı: 5.34m;
Maksimum uçuş kütləsi: 200 kq.
Hərəkət radiusu: 200 km;
Uçuş müddəti: 12saat;
Praktik uçuş yüksəkliyi: 5000 m;
Sürəti: 140-210 km/saat;
Yanacaq tutumu: 60 l;
Mühərriki: 1x60 a.g porşenli.

ZALA 421-08

ZALA 421-08 PUA-ları müşahidə, hədəf təyinatı, atəş tənzimlənməsi və zərərin qiymətləndirilməsi üçün dizayn edilib. A.V.Zaxarovun rəhbərliyi altında İjevskdəki "Pilotsuz Sistemlər" şirkəti tərəfindən istehsal edilir. ZALA 421-08 kompleksi bir idarəetmə sistemi və iki ZALA 421-08-dən ibarətdir, dəyəri 2008-ci ilin əvvəlində təxminən 1.8 milyon rubl təşkil edib. Elektrik mühərriki ilə təmin olunan vasitə 2008-ci ildən istismar edilir.

Sahə avadanlıqlarına batareyaları doldurmaq üçün kompakt bir əl generatoru da daxildir. Kompleksin kütləsi 8 kq-dır.

Standart versiyada PUA-ya dəyişdirilə bilən faydalı yük olaraq iki rəngli kamera quraşdırılır: biri aşağıya və irəli, ikinci - yuvarlanan kamera aşağıya və kənara baxır. Termal kamera və fotokamera əlavə yük kimi çıxış edir.

PUA marşrutu real vaxt rejimində dəyişdirilə bilər. Operator bəzi obyektlərlə daha ətraflı maraqlanırsa, barmağını noutbukun ekranına basır və məsələn, "sola dairə" nöqtəsini seçir və ZALA 421-08 hədəfi davamlı olaraq kameranın obyektivində tutaraq dövr etməyə başlayır. ZALA 421-08 əl ilə buraxılır. Enmə metodu avtomatik olaraq paraşütlə həyata keçirilir.

ZALA 421-08 Rusiya Daxili İşlər Nazirliyinin Aviasiya Mərkəzi, "Qazprom" müəssisələrinin monitorinqi üçün, FTX-nin sərhəd xidmətində, sərhəd bölgələrinə nəzarətdə, Müdafiə Nazirliyinin Quru Qoşunlarında istifadə edilir.

Taktiki-Texniki Xüsusiyyətləri

Kütləsi: 2.5 kq;
Uçuş məsafəsi: 10 km;
Sürəti: 120 km/s;
Praktik uçuş yüksəkliyi: 4000 m;
Uzunluğu: 0.44 m;
Qanad açılımı: 0.82 m;
Uçuş müddəti: 1.3 saat;
İstehsalçısı: Zala Aero.

ZALA 421-04M ultra kiçik PUA-sı da "Pilotsuz sistemlər" şirkəti tərəfindən hazırlanıb. Elektrik mühərriki ilə təmin olunan vasitə 2009-ci ildən FTX tərəfindən istismar edilir. Əksər xüsusiyyətləri sələfi ilə eynidir.

"Tipçak"

"Tipçak" kiçik kəşfiyyat PUA-sı "Luç" şirkəti tərəfindən hazırlanıb. Porşenli mühərrikə malik PUA 2008-ci ildən Rusiya ordusu tərəfindən istismara qəbul edilib.

Onun yaradılmasına 80-ci illərin sonlarında başlanılıb. 2006-cı ilin sonu-2007-ci ilin əvvəlində kompleks dövlət sınaqlarının birinci mərhələsini uğurla keçdi. Əvvəlcə BLA-05 (əvvəllər 9M62) adlanan "Tipçak" pilotsuz kəşfiyyat kompleksi havadan müxtəlif cisimləri aşkar etmək, onları müəyyənləşdirmək, yerləşmə koordinatlarını müəyyənləşdirmək və yerüstü idarəetmə stansiyasından 40 km məsafədə günün istənilən vaxtında məlumatları ötürmək üçün nəzərdə tutulur.

Kompleksin PUA-ları üzərində müxtəlif faydalı yükləri quraşdırmaq, cihazı avtonom (proqrama uyğun olaraq) və birbaşa radio idarəetmə rejimində istifadə etmək mümkündür. Yerüstü obyektlərin kəşfiyyatı eyni vaxtda iki PUA ilə həyata keçirilə bilər.

"Tipçak" kompleksinə 4 ədəd nəqliyyat vasitəsi və 6-dək PUA daxildir. "Tipçak" həm avtonom, həm də müəyyən marşrut üzrə radio komanda uçuşu zamanı yerüstü məlumatların real vaxt rejimində kəşfiyyat məlumatlarının əldə edilməsi və ötürülməsi üçün nəzərdə tutulur.

Operator maşını kompleksi idarə etmək üçün hazırlanıb, telemetrik və xüsusi məlumatların qeydiyyatı, işlənməsi, onun düzəldilməsini, ərazinin rəqəmsal xəritəsinə istinad edilməsini, kəşfiyyat obyektlərinin və onların koordinatlarının müəyyənləşdirilməsini, habelə idarəetmə orqanları ilə kəşfiyyat məlumatlarının qarşılıqlı mübadiləsini təmin edir.

Nəqliyyat və buraxılış vasitəsi (TPM), PUA ilə 6 konteynerin saxlanması və daşınması, pnevmatik katapultdan istifadə edərək onların buraxılması üçün nəzərdə tutulur.

Taktiki-Texniki Xüsusiyyətləri

PUA-nın kütləsi: 70 kq;
Kompleksin yerləşdirilmə müddəti: 20 dəqiqədən çox deyil;
Havada qalma müddəti: 2-3 saat;
Enerji istehlakı: 14 kVt;
PUA mühərriki üçün yanacaq və sürtkü yağları ehtiyatı ən az 30 dəfə buraxılmanı təmin edir.

PUA 2007-ci ildə kompleksin bir hissəsi olaraq dövlət və hərbi sınaqlardan müvəffəqiyyətlə keçib. Hazırda kompleks modernləşdirilən bir neçə PUA-dan istifadə edə bilir.

T-3

T-3 PUA-ları Rusiyanın "Rissa" Elmi və Texniki Mərkəzi tərəfindən hazırlanan kiçik ölçülü pilotsuz vasitədir. T-3 pilotsuz vasitəsi rus mütəxəssisləri tərəfindən əsasən mülki sahədə istifadə üçün dizayn edilib. Elektrik mühərikinə malik T-3 müşahidə və patrul uçuşları, aerofotoqrafiya və hava çəkilişləri, ətraf mühitin monitorinqi və s. kimi tapşırıqları həyata keçirmək üçün istifadə edilə bilər. Hərbi məqsədlərlə heç vaxt tətbiq olunmayıb.

Təyyarə formasına malik PUA-nın uzunluğu 70 santimetr, qanad açılımı 1 metr 80 santimetr və kütləsi 6 kiloqramdır. T-3 çoxfunksiyalı pilotsuz uçuş aparatının güc qurğusu maksimum uçuş sürətinə 100 km/s çatmağa imkan verir. Onun havada maksimum avtonom uçuş müddəti 1 saatdır.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 0.7 m;
Qanad açılımı: 1.8 m;
Hündürlüyü: 0.25 m;
Maksimum qalxma kütləsi: 6 kq;
Kreyser sürəti: 80 km/s ;
Maksimum uçuş sürəti: 100 km/s;
Maksimum uçuş məsafəsi: 15 km ;
Maksimum uçuş hündürlüyü: 3000 m;
Təyyarə mühərrikinin növü: elektrikli;
Güc qurğusu: məlum deyil.

Mənbələr

http://ptero.ru/uasptero/uasptero.html
https://ria.ru/20161015/1479292529.html
https://avia.pro/blog/aerob-4d-tehnicheskie-harakteristiki-foto
https://www.geoscan.aero/ru/products/geoscan101/geo
http://nevskii-bastion.ru/eleron-3sv/
https://avia.pro/blog/eleron-10-tehnicheskie-harakteristiki-foto
https://avia.pro/blog/irkut-irkut-2m-mnogocelevoy-bpla
https://avia.pro/blog/irkut-irkut-850-mnogocelevoy-bpla
http://www.airwar.ru/enc/bpla/irkut10.html
https://avia.pro/blog/irkut-irkut-200-mnogocelevoy-bpla
https://bp-la.ru/bpla-zala-421-08/
https://avia.pro/blog/rissa-t-3-tehnicheskie-harakteristiki-foto
ru.wikipedia.org
idronex.ru
ru.wikipedia.org
www.geoscan.aero
russiandrone.ru

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Region   Rusiya   PUA  

Region ölkələrinin PUA parkında Rusiyanın yeri - ARAŞDIRMA (HƏRBİ EKSPERT) - I YAZI

2020/09/1121-1600073416.jpg
Oxunub: 2653     15:21     14 Sentyabr 2020    