Azərbaycanda Türkiyə ordusunun mövcudluğu kimləri narahat edir? - EKSPERTLƏR

2020/09/15973-1600066562.jpg
Oxunub: 3859     15:56     14 Sentyabr 2020    
Türkiyə-Azərbaycan hərbi-siyasi münasibətlərinin dərinləşməsi və Türkiyənin Cənubi Qafqaz regionu istiqamətində artan aktivliyi fonunda erməni media-ekspert sahəsində Azərbaycanda türk hərbi bazasının yerləşdirilməsi ehtimalı məsələsi müzakirə olunur.

Ermənistanın “Orbeli” analitik mərkəzinin eksperti Taron Hovhannisyan Azərbaycanda türk hərbi bazasının yerləşdirilməsinin mümkünlüyünü istisna etmir, ancaq bunun üçün qanunvericilik dəyişiklərinin zəruri olduğunu vurğulayır.

Mərkəzin analitiki qeyd edib ki, Azərbaycan ərazisində türk hərbi bazasının yerləşdirilməsi nəinki Türkiyə-Azərbaycan münasibətlərinə aiddir, həmçinin daha geniş regional və geosiyasi maraqlarla əlaqəlidir.

Hovhannisyanın sözlərinə görə, Azərbaycan ərazisində türk hərbi bazasının yerləşdirilməsi güclü dövlətlərin maraqlarına birbaşa şəkildə zərbə vurur.

Moskva Siyasi və Hərbi Təhlillər Mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin Azərbaycanda türk hərbi bazasının yerləşdirilməsini mümkün hesab edir.

“Hazırda Azərbaycanda türk hərbi bazasının mövcudluğu haqqında rəsmi məlumatlar yoxdur, lakin prinsipcə bu, olduqca mümkündür”, - deyə Xramçixin qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ermənistan   Böhran   Ermənistan-ordusu  

Azərbaycanda Türkiyə ordusunun mövcudluğu kimləri narahat edir? - EKSPERTLƏR

2020/09/15973-1600066562.jpg
Oxunub: 3860     15:56     14 Sentyabr 2020    