İrəvanda Aprel döyüşləri ilə bağlı qalmaqal: “Qohumum iki gün sınmış bir tankın içərisində qalıb”

2020/06/1592767898.jpg
Oxunub: 3894     10:41     12 Sentyabr 2020    
Ermənistanın Baş naziri Nikol Paşinyanın himayəsi altında fəaliyyət göstərən “müstəqil” deputat Arman Babacanyan və komandasının üzvləri dövlət sirrini ehtiva edən sənədləri əldə etməkdə davam edir. Əgər belə sirri ehtiva edən sənədlərə malik deyillərsə, manipulyasiya xarakterli açıqlamalar verdiklərinə istinad edərək ifadələrində yalan danışdıqları ortaya çıxacaq.

Babacanyanın komanda yoldaşı Qarik Qazaryan “Facebook” səhifəsində yazıb: “Əziz dostlar, parlamentin İstintaq Komissiyasının Aprel döyüşləri ilə bağlı bir və ya iki protokoluna diqqət etdim, düzü, buna rüsvayçılıq deməyə bilmərəm, sadəcə günahdır. Faktiki olaraq tanklarda yanacaq əvəzinə suyun olduğu, silah və güllə ilə bağlı bir problemin olduğu, Xaçaturovun “bilyard oynadığı” guya inkar edilir, halbuki hamımız o zamankı Baş nazir Karen Karapetyanın açıqlamalarını, müxtəlif əsgərlərin, zabitlərin və hərbi qulluqçuların “qışqırıqlarını” xatırlayırıq. Yaxşı, mən bilirəm, axı, mənim qohumum iki gün sınmış bir tankın içərisində qalıb. Necə cəfəngiyat eşidirik?”

“Politik.am” yazır ki, bu məlumat iki sual doğurur.

“Birincisi, Babacanyanın komanda yoldaşı “İstintaq Komitəsinin aprel döyüşləri ilə bağlı bir və ya iki protokolunu” haradan necə əldə edib. İkincisi, MTX bəyanat müəllifini və qohumunu izahat vermək üçün nə vaxt quruma dəvət edəcək? Bu, şübhəsiz ki, hökumətin sifarişi ilə ortalığa atılmayıbsa, araşdırılmalı olan cinayət haqqında bir açıqlamadır.

Maraqlıdır ki, Aprel döyüşlərinin detallarını araşdıran komissiyanın protokolu, mətbuatın iddiasına görə, ABŞ xüsusi xidmət agenti olan bir adamın rəhbərinin əlində peyda olub. MTX bu protokolların sızması yollarının işa olunması ilə də məşğul olmalıdır. Məlumat təsdiqlənərsə, Ermənistanın artıq dövlət sirrini qoruya biləcək bir ölkə olmadığını və dövlət üçün ən vacib məlumatın istənilən yoldan keçən şəxsin əlinə keçə biləcəyini güman etmək olar. Yox, əgər məlumatlar təsdiqlənməsə, səlahiyyətlilər siyasi sahəni varlığı ilə zəhərləyən saxtakarlıq generatoru Arman Babacanyanı cəzalandırmaq üçün bir dəfə də olsa iradəyə sahib olmalıdırlar”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Aprel-döyüşləri   Qalmaqal  

İrəvanda Aprel döyüşləri ilə bağlı qalmaqal: “Qohumum iki gün sınmış bir tankın içərisində qalıb”

2020/06/1592767898.jpg
Oxunub: 3895     10:41     12 Sentyabr 2020    