Ermənistan ordusunun 3 hərbi qulluqçusu yaralanıb - DETALLAR

2018/05/received_2539640009595485_1526399789.jpeg
Oxunub: 6503     14:23     09 Sentyabr 2020    
Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Ararat hərbi polis şöbəsində sentyabrın 5-də Ararat vilayətində baş vermiş böyük avtoqəza nəticəsində xəstəxanaya yerləşdirilmiş yaralıların və sürücülərin kimliyi müəyyənləşdirilib.

Ordu.az xəbər verir ki, “BMW” markalı avtomobili “Veon Armenia” QSC-də işləyən Gorus şəhər sakini, 56 yaşlı Ara Karapetyan, Ermənistan Müdafiə Nazirliyinin balansında olan “Qaz 3308” markalı avtomobili isə Qeğarkunik vilayətinin sakini, Ermənistan MN-in müqaviləli hərbi qulluqçusu, 35 yaşlı Hayk Hayrapetyan idarə edib.

Qəza nəticəsində H. Hayrapetyan, onun sərnişini, Ararat vilayəti sakini, Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 31 yaşlı Ruben Virabyan və “BMW” markalı avtomobilin sərnişini, Gorus sakini, 31 yaşlı Anuş Karapetyan xəstəxanaya yerləşdirilib.

Bir müddət sonra Ararat vilayəti sakini, Ermənistan MN-in müqaviləli hərbi qulluqçusu, 26 yaşlı Vahe Mayilyan Ermənistan MN-in mərkəzi qarnizon hərbi hospitalına müraciət edib və bildirib ki, qeyd olunan avtoqəza zamanı yaralanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Yaralı  

Ermənistan ordusunun 3 hərbi qulluqçusu yaralanıb - DETALLAR

2018/05/received_2539640009595485_1526399789.jpeg
Oxunub: 6504     14:23     09 Sentyabr 2020    