B-21 uzunmənzilli bombardmançılarının uçuş tarixi gecikəcək

2020/09/FG_36-1598952294.jpg
Oxunub: 1878     14:59     01 Sentyabr 2020    
“Northrop Grumman” şirkəti B-21 “Raider” uzunmənzilli zərbə bombardmançı təyyarəsinin ilk uçuşunun 2022-ci ilin sonlarından, xidmətin əvvəlcədən gözlənilən vaxtından bir qədər gec olacağını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri bombardmançı qüvvələrinin böyük bir yeniləməsini planlaşdırır.

Hal-hazırda ABŞ hava qüvvələrində 157 bombardmançı var: 61 ədəd “Rockwell” B-1B “Lancers”, 76 ədəd “Boeing” istehsalı B-52H “Stratofortresses” və 20 ədəd “Northrop Grumman” istehsalı B-2 “Spirit” strateji bombardmançıları.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   B-21  


Bizi "telegram"da izləyin