Ukraynanın yeni kəşfiyyat gəmisi sınaqlara başlayıb

2020/08/Lagoo-1598865647.jpg
Oxunub: 2643     14:48     31 Avqust 2020    
Ukrayna Hərbi Dəniz Qüvvələri Komandanlığının yeni kəşfiyyat gəmisi olan “Lagoon” sınaq fəaliyyətlərinə başlayıb.

Ordu.az xəbər verir ki, sınaqlarda iştirak etmək üçün gəmi artıq Odessa Hərbi Dəniz bazasından yola düşüb.

Əldə edilən məlumata görə, “Lagoon” kəşfiyyat gəmisi Qara dəniz bölgəsində Ukrayna Hərbi Dəniz Qüvvələri üçün yeni bir sistem təmin edəcək və Rusiya hərbi fəaliyyətlərini izləmək üçün kəşfiyyat missiyalarında iştirak edəcək.

Gəmi, bir çox həssas sensorlarla, xüsusən də göyərtəyə inteqrasiya olunmuş “Melkhior” siqnal kəşfiyyat (SIGINT) sistemi ilə təchiz edilib. Sistemi sayəsində gəmi operatorları passiv radiotezlik texnikasından istifadə edərək siqnal imzalarını analiz edə biləcəklər. Üstün texnologiyalara sahib sistem təxminən 450 kilometr məsafəni qət edəcək.

Uzunluğu 55 metr olan gəminin yerdəyişməsi 1220 tondur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna  


Bizi "telegram"da izləyin