Döyüş meydanında uğurlar Ali Baş Komandanın sarsılmaz qətiyyətinin göstəricisidir

2020/08/3002a-1598007007.jpg
Oxunub: 9795     16:24     31 Avqust 2020    
I məqaləni buradan oxuya bilərsiniz.

Tovuz hadisələrində qazanılan uğura yol açan göstəricilərdən biri də sözsüz ki, iqtidar-xalq birliyinin real qüvvə kimi Ermənistanın hərbi-siyasi rəhbərliyinə qarşı güclü zərbəyə çevrilməsi idi. Bu hadisələrin başlaması ilə Azərbaycan xalqı dövlət rəhbərliyinə qarşı dünyanı heyrətə gətirəcək bir həmrəylik nümayiş etdirdi və xalq Vətən torpaqlarının müdafiəsi üçün nəinki Ali Baş Komandanının yanında olmağa, hətta onun bir əmri ilə cəbhəyə yollanmağa hazır olduğunu ortaya qoydu. Bununla Vətənin müdafiəsi məsələsində Ali Baş Komandan-xalq vəhdətinin əyaniliyinə Azərbaycanın dostları da, düşmənləri də şahid oldular. Dünya təcrübəsi də göstərir ki, Vətənin müdafiəsi baxımından iqtidar-xalq birliyi son dərəcə vacibdir. Çünki xalq təkcə müharibə ehtiyaclarını ödəyə biləcək bir qüvvə deyil, həm də Vətənin müdafiəsini öz üzərinə götürmüş ordunun ilham mənbəyidir. Xalqın mübariz iradəsinin üzə çıxarılması və onun məqsədyönlü şəkildə yönləndirilməsi isə Ali Baş Komandanın təşkilatçılıq fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Dövlət rəhbərinin, Ali Baş Komandanın təşkilatçılıq məharəti ilə xalqın mübariz əhval-ruhiyyəsini coşduraraq onu Vətənin müdafiəsinə yönləndirmək də olar, düzgün qurulmayan təşkilatçılıq işi ilə xalqın mübariz əhval-ruhiyyəsini məhv etmək də olar. Tovuz hadisələri dövlət rəhbərinin öz fəaliyyətində, xüsusən Vətənin müdafiəsində xalqa dayaqlanmağın, ağır gündə xalqla bir yerdə olmağın yeni bir nümunəsini göstərdi. Prezident İlham Əliyev özünün son çıxışlarında bu birliyi belə dəyərləndirirdi: "Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Bu gözəl mənzərə vətəndaş həmrəyliyinin bir rəmzi idi. ... son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi. ...Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. ...Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi".

Tovuz hadisələri zamanı tarixi zəfərin əldə edilməsinin bir göstəricisi də, heç şübhəsiz, qüdrətli Azərbaycan Ordusunun mövcudluğudur. Qəfil şəkildə haqlanmasına baxmayaraq, qısa zaman ərzində toparlanan və düşmənə sarsıdıcı zərbə endirməyə qadir olan belə bir ordunun yaradılması İlham Əliyevin Ali Baş Komandan kimi bütün prezidentliyi dövründə xüsusi diqqət göstərdiyi sahələrdən biridir. İstənilən cəmiyyət daxilində mövcud olan çoxlu sayda ictimai, siyasi, mədəni, kütləvi və s. strukturlar içərisində heç bir struktur ordu qədər mərkəzləşdirilmiş rəhbərliyə ehtiyac duymur. Yalnız güclü dövlət və güclü mərkəzləşdirilmiş rəhbərlik olan yerdə güclü ordu yaratmaq mümkündür. Belə güclü dövlətin və mərkəzləşdirilmiş rəhbərliyin təmsilçisi isə Ali Baş Komandandır. Doğru-düzgün və real hədəflərin müəyyənləşdirilməsi və ölkə potensialının planlı şəkildə bu hədəflərin icrasına yönləndirilməsi indi Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına yüksəldib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş yeni Azərbaycan Ordusunun bugünkü səviyyəyə çatmasının memarı isə heç şübhəsiz ki, Ali Baş Komandan İlham Əliyevdir. Onun əsas tutduğu siyasət əsasında Azərbaycan Ordusu dünyanın ən müasir silah və hərbi texnikası ilə təchiz edilib, infrastruktura mənzərəsi tamamilə dəyişib, döyüş hazırlığı ən yüksək tələblər səviyyəsinə qaldırılıb.

Azərbaycan Ordusunun sürətli inkişafını və Vətənin müdafiəsi üçün veriləcək bütün tapşırıqların icrasına qadir olmasını İlham Əliyev öz çıxışlarında dönə-dönə qeyd edib və Ali Baş Komandan kimi onun hazırlıq səviyyəsini yüksək qiymətləndirib. Tovuz hadisələrinin yekunlarına aid etdiyi çıxışlarında da Azərbaycan Ordusu Ali Baş Komandanın ali qiymətinə layiq görülmüşdü. "... Bu gün biz güclü ordu yaratmışıq. ... Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. ...Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. ... Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən verilən bütün tapşırıqları şərəflə yerinə yetirir. Mənim dövrümdə bir dəfə də olmayıb ki, tapşırıq verilsin, yerinə yetirilməsin. Yerinə yetirilib".

Azərbaycan Ordusu öz gücünü və qüdrətini 2016-cı ilin aprelində Ermənistanın hərbi qüvvələrinin təxribatının qarşısının alındığı zaman və 2018-ci ilin mayında Naxçıvanın Günnüt kəndi ətrafındakı torpaqları erməni işğalından azad edərkən artıq əyani şəkildə nümayiş etdirib. Ali Baş Komandanın yuxarıdakı fikirlərində də buna bir işarə vardır. Həmin uğurları İlham Əliyev Azərbaycanın hərb tarixinin şərəfli səhifəsi kimi qələmə verirdi. 2020-ci il iyulun 12-17-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələr zamanı isə Azərbaycan Ordusunun bölmələri tamamilə yeni bir keyfiyyət ortaya qoydular. Ordunun komandir və zabit heyətinin yüksək peşəkarlığı, təşəbbüskarlığı və çevikliyi Ali Baş Komandan tərəfindən verilən tapşırıqların tam şəkildə yerinə yetirilməsinə yol açdı. Qısa müddət ərzində bölgədəki hərbi qüvvələr bu təcavüzün qarşısının alınmasına səfərbər olundular, Azərbaycan Ordusunun malik olduğu müasir hərbi texnika çox dəqiqliklə işə salındı. Xüsusilə pilotsuz uçuş aparatları Ermənistanın istər sərhəd boyu, istərsə də Ermənistanın dərinliklərində olan hərbi obyektlərini darmadağın etdi, təcavüzkara ağır itki verildi. Erməni hərbi qüvvələrinin ələ keçirməyə çalışdığı ərazilər geri qaytarıldı və düşmənə bu bölgədə bir qarış da olsa torpaq verilmədi.

Tovuz hadisələrinin yekunları ilə bağlı çıxışlarından birində İlham Əliyev ordunun komandir heyətinin, Müdafiə Nazirliyinin rəhbərliyinin Ermənistanın hərbi təcavüzünün qarşısının alınması üçün göstərdikləri xidməti fədakarlığa öz münasibətini belə bildirirdi: "...Bizim şanlı ordumuz, bizim əsgərlərimiz, zabitlərimiz, hərbi komandirlərimiz bu günlər ərzində gecə-gündüz yatmadan iş başındadırlar. Mən Müdafiə nazirinə, Baş Qərargah rəisinə nə vaxt zəng edirəmsə, iş başındadırlar - gecə, səhər saat 7-də, axşam saat 10-da, gecə saat 2-də. Biz böyük qələbə qazanmışıq".

Tovuz hadisələri zamanı şəhid olan hərbçiləri isə İlham Əliyev nisgilli duyğularla yad edirdi, onların qəhrəmanlığını gənc nəsil üçün örnək sayırdı. Bu da əslində, Ali Baş Komandan tərəfindən Vətən müdafiəçilərinə göstərilən qayğının bir nümunəsi idi. Bununla İlham Əliyev həm də onu anladırdı ki, Vətənin müdafiəsi yolunda canını fəda edənlər heç zaman unudulmayacaqlar. Əksinə, Azərbaycan xalqı haqlı olaraq onlarla fəxr edəcəkdir: "General Polad Həşimov, polkovnik İlqar Mirzəyev həlak olmuşlar... Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib".

Prezident İlham Əliyev onu da bəyan edirdi ki, ordunun inkişafı və möhkəmləndirilməsi üçün Ali Baş Komandan kimi o, gələcəkdə də lazım olan tədbirləri həyata keçirəcəkdir: "Ordumuz üçün nə lazımsa, biz edirik və edəcəyik". Belə bir davamlı siyasət, əslində, xalqın və dövlətin milli maraqlarından və istəyindən irəli gəlməkdədir. Çünki indi bütün xalq da görür ki, Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş çağırışların qarşısının alınmasının etibarlı yollarından biri məhz Azərbaycan Ordusunun daha da gücləndirilməsidir.

Tovuz hadisələrinin qarşısının alınması zamanı tarixi zəfər əldə edilməsinin bir göstəricisi də Ali Baş Komandan kimi İlham Əliyevin şəxsi idarəçilik və təşkilatçılıq keyfiyyətləridir. Ali Baş Komandanın vəziyyətə nəzarəti dərhal öz əlinə alması, baş verən təcavüzün aradan qaldırılması üçün soyuqqanlılıq nümayiş etdirməsi, vaxtında zəruri olan göstərişləri verməklə qətiyyət göstərməsi, verdiyi əmrlərin icrasına nail olması çox tezliklə vəziyyətin sabitləşdirilməsinə, şəhid olmuş hərbçilərin qisasının alınmasına, başlıcası isə dövlət sərhədinin Azərbaycan hissəsinin bütünlüklə nəzarət altına götürülməsinə yol açdı. "Dərhal mən bütün müvafiq göstərişlər verdim. Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın. ... görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs oldu".

İlham Əliyev Ali Baş Komandan kimi yalnız ordu qüvvələrinin qisas döyüşlərinin keçirilməsini nəzarət altına götürmədi. O, eyni zamanda, Prezident Administrasiyasının müvafiq şöbələrinə, Nazirlər Kabinetinə, aidiyyəti qurumlara lazımi göstərişlər verdi, dövlətin gücünü baş verən erməni təcavüzünün qarşısını almağa səfərbər etdi. Bu hadisələrin nəticəsi də artıq göstərir ki, Ali Baş Komandan döyüş xəttində təşəbbüsün ələ alınması və Ermənistanın hərbi-siyasi rəhbərliyinin yerində oturdulması üçün zəruriliyi və səmərəliliyi şübhə doğurmayan qərarlara əl atdı.

Dünya hərb təcrübəsi birmənalı şəkildə onu deməyə əsas verir ki, müharibə şəraiti yalnız ordu üçün, ölkə üçün, xalq üçün ağır sınaq deyil. Bu şərait həm də ölkənin Ali Baş Komandanının idarəçilik qabiliyyətinin sınağıdır. Çünki xalqın da, ölkənin də, ordunun da potensialı son nəhayətdə Ali Baş Komandanın idarəçilik məharəti ilə öz səmərəsini verir. Gözlənilməz hadisələr, hərbi şəraitdə baş verən kəskin dəyişikliklər bir çox hallarda qeyri-adekvat qərarlar qəbul edilməsini və onun icrasına da fərqli yanaşılmasını tələb edə bilər. Belə anlarda Ali Baş Komandanın təşkilatçılıq keyfiyyətləri önə çıxır ki, məhz bu keyfiyyətlər çoxlarının gözləmədiyi, çoxlarının inana bilmədiyi, çoxlarının duya bilmədiyi qərarların və idarəetmə təcrübəsinin meydana gəlməsinə yol açır. Yəni müharibə şəraitində o halda uğur əldə etmək olar ki, qəbul edilmiş qərarlarda ən kiçicik risklərə belə yer verilməsin və bununla da hərbi uğurun əldə edilməsi üçün etibarlı baza yaradılsın.

Müharibənin aparılması ilə bağlı düzgün və dəqiq qərar qəbul edilməsinin nə dərəcədə məsuliyyətli bir iş olduğunu əyaniləşdirmək üçün hərbi filosof Klauzevits dünyanın tanınmış sərkərdəsi Napoleonun bir deyiminə istinad edirdi. Napoleon deyərmiş ki, müharibə qərarının verilməsinə və müharibənin aparılmasına o qədər amillər təsir göstərir ki, yalnız bu amillərin sayını müəyyənləşdirmək üçün Nyuton kimi bir riyaziyyatçıya ehtiyac vardır. Klauzevits sonra onu da əlavə edirdi ki, bu sonsuz sayda amillərin arasından ən düzgün seçimi edə bilmək və həmin seçimin ən səmərəli həllinə nail olmaq Ali Baş Komandandan böyük zəka, duyum və fədakarlıq tələb edir. Belə olmasa döyüşdən qalib çıxmaq da mümkün olmaz. İlham Əliyev də Ali Baş Komandan kimi məhz belə keyfiyyətlərə malik olduğu üçündür ki, Ermənistanın və onun havadarlarının çox uzaqlara hesablanmış məkrli planlarının icrasının qarşısını uğurla almaq mümkün oldu.

Tovuz zəfərinə aparan yol da Ali Baş Komandanın düzgün rəhbərliyindən və onun qəbul etdiyi düzgün qərarlardan başladı. Bu zəfəri həm də böyük qələbənin ərəfəsi saymaq olar. Həmin günün daha yaxında olduğunu isə Ali Baş Komandanın bəyanatlarından da hiss etmək mümkündür. Bu bəyanatlar həm də onu əminliklə deməyə imkan verir ki, böyük zəfərin addım-addım yaxınlaşdırılması, Azərbaycan bayrağının işğal olunmuş ərazilərə sancılması üçün Ali Baş Komandanın uğuru şübhə doğurmayacaq və son nəticəyə hesablanmış strateji xətti vardır: "O ki qaldı, bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmürəm. Buna ehtiyac yoxdur. Bu, zərərli ola bilər. Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik. Bundan artıq hələ ki, nəsə demək düzgün olmaz. ...biz bilirik nə etmək lazımdır, nə vaxt etmək lazımdır və necə etmək lazımdır".

Tovuz hadisələrindən dərhal sonra İlham Əliyevin verdiyi "Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq" bəyanatının həyata keçəcəyi gün indi çox da uzaqda deyil. Bunu həm döyüş xətlərində, həm beynəlxalq aləmdə əldə edilən uğurlar və bir də Ali Baş Komandanın inamlı qətiyyəti deməyə əsas verir. Həmin gün, heç şübhəsiz ki, Azərbaycan xalqının haqq işinin təntənəsi, Ali Baş Komandanın isə zəfər günü olacaqdır.

Mehman Süleymanov,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru,
tarix elmləri doktoru, ehtiyatda olan polkovnik

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Döyüş  

Döyüş meydanında uğurlar Ali Baş Komandanın sarsılmaz qətiyyətinin göstəricisidir

2020/08/3002a-1598007007.jpg
Oxunub: 9796     16:24     31 Avqust 2020    